Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÜNAHLAR (Üsyan)

Üsyan (günah) itaətin ziddidir. «Allah sizə küfrü, fusqu və üsyanı çirkin göstərdi». (əl-Hucurat 7). Fərahidi – rahmətullahi aleyhi – deyir ki: «əl-Asə - İslam toplumu mənasına gəlir. Kim müsəlmanlara müxalif olarsa onların əsasını qırmış, topluluqlarını dağıtmışdır. Asi olmaq, əmrə itaətsizlik etmək, inadkarlıq edərək əmrə müxalif olmaq mənalarına gəlir»(1)

İbn Mənzur – rahmətullahi aleyhi – deyir ki: «Üsyan itaətin ziddidir. Qul Rəbbinin əmrinə müxalif oldu, kişi başqasına asi oldu, ona itaət etmədi, müxalif oldu. əl-Asə – dəyənək, əsa mənasındadır. Qurani Kərimdə Musa – əleyhissəllam – ın dilindən buyurur: «Bu mənim əsamdır. Ona dayanıram». (Ta ha 18)» (2)
Xəvariclər haqqında deyilir ki: «Müsəlmanların əsalarını qırdılar. Müsəlman topluluğunu dağıtdılar».
İstilahi mənası – əmr edilənləri tərk etmək, qadağaları etmək. Allahın kitabı, Peyğəmbərin diliylə fərz və vacib qıldığı şeyləri tərk etmək, Allahın və Rəsulunun qadağalarını etməkdir. Bunlar sözlər də ola bilər, gizli və açıq əməllərdə. «Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvay edici əzab gözləyir». (ən-Nisa 14). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Masiyət, fisq və küfr ləfzlərinə gəlincə əgər masiyət ləfzi Allah və Rəsuluna nisbət edilirsə küfr və fisq bunun mənasına daxil olur. «Artıq kim Allah və Rəsuluna üsyan edərsə ona əbədi qalacağı Cəhənnəm atəşi vardır». (əl-Cinn 23). «Bu da ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər. Onun Peyğəmbərinə qarşı çıxdılar. Başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular». (Hud 59)» - (3)
Üsyan ləfzi Kitab və Sünnədə dəyişik şəkillərdə gəlmişdir.
1. ZƏNB (günah) - «Biz onların hər birini öz günahı ilə yaxaladıq. Kiminin başı üstünə qızmar daş yağdırdıq, kimini dəhşətli, tükürpədici səslə yaxaladıq, kimini yerə batırdıq, kimini suya qərq etdik. Allah onlara zül etmirdi, onlar özləri özlərinə zülm edirdilər». (əl-Ənkəbut 40).
2. XATİƏ (xəta) - «Biz doğurdan da xəta (günah) edənlərdən olmuşuq». (Yusuf 97).
3. SƏYYİƏ (pislik) - «Həqiqətən yaxşı əməllər pis işləri yuyub aparır». (Hud 114).
4. HUB (günah, zülm) - «Şübhəsiz ki, bu böyük günahdır». (ən-Nisa 2).
5. İSM (günah) - «De ki: Rəbbim yalnız aşkar və gizli alçaq işləri, hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur». (əl-Əraf 33).
6. FUSUQ VƏ ÜSYAN - «Allah sizə küfrü, fusqu və üsyanı çirkin göstərdi». (əl-Hucurat 7).
7. FƏSAD - «Bizim Peyğəmbərimiz İsrail oğullarına açıq möcüzələrlə gəlmişdilər. Bundan sonra da onların çoxu yer üzündə fəsad çıxarmaqdadırlar». (əl-Maidə 32).
8. UTUVV (təkəbbürlükdən həddi aşmaq) - «Qadağan olunduqları işə (balıq ovuna) təkəbbürlük (saymazyana münasibət bəslədikləri) vaxt onlara: Həqir, zəlil meymunlar olun! – deyə əmr etdik». (əl-Əraf 166).

(1) Əbu Abdurrahman əl-Xalil b. Əhməd əl-Fərahidi «Kitabul Ayn» s. 100-175.

(2) İbn Mənzur «Lisanul Arab» Asə maddəsi 4/2981 – Darul Marif təhqiq Abdullah Əli əl-KəbirHaşim Muhəmməd əş-Şazeli. Bax: Muxtarus Sihah s. 437, İbn Əsir ən-Nihayə fi Ğaribil Hədis 3/250.

(3) İbn Teymiyyə «İman» əl-Albaninin təhqiqi ilə s. 56.


Tarix: 15.04.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 247 Bölmə: Maraqlı melumatlar
loading...