Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

VƏHY

Vahiy [ الوحي ]
Vahiy, “v-h-y = و- ح- ي” kökündən məsdər olaraq Quranda Allaha nisbət edildiyində Onun varlıqlarla danışması, onları fitrətlərinə görə nizamlayıb onlara vəzifələrini bildirməsi mənasına gəlir. Allahdan başqa varlıqlara nisbət edildiyində də işarə etmək, fısıldamaq, vəsvəsə vermək mənalarına gəlir. Bundan başqa vəhy edilən şeyə, yəni mesajın özünə də vəhy deyilir. Uca Allah, insanlarla
1) vəhy yolu ilə (ilham),
2) pərdə arxasından və
3) Allahın vəhyini çatdıran elçi (rəsul) vasitəsi ilə danışar.

"Allah bir insanla yalnız vəhy yolu ilə və ya pərdə arxasından danışar; yaxud da bir elçi göndərib izni ilə ona dilədiyini vəhy edər. O ucadır, hakimdir." (Şura, 42/51)

1. Vahiy
Uca Allah insanın qəlbinə, etdiyi əməli yaxşı və ya pis olduğunu ilham edər. Bu duyğular insanın qəlbinə dolar. Allah belə buyurur:

“Sonra etdiyinin pis və ya yaxşı olduğunu ilham edənə and olsun ki..." (Şəms 91/8)

Yuxarıdakı ayəyə görə Uca Allah, etdiyi və ya etməyə niyyət etdiyi şeylərin yaxşı və pis olduğunu insanın qəlbinə ilham edərək bildirir. Pis bir işə niyyətlənən və yaxud bunu edən insanın qəlbində hiss etdiyi sıxıntı və vicdan əzabı Allahın ona ilhamıdır. Yusifi (a.s.) pis əməldən çəkindirən burhan, Uca Allahın ona son anda, etdiyinin pis olduğunu ilham etməsi olmalıdır.

"Qadın ona həqiqətən meyl etmişdir. Əgər Rəbbinin burhanını (xəbərdarlığını) görməsəydi Yusif də ona meyl edərdi. Hər zaman belə olur. Bu, pisliyi və çirkin əməli ondan uzaqlaşdırdığımız üçündür. Çünki o, qəlbən Bizə bağlı qullarımızdan idi" (Yusuf 12/24)

Yusufin (a.s.) son anda qəlbinə doğan ilham (burhan) onu pis əməli işləməkdən qorumuşdur. Bu cür xəbərdarlıqlar müslüman olmayan insanlara da olunur. Sıxıntı və hüzur növündən olan bu təcrübəni mömin və ya kafir olan bütün insanlar yaşayırlar. Bu duyğunu qəlbində hiss edən qul, pis işi görməyə davam edərsə bunu bilərək etmiş olur və bu bilgi Allahın hüzurunda onun əleyhinə dəlil olur. Yanlış bir əməldən sonra qəlbə dolan daxili sıxıntı da Allahın qullarına bir ilhamıdır. Bu ilham, insanı tövbə etməyə dəvət edir. Başqa sözlə desək doğru və yanlış yolda olmağın ikisi də şüurlu bir davranışdır.

Qurani Kərimdə Musanın (a.s.) anasına vəhy edildiyi bildirilir. Bu da bir ilhamdır. Nəbilər də bu cür ilham alırlar. Musaya (a.s.) düşmənlərinə qarşı necə davranacağı bildirildiyi vəhylərlə, Yusifə (a.s.) quyuda olunan vəhy ilham mənasındadır. Lakin qəlbə dolan hər şey Allahdan gələn bir ilham deyil, şeytan vəsvəsəsi də ola bilər. Çünki şeytan, insanlara vəsvəsə verən, onların qəlbini bulandıran bir varlıqdır. İlhamla vəsvəsəni ayırd edə bilmək üçün qəlbimizə dolanı Allahın əmr və qadağalarına baxaraq test edə bilərsiniz.

Qurani Kərimdə vəhy kəlməsindən başqa da ilhamın nəzərdə tutulduğu ifadələr vardır. Bu ayədə Allah kafirlərin qəlbinə qorxu salmış, yəni ilham etmişdir:

"...Mən də görməməzliyə vuran bu (kafirlərin) ürəklərinə qorxu salacağam..." (Ənfal 8/12)

Şura surəsinin 51-ci ayəsində Allahın insanlarla danışma yollarından biri olan vəhylə nəzərdə tutulan, Allahın insanın qəlbinə ilhamı şəkilində olur. Bu muxatabının anlaması və şərhi ilə də əlaqardır və başqaları üçün "mütləq" deyil. Musanın (a.s.) anasının yaşadığı tərəddüdlər bunu göstərir. Ona gələn ilham ilə uşağını əmizdirən və suya buraxan ana, daha sonra etdiyinin doğru olub olmadığı haqqında şübhələrə düşmüş, özünü deşifrə etməkdən son anda yenə qəlbinə doğan ilhamla xilas olmuş, olunan təlqinin doğruluğunu yalnız uşağı özünə qaytarıldıqdan sonra anlamışdır.

2. Pərdə arxası
Allahın Nisa surəsinin 164 ayəsində Musa (a.s.) ilə danışmasının, Şura surəsinin 51-ci ayəsində keçən "pərdə arxasından qanışmaq" qisminə girdiyi düşünülür. Uca Allahın insanlarla röya ilə danışmağı da bu qəbilədən ola bilər. Belə ki, Mavərdi Allahın qullarla danışma şəkillərindən birinin də röya olduğunu söyləyir. Məsələn Quranda Rəsulullahın gördüyü röya doğrulanmış və inananların Məscidi Harama girəcəkləri müjdələnmişdir. Yenə Bədr savaşı öncəsi Rəsulullaha röyasında düşmənin sayının az olduğu göstərilərək Müsəlmanlara mənəvi dəstək təmin olunmuşdur.
Qurani Kərimdə Yusifin (a.s.) zindan dostlarının, əfəndisinin və İbrahimin (a.s.) gördüyü yuxulardan və bu yuxulara aid olan isabətli şərhlərdən bəhs edilir.
Allah mömin və ya kafirlər arasında ayrı-seçkilik qoymadan hər kəslə röya ilə danışır. Eynilə hər kəsə ilham etdiyi kimi, yuxularda da bəlli mesajları verir. Rəsulullah da sadiq röyanın Allahdan, hulmün (xəyal) şeytandan olduğunu söyləmişdir. Yenə o, möminin sadiq röyasının nübuvvətdən bir parça olduğunu, vəhyin bitməsinə rəğmən röya yolu ilə müjdə vermənin davam etməkdə olduğunu bildirmişdir.
Rəsulullahın də nübuvvətdən öncə bir çox sadiq röya gördüyü rəvayət edilər. Bu cür rəvayətlər, röyanın da vəhy ifadəsinin içinə daxil edilə biləcəyini göstərir. Röyalar Allahın qul ilə məsləhətləşməsi olduğu üçün onun təbirinə (yozumuna) əhəmiyyət verilmiş, Quranda "ta'biru'r-ru'ya, şərhi ruya, tə'vilu'l-ahlam, tə'vilu'l-ahadis" kimi ifadələrlə bunun bir elm olduğuna işarə edilmişdir. Lakin nə ilham, nə də ki, röyalar dəqiq bir məlumat qaynaı deyillər.
Rəsulullah bir gün röyasında Məscidi Harama girdiyini görmüş, ümidlənmiş, yola çıxmış lakin bu ümidi həmin il gerçəkləşməmişdir. Lakin bununla yanaşı o vaxt Məkəllilər ilə Hudeybiyə Andlaşılması (6/628) imzalanmışdır.
Rəsulullah və səhabələri arasında yaşanan gərginlikdən sonra ayə nazil olmuş və Rəsulullahın gördüyü röya təsdiqlənmiş, hər kəs üzərinə düşən vəzifəni doğru şəkildə edəcəyi təqdirdə röyanın gerçəkləşəcəyi bildirilmişdir. Bədr döyüşündən əvvəl də Rəsulullaha röyada düşmənlərin sayı olduğundan az göstərilmişdir. Hz/ Aişə ona atılan böhtan ilə bağlı olaraq vəhyin nazil olacağını ümid etmədiyini, lakin özünün məsumluğunu röya ilə Rəsulullaha bildiriləcəyini təxmin ediyini söyləmişdir. Rəvayətlər doğrudursa Hz. Aişə də röya yolu ilə bəzi məlumatların insanlara bildirildiyi həqiqətini dilə gətirmişdir. Lakin bu bilgiləndirmə, məlumatlar risalətlə bağlı deyil, insana məxsus (özəl) təcrübələrdir. Səhih röya da pərdə arxasından olunan vəhy, yəni verilən məlumatdır. Bunun şərhini hər kəs edə bilmədiyi üçün tabirinə ehtiyac vardır. Bu cür vəhylərlə hər insan qarşılaşır. Nəticə olaraq qeyd edək ki, ilham kimi röyalar da qətilik daşımayan insana xas təcrübələrdir və başqaları üçün əsas deyil.

c. Elçi Göndərərək Vəhy etmək
Allah insanlara elçi göndərərək də onlarla danışıb. Bu cür vəhyə nəbi olmayanlar da muxatab olmuşlar. Məsələn Məryəmə elçi olaraq mələk gəlmişdir. Zəkəriyyə və İbrahimə (ə.s.) gəlib müjdə və həlak xəbərlərini gətirən mələkləri onların zövcələri də görmüş, danışıqlarını eşitmiş və mələklə söhbətdə iştirak etmişdilər. Luta (ə.s.) gələn elçiləri bütün şəhər xalqı insan şəklində görmüş və onlara təcavüz etmək istəmişdilər. Açıqlama verilmədiyi müddətdə bu elçilərin mələk olduğunu nəbilər daxil olmaqla heç kim anlamamışdır.

Quranda İsa (ə.s.) ilə bağlı olaraq keçən onu Ruhu'l-Quds (Cəbrayıl) ilə dəstəklədik" ayəsi ilə yanşı bütün möminlər üçün istifadə olunan "Allah onları Özü tərəfindən bir ruha dəstəkləmişdir" ifadələrini də bu ölçüdə düşünülə bilər.

Lakin Cəbrailin (ə.s.) risalətlə bağlı olaraq gətirdiyi vəhy sadəcə nəbilərə gəlir. Bu vəhy fərqlidir. Nəbilər, gələnin risalətlə bağlı vəhy olduğunu bilirlər. Qəlbə yerləşən bu vəhy qoruma altındadır, təbliği vacibdir, dəqiq məlumatdır və son nəbi Muhəmməd (ə.s.) ilə sona çatmışdır.
Nəticə olaraq Şura surəsinin 51- ci ayəsində keçən Allahın insanlarla danışma yollarından üçüncü şəklin risalətlə bağlı olanına belə tərif edə bilərik: "Gözçülərin müşayəti ilə Cəbrayıl vasitəsi ilə Allahdan gəldiyi dəqiq olaraq bilinən bir şəkildə və insanlara təbliğ edilmək üzrə nəbilərin qəlbinə, risalətin bildirilməsidir." Təbliğ edilməsi və Musafda yazılı olması vacib olan, içində şübhə olmayan və bağlayıcı olan vəhy də məhz budur.
Quranda bir nəbiyə endirilən vəhyin, məcazən bütün insanlara endirildiyinə dair ifadəyə də rast gəlirik. Ayədə belə dəyilər:

"Bir gün havarilərə ‘Mənə və Elçimə inanın' diyə vəhy etdim. Onlar da ‘inandıq; Sən şahid ol ki, bizlər Müsəlmanlarıq" deyə cavab verdilər." (Maide 6/111)

Bu vəhiy, Həvarilərə İsa (ə.s.) vasitəsi ilə, yəni vəhy edilənin Həvarilərə təbliğ edilməsi ilə həyata keçmişdir.
"İsa onların kafir olacaqlarını sezincə dedi ki: "kim mənə Allah yolunda kömək edər?" Həvarilər: "Allah üçün bizlər sənə kömək edərik. Çünki biz Allaha inandıq. Şahid ol; biz Ona təslim olanlarıq" dedilər. Rəbbimiz! Biz' nazil etdiyin hər şeyə inandıq və Elçiyə uyduq. Artıq bizi şahidlik edənlərin arasına yaz." (Ali imran, 52-53)

Ayədən görürük ki, İsa (ə.s.) kömək üçün müraciət etmiş, Həvarilər də ona "Allah üçün bizlər kömək edərik. Çünki biz Allaha inandıq. Şahid ol; Biz Ona təslim olanlarıq" şəklində cavab vermişdilər. Maidə surəsinin 111-ci ayəsində Həvarilərə nazil olunduğu bildirilən vəhy İsaya (ə.s.) endirilən Kitab vasitəsi ilə onlardan alınan söz mənasındadır. İki ayə də eyni ifadənin istifadə olunması buna dəlildir. Allah, nəbilər vasitəsi ilə insanlardan söz alar. Başqa bir ayədə belə deyilir:

"Allah hər nəbidən söz aldığı gün onlara "Sizə bir Kitab və doğru məlumat verdikdən sonra əlinizdə olanı təsdiq edən bir rəsul gələrsə heç şübhə etmədən ona inanacaqsınız və kömək edəcəksiniz. Bunu qəbul etdinizmi? Bu ağır yükə yükləndinizmi?" demişdir. Onlar da "qəbul etdik" demişdilər. Allah "siz buna şahid olun, Mən də sizinlə bərabər şahidəm" demişdir." (Ali İmaran, 81)

Bu ayədə söz alınanlar nəbilər deyil, onlar vasitəsi ilə ümmətlərdir. Hər nəbi endirilən Kitabda özündən sonra hər hansı bir zaman kəsimində, əllərindəki Kitabı təsdiq edən bir rəsulun gəldiyi zaman insanlara o rəsula iman edib, dəstək göstərmək məsuliyyətini yükləmişdir. Ayədə keçən "isr" ifadəsi, bir nəbi gözləyənlərə əllərindəki kitabı təsdiq edən bir rəsul gələrsə ona iman edib, dəstək göstərmək məsuliyyətinin yükləndiyi mənasındadır. Üzərində belə bir yük olanlar onlardan çox-çox əvvəl yaşamış bir nəbiyə inanmaqla məsuldurlar. Məsələn İsanın (ə.s.) vəfatından sonra dünyaya gəlmiş hər kəsin üzərində İncilə inanmaq məsuliyyəti vardır. İnanmaq və dəstək olmaqda məsul olunan şey o nəbinin təbliğ etdiyi Kitabdır. Ayədəki "Əlinizdə olanı təsdiq edən bir rəsul ifadəsində rəsul kəlməsinin istifadəsi də bu baxımdan önəmlidir. Çünki rəsul, həm nəbi, həm də nəbi olmayan elçi və eləcə də Kitab mənasına gəlir. Bunu nəzərə almayanlar və əllərindəki Kitabı təsdiq edən nəbiyə və ya onun təbliğ etdiyi Kitaba iman etməyənlər, Allahın hüzuruna haqqını vermədikləri bir yüklə çıxacaqlar. Muhamməd (s.ə.s) nəbilərin sonuncusu olduğu üçün, o həyatda ikən onu görməyənlər də onun təbliğ etdiyi Kitaba iman etməklə mükəlləfdirlər. O son nəbi olduğu üçün artıq Quranı təsdiq edən başqa bir nəbi və Kitab gözlənilməməlidir.


Tarix: 02.04.2013 / 20:25 Müəllif: *Beyaz_Gul* Baxılıb: 735 Bölmə: Maraqlı melumatlar
loading...