Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Islamda Zarafat

Islamda zarafat..


1.İmam Baqir (ə) :” Həqiqətən, Allah-təala camaatın arasında söyüş söyməmək şərtiıə zarafat etməyi sevir”.
2.Peyğəmbəri-Əkrəm (s) : “Mömin zarafatcıl və şəndir.Münafiq isə qaşqabaqlı və əsəbidir”
3. Peyğəmbəri-Əkrəm (s) : “Mən zarafat edirəm, lakin haqdan başqa bir şey demirəm”
4.Bir qoca qarı Peyğəmbəri-Əkrəm (s)-in yanına gəldi, o həzrət buyurdu ki, qoca qarılar cənnətə daxil olmayacaqlar. Qarı ağlamağa başladı. Peyğəmbər (s) buyurdu: “Həqiqətən, sən qiyamət günü qoca olmayacaqsan, çünki Allah-təala buyurdu : “İnnə ənşənahunnə inşəan, fəcəəlnahunnə əbkarən” (Həqiqətən biz onları (qadınları) yeni xilqətdə inşa edib, bakirə qərar verərik)”.
5.İmam Kazım (ə) : “Peyğəmbəri-Əkrəm-in yanına bir çöl ərəbi gəldi və o həzrət üçün hədiyyə gətirdi. Sobra dedi: Bizim hədiyyəmizin pulunu ver. Peyğəmbəri-Əkrəm təbəssüm edirdi. O həzrət hər vaxt qəmgin olanda buyururdu : “ O çöl ərəbi haradaır? Kaş bizim yanımıza gələydi”.
6.İmam Əli (ə) : “Həddindən artıq çox zarafat etmək dəyər və ehtiramı aradan aparır, düşmənçilik gətirir”.
7.İmam Əli (ə) : “Hər kəsin zarafatı çox olsa, onu nadan hesab edərlər”.
8.İmam Əli (ə) : “Nə qədər zarafatlar var ki, axırda cidiyyətə çevrilir”.
9. Peyğəmbəri-Əkrəm (s) : “Bəndə həqiqi imana yalnız o zaman çatar ki, (həddindən artıq) zarafatı və yalanı tərk etsin, mübahisəni boşlasın, hətta haqq onunla olsa belə”.
10.İmam Sadiq (ə) : “Hər vaxt bir nəfərin xatirini istəsəniz, onunla nə çoxlu zarafat et, nə də mübahisə!!!”.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Maraqlı melumatlar
loading...