Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlara nəsihətim...

İndiki dövrdə uşaqları tərbiyə etmək çox çətindir.Bu insandan böyük səbr və bacarıq tələb edir.Lakin bilməliyik ki, övladın tərbiyəsində əxlaq, yumşaqlıq, mehribanlıq mühüm rol oynayır.Siz övladınıza əlinizi və səsinizi qaldırmamalısınız.

Təbii bəzən uşaqlarla çox ciddi davranmaq lazımdır.Amma bu ciddilik də həddini aşmamalıdır.Əgər ifrata varsanız uşaq inadkar olar və sizə tabe olmaz.

Allahdan dua edirik, övladlarımızın qayğı və müdafiəsində yardımçımız olsun.Çünki hər bir valideynin üzərində çox böyük məsuliyyət dayanır.Necə ki, Allahu təalə Qurani-Kərimdə buyurur:





Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir). (Təhrim surəsi/6)

Hər bir valideyn öz ailəsinin rəhbəridir.Və buna görə böyük məsuliyyət daşıyır.Əgər siz bu məsuliyyətə etinasız yanaşsanız, övladınızın tərbiyəsi də qüsurlu olacaqdır.

Sizə birinci tövsiyyəm, uşağınızı onun anlayacağı bir tərzdə öyrədin.Məsələn, Allahu təalə haqqında danışarkən, əlinizlə səmanı göstərin.Övladınız yemək yeyərkən sağ əli ilə yeməsini tələb edin.

Və beləcə övladınızı ilk çağlarından belə məsələlərə alışdırın.Peyğəmbərimiz (sas) buyurur:

-“Uşaq dünyaya müsəlman olaraq gəlir.Fəqət valideynləri onu Yəhudi və Xristian edir.”Artıq övladınız dil açıb, danışmağa başlayıbsa ona yemək yeyərkən ilk öncə “Bismilləh” deməsini və ona yaxın olan yerdən yeməsini öyrədin.Tədricən bu adət halını alacaqdır.O zaman ki, övladınızın müəyyən məsələləri anlaya bildiyinə əmin oldunuzsa,ona ilk olaraq İslam dinin sütunlarından bəhs edin.Bu barədə Allahu təalənin nazil etdiyi ayələrdən və Peyğəmbərimizin (sas) səhih hədislərindən istifadə edin.

Artıq övladınız yeddi yaşına çatdısa ona namaz qılmağı öyrədin.Çünki Rasulullah (sas) buyurur:

-Yeddi yaşında övladınıza namazı öyrədin.İtaətsizlik etsə on yaşına çatdığında onları vurun.

Uşaqlarınıza əsas anladacağınız kəlmə isə tövhid kəlməsi olmalıdır.Rasulullah (sas) buyurur:

-Övladlarınıza ilk öyrədəcəyiniz kəlmə “Lə iləhə illəllah” kəlməsi olsun.

Yəni ən böyük önəmi əqidə məsələsinə yönəldin.Bu barədə Peyğəmbərimizin (sas) çox gözəl hədisləri mövcuddur.Necə ki, Rasulullah (sas) buyurur:

-“Allahı xatırlayın, Allah sizi qoruyacaqdır.Yalnız Ona dua edib, Ondan kömək diləyin!Əgər bütün ümmət sizə xeyir vermək üçün yığışsalar Allahın yazdığından artıq sizə xeyir verə bilməyəcəklər.Yox əgər zərər vermək üçün yığışsalar yenə Allahın yazdığından artıq zərər verə bilməyəcəklər.”

Loğmanın (aleyhissəlam) oğluna etdiyi nəsihəti siz də övladınıza edin.

-“ (Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)”

Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!

Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!”

(Loğman öyüd-nəsihətinə davam edərək) dedi: “Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!

Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!

Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!

Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (Loğman surəsi/13-19)

Övladınıza məclisin ədəblərini öyrədin.Əgər qonaq gedərsə və ya hər hansısa bir məclisə daxil olarsa ilk öncə icazə istəsin.Və əgər üç dəfə izn istədikdən sonra icazə verilməzsə geri qayıtsın.Bunlar mühüm məsələlərdir, bacılar.

Bundan əlavə olaraq, övladınızı qadağan və haram olan şeylər haqqında da məlumatlandırın,onları öyrədin.Bu haramlardan necə qorunmaq yollarını izah edin.Necə ki, səhabələrdən biri buyurur: “Hər kəs Peyğəmbərdən (sas) nicata aparan əməllər barədə soruşarkən mən ancaq zəlalətə aparan əməllər barədə soruşurdum.Hətta zəlalətə düşməyim deyə...”

Gün ərzində övladınıza ayə və hədislər oxuyub, onları izah edin.Mənalarını aşılayın.Nazil olma səbəblərini bildirin.Bununla da uşaqlarınızda dinə böyük həvəs yaradın.

Yavaş-yavaş, tədricən Qurani-Kərimi onlara əzbərlədin.Quranı yadda saxlamaq narahatlıq doğuran bir məsələdir.Amma uşaqların hafizəsi daha güclü olur.Onun üçün gün ərzində müəyyən qədər ayələri oxuyub öyrənsinlər və əməl etmədikcə digər ayələrə keçməsinlər.

Rasulullah (sas) buyurur: “Sizdən ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir!”

Ən mühüm məsələlərdən biri də övladınızın böyüdüyü mühitdir.Bu mühit nə qədər sağlam olarsa övladınızın əqidə və əxlaqı da bir o qədər sağlam olar.Belə ki,övladlarınızı əxlaqsız və səfeh uşaqlardan uzaq edin.Onlarla ilə bir yerdə oynamağı qadağan edin.Çünki uşaq gördüyü bir hərəkəti mənasına varmadan dərhal götürür və təkrarlayır.

Uşaq qəlbi ağ vərəqə bənzəyir.Siz istədiyinizi o vərəqdə həkk edə bilərsiniz.Övladınızı dünyəvi sevgilərdən uzaq edin.Təbii birdəfələik məhrum etmək də düzgün deyildir.Çünki o əhatəsində olanlara baxır.Və onlardan seçilmək istəmir.Amma əxlaq ilə, mülayim rəftar ilə pis və xoşagəlməz xarakteri övladınızdan uzaq edin.Təbii o da böyüdükcə bunları daha dərindən anlayacaqdır.

Və gecələr uşaqlarınızı çölə buraxmayın.Çünki bu vaxt Şeytanın azdırma vaxtlarındandır.Necə ki, hədisdə buyurulur:” Axşam vaxtı Allahı zikr edib, qapı-pəncərəni örtün, çünki bu vaxt şeytan onları aça bilməyəcəkdir.!”

Və hər bir valideyn çalışmalıdır ki, övladı əməli saleh olsun.Çünki Rasulullah (sas) buyurur:” İnsan öldükdən sonra əməli bitir.Ona artıq savab yazılmır.Lakin üç kəsdən başqa.” Bu kəslərdən biri də özündən sonra əməli saleh övlad qoyandır.Yəni övladı etdiyi saleh əməllərdən valideyninə də savab yazılır.

Bu barədə kifayət qədər ayə və hədislər mövcuddur.Çalışın oxuyun,nəticə çıxarın və tətbiq edin. Məsələn, Nuh (aleyhissəlam) ilə oğlunun söhbəti.Allah təalə bu haqda buyurur:

-(Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz!” Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu. (Hud surəsi/43)

Və ya İbrahim (aleyhissəlam) peyğəmbərin hekayəsi.Allahu Təalə buyurur:

-(Atası Azər İbrahimə) dedi: “Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər (onlara qarşı pis hərəkətlərinə) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm (yaxud səni təhqir edib acı sözlər deyəcəyəm). Bir müddət məndən uzaq ol (gözlərim səni görməsin)!” (Məryəm surəsi/46)

Təbii ki, Allahu təalə sizi ən çox övladlarınızla sınağa çəkmişdir.Çalışmaq lazımdır ki, bu sınağın gerçək mənasını anlayaq və sınaqdan üzü ağ çıxaq.Şeytanın qurduğu bu tələyə düşməyək.Özümüzü bu fitnədən qoruyaq.Allahu təalə buyurur:

-Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən daşındırmışdılar). Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir! (Təğabun surəsi/14)

Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır. (Munafiqun surəsi,9)

Uşaqlar adətən gördüyündən təsirlənirlər.Yəni siz öz aranızda və qohumlarınız arasında əxlaq və nəzakət ilə davransanız bu övladınızın tərbiyəsində mühüm rol oynayacaqdır.

Və dövrümüzün bəlalarından biri- evdə uşaq xəstələnərkən dərhal onu hansısa falçının yanına aparırlar.Təbii ki, bu küfrdür. İlk öncə Allaha təvəkkül etmək və Ondan kömək diləmək lazımdır.Çünki bəndələrinə şəfa verən Odur.

Övladlarınızın əxlaqına təsir edən vasitələrdən biri də televizordur.Bəzi valideynlər imkan yaradıblar ki, küfr televizor vasitəsi ilə evə daxil olsun.Təbii, indiki dövrdə ondan çox ehtiyatla istifadə etməliyik.Hətta özünüz və övladlarınız Cəhənnəmə sürüklənməsin deyə...Çünki hamı çox gözəl bilir ki, göstərilən əksər verilişlərin rəhbərləri İslam düşmənləridir.Allah təalə bizi bu cür fitnə əhlindən qorusun.

Əlbəttə ki, övladınızın gözəl tərbiyəsi üçün hər gün Allahu təaləyə dualar edin.Övladı sizə O bəxş etdi və onun əxlaqının gözəl olması da Onun izni ilədir.

Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!(Ğafir surəsi/60)

Son olaraq dua edirik, Allahu təalə bizə əməli saleh övladlar nəsib etsin.Və bizi ailəmiz ilə birgə ən uca Cənnət olan Firdovs Cənnətində Peyğəmbər (sas) ilə bir yerdə etsin.Amin

Bu risalədə müəllifi Şeyx Muqbilin (rahiməhullah) qızı Şeyxa Umm Abdullah (hafizəhullah) olan “Qadınlara nəsihətim” kitabından istifadə edilmişdir.


Tarix: 07.05.2013 / 21:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 529 Bölmə: Maraqlı melumatlar
loading...