Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quranla açılan möcüzə `Dəmir`

Dəmir Quranda böyük diqqət yetirilən kimyəvi elementlərdən biridir. Quranın “Hədid” yəni “Dəmir” surəsində belə buyrulur: “Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri nazil etdik (endirdik)” (Hədid, 25)
Ayədə dəmirlə bağlı işlədilən "endirmək" sözünü məcazi mənada onun insanların istifadəsinə verliməsi kimi də başa düşmək olar. Ancaq "endirmək" sözünün yağış və günəş şüaları üçün işlədilən həqiqi mənasına diqqət yetirdikdə ayənin çox mühüm elmi möcüzə olduğunu görürük. Çünki, müasir astronomiya elmi Yerdəki dəmir mədənlərinin kosmosdakı böyük ulduzlardan gəldiyini sübut edir. Bu isə onu göstərir ki, təkcə Yerdə yox, bütün Günəş sistemində olan dəmir kənardan əldə edilmişdir. Kainatdakı ağır metallar böyük ulduzların nüvələrində hazırlanır. Ancaq Günəş sistemi dəmir elementini öz nüvəsində hazırlaya biləcək gücə malik deyil. Çünki günəşin tempraturu dəmir elementinin meydana gəlməsi üçün kifayət deyil. Dəmir acaq Günəşdən də böyük ulduzlarda bir neçə yüz milyard dərəcəyə çatan tempraturda meydana gələ bilər. Vova və Supernova adlandırılan bu ulduzlarda dəmirin miqdarı müəyyən həddi keçəndə ulduz artıq onu saxlaya bilməyir və partlayır. Bu partlayış nəticəsində dəmirə çevrilən meteoritlər kosmosa səpələnir və göy cisimlərindən birinin cazibə qüvvəsinə məruz qalaraq onun tərəfindən cəzb olunana,yəni `onun üzərinə enənə` qədər kosmik boşluqda hərəkət edir. Göründüyü kimi dəmir Yerdə əmələ gəlməmiş, supernovalardan göy cisimləri vasitəsi ilə `ötürülərək` eynilə ayədə bildirildiyi kimi Yerə emdirilmişdir. Bu hadisənin Quranın nazil olduğu 7-ci əsrdə elmi şəkildə sübut edilməsinin qeyri-mümkünlüyü isə məlumdur. Bu həqiqət yalnız Sonsuz Qüdrət Sahibi olan Allahın sözündə-Quranda var.
Bununla belə, dəmirdən bəhs edən “Hədid” surəsinin 25-ci ayəsi iki, olduqca maraqlı riyazi şifrədən ibarətdir. Belə ki, “Hədid” surəsi Quranın 57 –ci surəsidir. Dəmir izotopunun atom ağırlığı da 57-dir. “Hədid” sözünün əbcəd hesabı 26-dır Dəmirin atom sayı da 26–dır.


Tarix: 08.06.2013 / 14:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 122 Bölmə: Maraqlı melumatlar
loading...