Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah Təkdi Bunu Unutma!!!

Tək ilahinin Allah olduğunu unutmayın

Bir məntiqli ifadə var. Əgər insan qumdan düzəldilən bir qala görsə mütləq o qalanı quran birinin

varlığını fikirləşəcək. Çünki, əsrlərlə də olsa nə dəniz dalğaları, nə də küləklər vasitəsilə öz-özünə

qumdan uca bir qala yarana bilməz. Dünyaya baxsaq hər şeyin nizamla düzülüşünü görürük.

İnsan, heyvan, təbiət, ağaclar, çaylar, hava qatı, mikroblar, yerin cazibə qanunu, yerin günəşdən

uzaqlığı, atmosferdəki oksigenin miqdarı və daha milyonlarca həssas nizam. İnsanın nəfəs almağı

üçün ağız, burun, nəfəs borusu, ağciyərlər, ürək, damarlar hamısı birlikdə dövrədədirlər. Heç biri bir

saniyə də olsun gecikməz. Bütün bu orqanlar onları Yaradan Allahın əmrlərinə boyun əyib, insanı

həyatda yaşaması üçün öz vəzifələrini nizamla, dəqiq yerinə yetirirlər. Buna görə Allah Təala Mülk

surəsinin 23-cü ayəsində belə buyurur: "De ki: Sizi inşa edən, sizə qulaq, gözlər və qəlblər verən

Odur. (Allahdır) Nə qədər az şükr edirsiniz."




Allahın sizə nə qədər yaxın olduğunu unutmayın


Sizin bu an ağlınızdan keçənlər, uşaqlığınızda başınıza gələn hər hansı bir hadisə, bir neçə il sonra

görəcəyiniz işlər də daxil olaraq hər şeyi Allah bilir. Necə ki, Allah-Təala Zariyat Surəsinin 15-16 -cı

ayələrində deyir. Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və çeşmələr başında öz Rəbblərinin onlara

bəxş etdiyi mükafatları alacaqlar. Çünki onlar bundan əvvəl (dünyada ) xeyir əməllər tutan olublar.

Allah insanın ağlından keçən, kimsənin bilməsi mümkün olmayan bütün fikirlərdən xəbərdardır. Necə

Allah Təala Yunus 61-də buyurur: Sən hansı bir vəziyyəttə olsan, Qurandan nəyi oxusan və siz hansı

işi görsəniz,başınız bunlara qarışan zaman (bilin ki) Biz sizə şahidik. Nə yerdə, nə göydə zərrə

ağırlığında belə bir şey Rəbbinin nəzərindən qaçmaz. Bütün bunlara baxmayaraq insanlar Allahı çox

uzaqda fikirləşirlər. Sanki Allah bu dünyanı yaradıb və onları başlı başına buraxıb. Bu çox səhf

fikirdir. Yer üzündə hər varlıq Allaha möhtacdır. Allah isə heç bir şeyə möhtac deyildir. İnsanın

saysız zəiflikləri var. Məsələn aclıq, susuzluq, yuxu, yorğunluq, xəstəlik və s. Allah-Təala isə bu

sifətlərdən uzaqdır. Necə Allah Təala Bakara 255-də buyurur: "Allah - Ondan başqa tanrı yoxdur. O,

əbədiyaşardır və (yaratdıqlarının həmişə keşiyində) durandır. Onu nə mürgü tutar, nə də yuxu.

Göylərdə və yerdə nə varsa, Onundur."





Hər hadisənin Allahın nəzarəti ilə baş verdiyini unutmayın.






Allah elə bir güc sahibidir ki, Ənam 59-da bildirildiyi kimi Onun icazəsi olmadan bir yarpağ belə

ağacdan yerə düşməz. Kiçik bir uşaqdan alimə qədər insanın bildiklərini öyrədən, görə bildiklərimizi,

görə bilmədiklərimizi də bilən Allahdır. Və unutmayın ki, ən kiçik şey belə Allahın nəzərindən qaçmır.



Sizə hər şeyi verənin Allah olduğunu unutmayın.




Hələ də 21-ci əsr alimlərini aciz qoyan insan bədənini əksiksiz yaradıb, bütün organları orada böyük

qanunlarla yerləşdirən və sonra da onu insanların ixtiyarına verən, göydən endirdiyi su ilə yerdən

müxtəlif meyvələr çıxardan, sayları 100 milyardları aşan qallaktikaları dəqiqliklə hərəkət etdirən,

gündüzü çalışmaq, gecəni istirahət üçün yaradan Odur.İnsana verdiyi nemətləri Allah Təala Nəhl

Surəsinin 4-cü ayəsindən 18-ci ayəsinə qədər sayır. İnsanın saymağa ömrü yetməyən nemətlərin hər

biri Allahın istəyi ilə var olmuşdur. Necə Allah Təala Loğman 27-də buyurur: "Yer üzərindəki bütün

ağaclar qələm olsa və dəryaya özündən başqa yeddi dərya qatılsa belə Allahın kəlamları tükənməz.

Həqiqətən Allah qüdrət, hökm və hikmət sahibidir."


Sahib olduğunuz malın hamısını sizə verən Allah olduğunu unutmayın


Allah Təala Maidə 120-də buyurur: Göylərin, yerin və onlarda olanların hökmü Allaha məxsusdur.

O,hər şeyə qadirdir.


Siz Allahın təyin elədiyi vaxt gəlincə sahib olduğunuz hər şeyi bu dünyada buraxıb çilpaq bədəninizlə

bir neçə metr kəfənə bükülüb bir çuxura atılacaqsınız. Ruhunuz isə ancaq gördüyünüz əməllərlə

Allahın hüzuruna gedəcək.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 179 Bölmə: Maraqlı melumatlar
loading...