Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Limon ağacı

Zəngin bir iş adamının bağçasında, yan-yana əkilən iki limon ağacı vardı. May ayı sonlarında açan limon çiçəkləri, bütün bağçanın havasını bir anda dəyişdirər və mənzillərə həbsedilmiş insanlara baharın gəldiyini müjdələyirdi. Ancaq limon ağaclarından biri, digərindən cılız və görkəmsiz idi. Buna görə böyük ağac hər fürsətdə onu kiçik hesab edər və təpədən baxardı. Ev sahibi də kiçik boylu limon ağacından ümid kəsmiş görünürdü. Ona görə ağac, bu gedişlə quruyub öləcəkdi. Buna görə də onu çox sulamaz və qulluq etməyi çox istəməzdi.
Günün birində əsən sərt bir çovğun, qarlı dağların yamaclarındakı bir qrup çiçək toxumunu iş adamının bağçasına uçurdu. Lakin bağçanın hər tərəfi hissələrə ayırılmış, yalnız limon ağaclarının altında yer qalmışdı. Bir an əvvəl cücərmək məcburiyyətində olan toxumlar, limon ağaclarının yanına gələrək onların altında cücərmək üçün icazə istədi.
Böyük ağac, yaxşıca sıxılaraq:
-Belə bir şey əsla mümkün ola bilməz, deyə atıldı. Bizlər quru qalmağı çox sevmərik. Əgər dibimdə çoxalsanız, suyu mənimsəyib məni qurudarsınız.
Əslində böyük ağacın fikrini çəkindiyi başqa bir şey daha vardı. Çiçəklər rəngarəng açdıqlarında, limon ağacının sarıya çalan ağ çiçəkləri sönük qalacaq və bağça sahibinin gözündəki dəyəri azala biləcəkdi. Belə ki ağacın, özündən gözəl olanlara heçmi heç dözümü yox idi.
Kiçik ağac, uzun boylu yoldaşının toxumlara verdiyi cavabı bəyənməmişdi. Çünki o, özünə həyat verənin, o həyat üçün lazımlı olan suyu da verəcəyini çox yaxşı bilirdi. Buna görə, ağılına belə gəlmirdi susuzluq.
Toxumların təklifini qəbul edərək:
-Sizlərlə birlikdə olmaq, mənə xoşbəxtlik verər, dedi. Beləliklə təklik də çəkmərik.
Böyük ağac bu işdən xoşlanmamışdı. Lakin kiçik olanı:
-Gözəl yaradılanlardan kimsəyə zərər gəlməz, deyə təkrarlayırdı. Gözəllərdən gözəlliklər doğular yalnız.
Kiçik limon ağacı altında cücərən toxumlar, bir neçə həftə içində cənnət çiçəkləri kimi açıb bütün bağçanın göz bəbəyi halına gəldi. Bu vaxt ağac, əlindən gəldiyi qədər özlərinə köməkçi olmağa çalışır və çiçəklərin sevdiyi yarı günəşli mühiti təmin etmək üçün, köhnə yarpaqlarını tökürdü.
Çiçəklər, qısa bir müddət sonra xoş ətirli qoxular yaymağa başladı. Bağça sahibi, o ana qədər heç duymadığı bu qoxunun haradan gəldiyini araşdırdığında, dəvətsiz qonaqları taparaq heyrətə düşdü. Adam, ancaq yuxularında görə bildiyi bu çiçəklərin gözəlliyini davam etdirə bilmək üçün səhərlər artıq daha erkən qalxır və onları ən keyfiyyətli gübrələrlə bəsləyib bol bol sulayırdı. Kiçik limon ağacı, köklərinin ən incə detallarına qədər çatan bu suları çiçəklərlə birlikdə içir və böyük bir sürətlə sərpilib böyüyürdü.
Çiçəkləri sevgiylə qucaqlayan ağac, növbəti bahara qalmadan o ətrafın ən böyük ağacı halına gəldi və bir-birindən gözəl kəpənəklərin ziyarət yeri oldu. Daha sonra da öz çiçəklərini açaraq bağçanın gözəlliyinə gözəllik qatdı.
İndi kiçik və tək qalmış olan limon ağacı isə, qonşusuna duyduğu qısqanclıqla için-için quruyurdu.


Tarix: 01.12.2014 / 14:04 Müəllif: Aziza Baxılıb: 123 Bölmə: Maraqli Hekayeler
loading...