Bir Allah qulu hər gecə davamlı olaraq Allahı zikr edərdi, gecələrini zikr və ibadətlə keçirərdi. Bir gün şeytan bu adama yaxınlaşdı və dedi:
- Allahi zikr etmən nə vaxta qədər davam edəcək? Sən gecə-gündüz Allah deyirsən, heç bir dəfə də oldumu Allah da sənə buyur ey qulum deyə cavab versin? Allaha etdiyin zikrin qarşılığını aldınmı? Sən nə vaxta qədər bu cür halınla Allahı zikr edəcəksən,- deyə vəsvəsə etdi. Və vəsvəsə öz işini gördü. İnsanın fikirləri qarışdı və belə dedi:
- Əgər Allah mənə zikrin qarşılığını vermirsə demək mən ibadətə layiq qul deyiləm. Zikri tərk etdi və yatdı. Gecə yuxuda Hz. Xızır(ə) gördü. Hz.Xızır(ə) ona:
- Niyə zikr etmirsən?
Adam isə ona cavabında:
- Mən hər gecə Allah, Allah deyə çağırdım, fəqət bir gün olsun Allahdan `buyur qulum` deyə qarşılıq duymadım. Mən bu işə layiq olmamağımdan və Allahım qapısından qovulmaqdan qorxuram, - deyə cavab verdi. Bu zaman Hz.Xızır(ə) adama belə dedi:
- Sənin davamlı olaraq Allah, Allah demən Onun buyur qulum deməsidir. O, sənir zikr etməsə, sən Onu heç zikr edə bilməzsən. O, səni sevməsə öz yoluna bağlamazdı. Sənin Allahdan qorxmağın və sevgin Onun sənə lütfüdür. Qorxma Allah de və zikrə davam et. Heç bir zikr və dua qarşılıqsız qalmaz!
Tarix: 07.06.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 90 Bölmə: Maraqlı melumatlar