Hindistanda yaşayan 12 yaşlı oğlan 12 saat ərzində "Qurani-Kərim"i tam əzbər deyib. Kiçik hafiz oğlan "Qurani-Kərimi" əzbər deməyə səhər saat 8-də başlayıb, axşam 8-də başa vurub. Dar ül Ülm Təjul Məsajid mədrəsəsində təhsil alan hafiz Məhəmməd Zəbihulla Hindistanın qərbindəki Maharaştra ştatındakı Əhmədnaqar şəhərində yaşayır. Onun "Qurani-Kərim"i tam əzbər deməsini oxuduğu mədrəsənin rəhbəri Pir Seyid Səhab, məşhur üləma Mövlana Əhsən Xan Nədvi, mədrəsənin müəllimləri və şagirdər izləyiblər. Balaca Məhəmməd 12 saat davam edən əzbər söyləmə zamanı bir dəfə də çaşmayıb, "Qurani-Kərim"ə baxmayıb. "Qurani-Kərim"i əzbərləməyə 8 ay sərf etdim. Allahın izni olmasaydı, bunu edə bilməzdim", - Məhəmməd deyib.
Tarix: 06.06.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 90 Bölmə: Maraqlı melumatlar