“Allahın verdiyi halal və pak ruzilərdən yeyin. İman gətirdiyiniz Allahdan qorxun.”
Peyğəmbər (s) buyurur: “Duasının qəbul olmasını istəyən halal və pak ruzi yeməlidir.”
İmam Əli (ə) buyurub: “Əgər ruzi yalnız ağılla kəsb olunsaydı, onda gərək heyvanlar və dəlilər ac qalaydılar.
Qüdsi (müqəddəs) hədislərdən birində buyurulur:
“Ey Əhməd! İbadət on qisimdir ki, onun doqquzu halal ruzidədir.”
Qəbul Olunmuş Yetmiş Həcc
İmam Sadiq (ə) buyurub: “Hər kim dirhəmin altıda biri qədər haramı öz malından ayırsa, qəbul olunmuş yetmiş həccin savabına nail olar.”
İmam Rza (ə) buyurub: “Əgər mömin haramı özündən uzaqlaşdırsa, yetmiş həccin savabına nail olar.”
İmam Sadiq (ə) buyurub: “Bir loğma haram tikədən keçmək iki min rəkət namazdan üstündür.”
Tarix: 07.06.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 54 Bölmə: Maraqlı melumatlar