Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orucluğun Başlanması Münasibətilə İmam Səccadın (ə

Şükür olsun o Allaha ki, bizi öz
həmdinə hidayət etdi. Onun
nemətlərinin şükürünü yerinə yetirmək
üçün bizi şükr edənlərdən etdi. Həmin
şükrümüzə görə xeyirxahlara verdiyi
savablarla mükafatlandırdı. Şükür olsun o Allaha ki, öz dini ilə
hidayət tapmağı bizə bəxş etdi, İslama
daxil etdi. Bizi öz ehsan (yaxşı) yoluna
gətirdi ki, onun nemətinin vasitəsi ilə
razılığını qazanaq. Ona elə həmd edirik
ki, bizdən qəbul etsin və onunla bizdən razı qalsın. Və həmd olsun o Allaha ki,
aylarından birini Ramazan (Orucluq)
ayını — Oruc ayı, İslam ayı, paklıq ayı,
günahlardan təmizlənmə ayı, qalxınış
ayı olaraq ehsan aylarından biri etdi. Bir
ay ki, insanları hidayət edən, doğru yolu bəyan edən və haqqı batildən
ayıran Quran həmin ayda nazil oldu. Bu
ayı çoxlu hörmətlərinə və aşkar
fəzilətləritnə görə digər aylardan üstün
etdi. Digər aylarda halal olanı bu ayda
onun əzəmətinə görə haram etdi. Onun hörmətini saxlamaq üçün gündüzlər
yeməyi və içməyi yasaqladı və onun
üçün aydın vaxt müəyyənləşdirdi. Əziz
və Cəlil olan Allah həmin vaxt həddini
aşmağa, nə geridə qalmağa, nə də irəli
keçəməyə icazə vermir. Sonra isə onun gecələrindən birini min aydan üstün
edib Qədr gecəsi adlandırdı. Həmin gecə
Ruh və mələklər Rəbblərinin izni ilə
Onun təyin etdiyi hər bir iş üçün yerə
enirlər. O gecə, dan yeri sökülənə kimi
mələklərin daimi və bərəkətli salamı sarsılmaz müqəddərata əsasən istədiyi
bəndələrinə şamil olur. İlahi! Məhəmməd (s) və onun sülaləsinə
salavat göndər və onun üstünlüyü və
fəzilətini qavramağı bizə ilham et. Bizi
bu ayda haram etdiyin işləri
görməkdən saxla. Bizə kömək et ki,
üzvlərimizi günahdan saxlayıb Sənin razı olduğun yolda işlətməklə bu ayın
orucunu elə tutaq ki, qulağımız boş
sözlər eşitməsin, gözlərimizlə ləhv-ləəbə
doğru tələsməyək (harama
baxmayaq), əllərimizi harama
uzatmayaq, ayaqlarımızla harama doğru getməyək, qarnımız Sənin halal
elədiyindən başqa heç bir şeyi özündə
yerləşdirməsin, dilimiz Sənin əmr
etdiyindən başqa söz danışmasın. Bizi
savaba yaxınlaşdıran halaldan başqa
heç nə üçün zəhmət çəkməyək. Sənin əzabından saxlayan işdən başqa bir iş
görməyək. Bütün bu əməlləri
riyakarlıqdan və başqalarının eşitməsi
üçün yerinə yetirməkdən saxla ki, biz
bu əməlimizdə Sənə şərik tutmayaq və
Səndən başqa bir məqsədimiz olmasın. İlahi! Məhəmmədə (s) və onun
sülaləsinə salavat göndər. Bizi bu ayda
hökmünü təyin etdiyin, vacibini vacib
vəzifə və vaxtlarını müəyyənləşdirdiyin
beş namazın vaxtı ilə tanış et. Bizi elə
adamlardan et ki, namaz qılanda onun şənini bilir və ərkanlarını yerinə
yetirirlər və namazı Sənin bəndən və
Peyğəmbərin — Sənin salavatın ona və
onun sülaləsinə olsun — səcdə və
rükudan tutmuş bütün fəzilətləri ilə
müəyyənləşdirdiyi kimi və tam paklıq, təvazökarlıq və yetərliliklə qılırlar. Bizə
bu ayda öz qohum-əqrəbalarımıza
münasibətdə yaxşılıq etməkdə
müvəffəqiyyət ver. Elə et ki, ehsan və
yaxşılıqla qonşularımızı anaq,
mallarımızı haramdan təmizləyək və onların zəkatını verək, bizdən
uzaqlaşana yaxınlaşaq, bizə zülm
edənlə insafla davranaq, Sənə və Sənin
yoluna düşmən olandan başqa bizə
düşmənçilik edənlə barışaq. Çünki,
Sənə düşmənçilik edən düşməni sevmirik, onlar elə bir qrupdur ki,
onlarla dostluq etmərik. Bizə bacarıq
ver ki, bu ayda günahdan təmizləyən
yaxşı işlər görməklə Sənə yaxınlaşaq.
Bizi bu ayda pisliklərlə ünsiyyətdə
olmaqdan qoru. Elə ki, əməlləri yazan mələklərin heç biri bizim itaətimizin və
Sənə yaxınlaşdıran əməllərimizin
azlığından başqa günahı Sənə
göstərməsinlər. İlahi! Mən bu ayın xatirinə və
Peyğəmbərin (s) xatirinə və yaxın
mələklərin, bu ayın başlağıcından
sonuna kimi ibadətdə çalışanların
hamısının xatirinə, seçdiyin saleh
bəndənin xatirinə Səndən istəyirəm ki, Məhəmmədə (s) və onun sülaləsinə
salavat göndərəsən. Bizi də həmən
ayda övliyalarına verdiyin vədlərdən
yararlandırasan. İtaətində çalışanlara
lazım bildiyini bizə də lazım biləsən. Öz
mərhəmət və mehribanlığınla bizi ən yüksək mərtəbədə olan ləyaqət
sahibləri sırasında yerləşdirəsən.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 158 Bölmə: Maraqlı melumatlar
loading...