May ayı idi.Bir gilassatandan gilas alırdım.Bu vaxt yanımıza yaşlı bir qoca gəldi.Əynində köhnə bir paltar var idi.Qoca yarısına qədər dolu torbanı gilassatana uzatdı və: “Oğlum,dünən axşam bu gilasları səndən aldım.Gözümün qarşısında yaxşılarını qoymuşdun,ancaq evə aparanda yarısı çürük çıxdı”,-dedi.5 dollar
Gilassatan əvvəlcə qocaya tərs-tərs baxdı,sonra isə: “Sən o gilasları məndən almamısan.Get,kimdən almısansa,ona da qaytar”,-dedi.Bu sözlərdən qocanın dən düşmüş saqqalı titrədi.Ancaq yenə də halını pozmadan: “Oğlum,dünənki hesabından əskiyin çıxmadı ki?..”-deyə soruşdu.Gilassatan qaşlarını çatdı və: “5dollar əskik idi.Bundan sənə nə?”-dedi.Qoca cibindəki əzik bir 5 dollarlıq çıxardı və gilassatana uzadaraq: "Al,oğlum!Dünən axşam mənə verdiyin gilasların içindən çıxdı..."-dedi və ağır addımlarla oradan uzaqlaşdı.
Tarix: 01.12.2014 / 14:43 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Maraqli Hekayeler