əl-Mənnən – Mərhəməti və lütfkarlığı geniş olan deməkdir. Bu İsim quranda fel olaraq keçir. «…Bilin ki, sizi imana müvəffəq etməklə əslində Allah sizin boynunuza minnət qoymuşdur». (əl-Hucurat 17). «Allah möminlərə qarşı lütf göstərdi». (Ali İmran 164).
Ənəs İbn Məlik (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) bir nəfərin belə dediyini eşitdikdə: “Allahummə İnniy Əs'əlukə Bi Ənnə Ləkəl-Həmd, Lə İlahə İllə Əntə Vəhdəkə Lə Şəriykə Ləkə, Əl-Mənnanu, Yə Bədi'as-Səməvati Val-Ard, Yə Zəl-Cələli Val-İkram, Yə Həyyu, Yə Qayyum, İnniy Əs'əlukəl-Cənnətə Və Əuzu Bikə Minən-Nər - Allahım, Sənə yalvarıram! Həmd Sənədir. Səndən başqa məbud yoxdur, Təksən, heç bir şərikin yoxdur. Lütfkarsan! Ey göyləri və yeri Yaradan! Ey əzəmət və ehtiram sahibi! Ey Yaşayan, ey Qəyyum! Səndən Cənnəti diləyirəm və Cəhənnəmdən Sənə sığınıram!” buyurdu: Artıq Allahadan Onun əzəmətli İsmi ilə istənildi. Hansıki əgər onunla istənilərsə əta olunar, dua edilərsə cavab verilər” .
(Əbu Davud 2/80,1495, İbn Məcə 2/1268, Nəsəi 3/52, Tirmizi 5/550, Səhih Nəsəi 1/279, H. 1233, Səhih İbn Məcə 2/329, H. 3112. )
Minnət qoymadan lütfkar və mərhəmətli olan.
Minnət İki Cürdür:
Bəyənilən - Rəsulullah (s.a.v) buyurdu: «İnsanlar arasında malı ilə mənə ən çox minnət edən (yaxşılıq edən)
Əbu Bəkr (r.a) (Başqa rəvayətdə: Mənə Əbu Kuhafənin oğlundan daha çox minnət edən yoxdur)». «Allah qullarından dilədiyinə lütf edər». (İbrahim 11). Bu hədis və ayələrdə keçən minnət sözü lütf etmək deməkdir. Bəyənilməyən - İnsanın etdiyi bir yaxşılığı təkrarlaması, xatırlaması və başa qaxmasıdır. Bu minnət də, sahibləri də pislənmişdir. «Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın». (əl-Bəqərə 264).
Əbu Zərr (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: «Üç kimsə vardır ki, Qiyamət günü Allah onlarla danışmaz, onlara nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar üçün şiddətli bir əzab vardır. Bunalr Paltarının ətəklərini yerlə süründürən (Başqa rəvayətdə: «İzarın ayaq biləngindən aşağı olan qismi atəşdədir», «Möminin paltarı baldırının yarısına qədərdir. Bundan ayaq bilnginə qədər olsa da bunda bir eyb yoxdur. Lakin bundan daha aşağı olan hissə atəşdədir»), verdiyi şeyi başa qaxan və yalan andlarla malını satan kimsə»
(Buxari, Müslim 106, Əbu Davud. )
Əbu Hureyrə (r.a) rəvayət edir ki, Rəsulullah 9s.a.v) buyurdu: «Üç kimsə vardır ki, Qiyamət günü Allah onlarla danışmaz, onlara nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar üçün şiddətli bir əzab vardır. Bunalr zinakar yaşlı, yalançı dövlət başçısı və təkəbbürlü kasıb» . (Müslim 107. )
Əbu Hurəyrə (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: «Üç kimsə vardır ki, Qiyamət günü Allah onlarla danışmaz, onlara nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar üçün şiddətli bir əzab vardır. Bunalar susuz bir səhrada suyu olduğu halda səfər yoldaşından onu gizlədən, Əsr namazından sonra mal satar və bu malı satarkən filan-filan qiymətədir deyərək müştərini aldadaraq Allaha and verər. Müşdəri də onu təsdiq edib malı alan kimsə, bir dövlət başçısına yalnız dünya malı üçün beyət edər. Əmr ona dünyalıq mal verdiyi zaman əhdinə sadiq olar, ona dünyalıq verilmədiyi zaman əhdinə sadiq olmaz»
(Müslim 108.)
«Etdiyin əməli çox bilib başa qalxma». (əl-Muddəsir 6). İbn Kəsir deyir ki: «Etdiyin əməlləri çox görüb Rəbbinə minnət etmə»
(Təfsir İbn Kəsir 8/442. )
Bu İsimləri bilən müsəlman Allahın ona verdiyi nemətlərlə hər hansı bir kimsəyə yaxşılıq etdikdə bu yaxşılığı əsla başa qaxmamalıdır. Öz yaxşılığını kiçik görüb onu unutmalıdır. Üstünlüyü özündə deyil yaxşılığı qəbul edəndə görməlidir. Buna görə qul həqiqi lütf sahibinin O, olduğunu bilməli və bunu etiraf etməlidir.
Rəsulullah (s.a.v) Ənsar topluluğuna buyurdu: «Sizlər dağınıq ikən Allah mənimlə sizi bir yerə toplamadımı? Sizlər fəqir ikən Allah mənimlə sizi zəngin etmədimi? Sizlər ölkənizdə qorxu içində ikən Allah mənimlə sizi hüzur və əmin-amanlığa qovuşdurmadımı?». Ənsar da Allahın üzərilərindəki lütf və ehsanını etiraf edərdilər.
(Buxari 4330, Müslim 1061. )
Tarix: 05.05.2013 / 14:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 181 Bölmə: Maraqlı melumatlar