Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimizin (s.a.v) qadınlar haqqındakı hədisləri

Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: "Qadın zərər görməyə uyğun bir varlıqdır, şeytan onun azdırar. Onun üçün ya çölə çıxmamalı, ya da çıxdığında çox diqqətli olmalıdır"

Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: "Kim naməhrəm bir qadınla qucaqlaşsa, ALLAH-u Təalanı qəzəbləndirər"

Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: Bir yerdə, zina və sələm çoxalırsa, o yerin xalqı, bəlaya məruz qalır..

Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: Kişilər, qadınlara itaət etsələr məhv olarlar..

Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: Qadınlarla müşavirə edin, lakin söylədiklərinin əksini edin.

Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: Qadının ən üzsüzü utanmadan açıqca zina edəndir..

Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: Cəhənnəmi qadınlar (çoxunu) doldurucaqdır..

Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: Özümdən sonra kişilər üçün qadınlardan daha zərərli bir fitnə buraxmadım..

Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: ALLAH qadın paltarını geyən kişiyə və kişi qılığına girən qadına lənət etsin..

Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: ALLAHa and içərəm ki, ümmətimdən elə insanlar gələcək, onlar nankorluq, qürur, çalğı, əyləncə və oyun ilə həşr-u nəşr olacaqlar. Bunlar, haramı halal kimi tanıyan, müğənni qadınlar saxladıqları, içki içdikləri və sələm yeyib ipək geydikləri üçün meymun və donuz olaraq oyanacaqlar. Hz. Məhəmməd (s.a.v)

Peyğəmbərimiz (s.a.v) qızı Hz. Fatiməyə (s) xitab olaraq belə buyurmuşdur: "Ey Fatimə, hər hansı bir qadın gözəl bir şəkildə bəzənər və gözəl bir paltarla evindən çıxaraq insanların diqqətini üzərində toplar və özünə baxmalarını təmin etsə, yeddi göyün və yerin mələkləri ona lənət edər və ölüb cəhənnəmə girənə qədər, ALLAHın qəzəbinə məzhər olar (Əlbəttə tövbə edib və bir daha təkrarlamazsa)

Hz Əli (ə) Peyğəmbərimiz (s.a.v) dan belə eşitdiyini nəql edir: "Zamanların ən pisi olan və qiyamətin yaxınlaşdığı bir zaman olan axıruz-zamanda, bir çox qadınlar olacaq ki örtülü olduqları halda çılpaqdırlar, bəzəklərini göstərərlər, dindən çıxıb fitnələrə girərlər, şəhvətlərə yönələrlər, eqoist ləzzətlərə qaçarlar və haramları mübah qılarlar. Onlar Cəhənnəmə girib orada əbədi olaraq qalacaqlar!

Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: Ey insanlar! "Qadınların haqqlarını qorumağınızı və bu xüsusda ALLAHdan qorxmanızı tövsiyə edirəm. Siz qadınları, ALLAHın əmanəti olaraq aldınız və onların namusunu özünüzə ALLAHın əmri ilə halal etdiniz. Sizin qadınlar üzərində haqqınız, qadınların da sizin üzərinizdə haqqı vardır. Sizin qadınlar üzərindəki haqqınızı, yatağınızı heç kimsəyə çeynətməmələri, xoşlanmadığınız kəsləri izininiz olmadıqca evlərinizə almamalarıdır. Əgər gəlməsinə icazə etmədiyiniz bir kimsəni evinizə alsalar, ALLAH, sizə onların yataqlarında yalnız buraxmanıza və daha olmasza yüngülcə döyümənizə izin vermiştir. Qadınların da sizin üzərinizdəki haqqları, qanuni ənənə və adətə görə yemək və geyəcəklərini təmin etmənizdir.


Tarix: 07.06.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 125 Bölmə: Maraqlı melumatlar
loading...