Gün keçmir ki, qəzetlərə, televizora, internetə at əti, eşşək əti, donuz əti ilə bağlı xəbər düşməsin. Donuz ətli pidelərdən, içindən başqa maddələr çıxan sosiskalara, saxta ballardan hormonlu ürünlərə qədər olan məhsullar çoxdur.
Oxşar xəbərləri oxuduqda bir çoxumuz "Biz bu məhsullardan almışıqmı?" deyə fikirləşirik. "Cəza əməlin cinsindəndir" qaydasına əsasən, başımıza gələn bu qədər şey, inanan insanlar olaraq, haram və halal nöqtəsində bir qisim həssasiyyətlərimizi itirməyimizdən qaynaqlanır.
Haram tikə, sadəcə haram pulla alınan tikə deyildir. Pulumuz halal da olsa, tərkibi halal olmayan tikə haramdır. İnsanın nə yeyib-içdiyi ilə əlaqəli bir çox xəbərdarlıqlar edilmişdir. Haram mövzusuna dində də, böyük həssasiyyət göstərmişlər.
Həzrəti Əbu-Bəkr, ona hər gün yemək gətirən xidmətçisinə, hər dəfəsində yeməyi hardan gətirdiyini və necə tədarük etdiyini soruşardı. Bir dəfəsində soruşmaq yaddan çıxır. Ehtimal ki, O çox ac idi. Tikəni ağzına qoyduqdan sonra xidmətçidən yeməyi hardan gətirdiyini soruşur. Xidmətçi belə cavab verir: Ey Allahın Peyğəmbərinin xəlifəsi! Mən cahiliyyət dövründə falçılıqla məşğul idim. Xalq bunun qarşılığında mənə pul verirdi. O vaxt biri üçün fala baxmışdım və o dövrdə ondan alacağım var idi. Onu aldım və bu yeməyi onunla hazırladım. Bunu eşidən Həzrəti Əbu-Bəkrin birdən rəngi ağarır. Əlini qırtlağına qədər apararaq yediklərinin hamısını qaytarır. Onun bu həssasiyyətini görən bir səhabə, "Ey Allahın Peyğəmbərinin xəlifəsi! Bu qədər də çox deyilmi? Nə deyə özünə bu qədər əziyyət verirsən?" deyə soruşur. Bu suala Həzrəti Əbu-Bəkr belə cavab verir. "Mən Allahın Rəsulundan eşitdim. O (s) vücudunda bir tək haram tikə olan insanın ancaq cəhənnəmlə təmizləyəcəyini buyurmuşdu."
Həkimlər, hamilə qadınlara rahatladıcı dərmanların verilməsini tövsiyə edirlər. Bu cür dərmanların inkişaf etməkdə olan dölünün maddi quruluşuna təsir etdiyini, az bir nisbətdə də olsa bir qisim üzvlərin pozulmasına yol aça biləcəyini bildirirlər. Bu risk ehtimalına görə, hamilə qadınlar uşaqlarının sağlamlığı üçün o dərmanları qəbul etmirlər. Bu sahənin həkimləri, bizə yeyilən haram tikələrin doğulacaq uşaqda bir qisim mənəvi zərərlərə yol açdığını açıq olaraq söyləyirlər.
Məhəmməd Peyğəmbər (s) bir hədis-i şərifində belə buyurmuşdur. "Halal və haram açıq göstərilmişdir. İkisinin arasında hökmü bəyan edilməyən bir qisim şübhəli şeylər vardır. Kim bu şübhəlilərdən uzaq durursa, ismətini və dinini qoruma altına almış olur". Halal olub olmadığımızdan əmin olmadığımız şeylərdən belə dinimiz və ismətimiz adına çəkinməmiz, uzaq durmağımızın lazım olduğu bu hədisdə açıq ifadə olunmuşdur.
Tarix: 06.06.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 167 Bölmə: Maraqlı melumatlar