HİCAB İTAƏTDİR
HİCAB SİPƏRDİR
HİCAB QADININ TƏBİƏTİDİR
HİCAB ŞƏRƏFDİR
Hicab paklıqdır, saflıqdır:
Hicab təqvadır
Hicab imandır:
Hicab həyadır:
HİCABIN FAYDALARI
HİCAB İTAƏTDİR
Allah və Onun Rəsuluna sallallahu aleyhi və səlləm olan itaət əməlidir.
Allah təala Qurani Kərimdə buyurur: “Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!”. (Əl-Əhzab 33:36)
Həmçinim Allah təala buyurur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!”. (Ən-Nur 24:31)
HİCAB SİPƏRDİR
Allah təala buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!”. (Əl-Əhzab 33:59)
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Uca Allah Həyiydir (Həya edən), O həyanı sevir”.
Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Öz həyat yoldaşının evindən başqa evdə (pis məqsədlər üçün özünü göstərmək) öz paltarlarını çıxaran qadın, Allahın onun üzərindəki sipərini (müdafiəsini) pozmuşdur”. Hədis göstərir ki, edilən əməlin növündən asılı olaraq ya mükafat, ya da cəza olacaqdır.
Hicabın ən böyük faydalarından biri qadına bəxş etdiyi təbii müdafiədir. Hicab geyməklə qadın özünü qəlbi xəstə “kişilərin” azğın arzularından qoruyur. Məhz təbiəti etibarilə kişi güclü şəhvətə, arzulara malik olan bir məxluqdur. Hicab bu arzu, şəhvəti cilovlayır və beləcə nəinki qadını qoruyur, həmçinin müvafiq olaraq kişiləri də qoruyur. Qərb dünyasında cinsi cəhətdən təhrik səbəbi ilə yaranan cinayətlərin sayı gündən-günə artmaqdadır. Zorlama, qadınlara qəmiş olma və zorakılıq halları epidemik səviyyəyə çatmaqdadır. Şübhəsiz ki, qadınların geyim formalarının bununla müəyyən əlaqəsi vardır. Qadınlar üzərlərində demək olar ki heç bir şey geyinmədən ətrafda dolaşdıqlarında kişilər nəfslərinin istədikləri, xoşlarına gəldikləri əməli etmək üçün bunu bir “işarə, fürsət”kimi qiymətləndirirlər. Bu da qadının şərəfinin parça-parça olması ilə nəticələnir. Müsəlman qadınlar bu cür problemləri yaşamaqdan uzaqdırlar. Müsəlmanq qadın bilir ki, o küçələrdə hərəkət etdiyində kişilərin ona baxması üçün təhrikedici bir səbəb yoxdur. Nə üçün? Çünki onlarda baxmağa səbəb yaradan heç bir şey yoxdur! Müsəlman qadın özünü malikanəsinin vəhşiliklərindən qoruyan şahzadə kimi hiss edir. Hicab altında sülh və əmin-amanlıq hissi yaşanır. Hörmət qazanmaq məqsədilə müsəlman qadının hicabı onun bədənini aşkar etdirməməlidir. Qadın bədəninin zinətlərini kişilərin onun üzərinə gözlərini dikməsinə səbəb olmaq üçün qorumalıdır. Kişinin qadını arzulaması, sevməsi ilk öncə qadının dini və zəkası, sonra isə digər məsələlər nəzərə alınmaqla olmalıdır. Hicab kişiyə qadını başqa cür qiymətləndirərək əldə etməsinə bir seçim vermir. Hicab kişinin nəfsindən həqiqətən onu qoruyan bir vasitədir.
HİCAB QADININ TƏBİƏTİDİR - Qadının təbiəti fundamental nöqteyi nəzərdən kişinin təbiətindən fərqlidir. Qadınlar kişilərdən daha çox cəsarətsiz olur, və təbiət etibarilə qorxaqdırlar. Bununla belə kişilərdən daha incə və qayğıkeşdirlər. Məhz bu səbəbdən dolayı Allah təala onları uşaqların mükəmməl tərbiyəçiləri kimi seçmişdir. Hicab qadının bu təbiətini gücləndirir. Allaha həmd olsun ki, O bu hicabı əmr etmişdir. Çünki yaşadığımız dünya insan məxluqu kimi bizim bu təbiətimizi dəyişməyi hədəf almışdır. Kişilər qadın, qadınlar isə kişi olmağa çalışırlar. İnsanlar bizim cəmiyyətlərdə çox geniş vüsət alan siyasi iradlardan dolayı çaşqınlığa düşürlər. Bir çox qadınlar feminizm və lezbiançılığın zahiri halına sarılmış, kişilərin nə qədər şərrli və zülmkar olduğunu car çəkməkdədirlər. Lakin insan bu cür hüznlü məxluqlara göz gəzdirdikdə onların yanılmaları, xəyalları bəlli olur. Kişilərə nifrət etdiklərini iddia etdikləri halda, qadınların geyimi bunu başqa cür təsdiq edir. Qısa saç düzümü, bombardmançı gödəkçə və dəmir burunlu çəkmələr bu qadınlar üçün dəbdir. Onların kişilərə nifrəti o qədərdir ki, onların məhz bu geyim görünüşləri düşmənə oxşayır! Bu qadınların bəziləri hətta həddini o qədər aşmışdırlar ki, üzlərində topa-topa tüklər yetişdirməyə əl atmışdırlar. Bu cür saqqallı xanımların mənfur tərəfi hər hansı bir kəsi naharlarından uzaqlaşdırmaq, təxirə salmaq üçün kifayət edir!!! Bu cür məhrumiyyət insanın təbiətindən olduqca uzaqdır. Digər tərəfdən, hicab isə qadının qadın kimi qalmasına, fitrətini qorumasına imkan verir. Hicablı qadın daxilində gözəl inci olan istridyə kimidir. Onun qadın ləyaqəti dəyişmədən qadın kimi qalmışdır. Bunda şübhə yoxdur, bu həqiqi BİR QADINDIR.
HİCAB ŞƏRƏFDİR - Mediyanın nağıllarının əksinə olaraq, hicab qadına heç bir geyimin əta etmədiyi şərəf hissini təmin edir. Bir çox qadınlar üçün Versage və yaxud Armani tərəfindən dizayn edilən geyim onların ehtiyac duyduqları bütün şərəf hissindən ibarətdir. Lakin hicab bu dəyərsiz geyimlərin daşıdığı şərəfdən olduqca çox-çox şərəf hissi daşıyır. Bu geyimlər adi insan (daimi olmayan, öləcək) tərəfindən dizayn edildiyi halda, hicabın mənşəyi Həyy (Daima Yaşayan), əbədi olan Allah tərəfindəndir. Bunun vasitəsilə qadına ən üstün ehtiram göstərilir. Həqiqi müsəlman kişilər öz müsəlman bacılarını bu dünyanın fəsadından uzaq tutmağa məcburdurlar. Beləcə müsəlman biri onun həyat yoldaşına can alan baxışlarla baxmaq, süzmək, onunla boş-boğazlıq etmək və yaxud onu incitməsinə imkan verə bilməz. Müsəlman qadının şərəfi bunun olmayacağını zəruri edir. Bu cür həyat tərzi Qərbin həyat tərzinə necə də ziddir! Qərbdə kişilər qadınları cəmiyyətin fəsadlarından qorumağa özlərini borclu görmürlər. Ona görə də orada bir “kişi” öz həyat yoldaşının soyunmasına, kişilərlə boş-boş söhbət edən “xidmət” qadını və hətta fahişə olmasına icazə verir. Qərbdə “namusun” heç bir yeri yoxdur. Bu namus, şərəf yalnız İslam və onun hicabı ilə əldə oluna bilər.
Müsəlman qadının namusu o qədər yüksəkdir ki, inanırıq ki, cəmiyyətin vəziyyəti cəmiyyətdə mövcud olan qadınlardan asılıdır. Qadınlar yolunu azmış və əxlaqsızdırlarsa, o zaman cəmiyyət də yolunu azmış və əxlaqsız olacaqdır. Qadınlar saleh və təqva sahibidirlərsə (Allahdan qorxan) o zaman cəmiyyət saleh və təqvalı cəmiyyət olacaqdır. Qadınlar millətin tərbiyəçiləridir. Lakin onlarda namus, şərəf yoxdursa və yollarını azmışlarsa, o zaman cəmiyyət təhsildən, tərbiyədən məhrum qalacaq və cahilliyə daha dərin dalacaqdır. Hicabı inkar edən cəmiyyət üçün bu xoşagəlməz haldır. Bu bütün Qərb cəmiyyətlərinin tezliklə məhv olacağına dair bir işarədir. O cəmiyyətlər ki, öz sıxıntılı həyat tərzlərindən, inadkarlıqlarla möhkəm yapışırlar.
Bu məqaləni mütaliə etdikdən sonra hicabı bundan sonra da inkar edənlər olacaqsa, o zaman onların itkisi nəticə etibarilə açıq-aşkar olacaqdır. Lakin saleh əməllər etməklə Allahı razı salmaq istəyənlər əmin ola bilərlər ki, bu xeyir əməllər ancaq və ancaq daha çox xeyir gətirəcəkdir.
Allah təala buyurur: “Yaxşılıq əvəzi ancaq yaxşılıqdır! (Ər-Rəhman 55:60).
Hicab iffətdir-Allah təala hicab əmrinə tabe olmağı saflıq və təvazökarlığın təzahürü adlandırmışdır. Allah təala buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (33:59). Yuxarıdakı ayədə dəlil vardır ki, qadının zahiri gözəlliyinin bilinməsi onun üçün zərərli ola bilər. Cəlbetmək üçün səbəblər aradan qalxdığı zaman, məhdudiyyətlər aradan qalxır. Bu hər bir cəhətdən cəlbetməyi itirən qoca qadın misalında müşahidə edilə bilər. Allah təala o qadınlara zahiri paltarlarını geyməməyi, üzlərini, əllərini açmağı icazə vermişdir, lakin bununla belə xatırlatmışdır ki, təvazökarlıqlarını saxlamaq hələ də onlar üçün daha yaxşıdır.
Hicab paklıqdır, saflıqdır: Allah təala hicab əmrindəki hikmətini bizə göstərmişdir: “Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!” (S33:53). Hicab mömin kişilər və qadınların qəlbləri üçün daha çox saflıq yaradır, çünki hicab qəlbin arzularına qarşı pərdədir, maneədir. Hicabsız, qəlb həm arzulaya bilər, arzulamaya də bilər. Ona görə də görünüş (hicabla) bağlandığı zaman qəlb daha saf olur və beləcə də fitnənin (şər əməllərin) qarşısının alınması daha çox təzahür olunur. Hicab pis fikirlərin, düşüncələrin və xəstə qəlblərin tamahının qarşısını alır: “Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)” (S33:32).
Hicab təqvadır (Allah qorxusu): Allah təala Qurani Kərimdə buyurur: “Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız.” (S7:26). Bu gün dünyada mövcud olan geniş yayılmış geyim tərzlərinin, şəkillərinin əksəriyyəti göstəriş üçündür və çox çətin ki, qadının bədəni üçün örtük və sipər kimi nəzərdə tutulsun. Mömin qadınlar üçün bununla belə məqsəd öz bədənlərini qorumaq və Allahın əmrinin təzahürünü nümayiş etdirmək üçün öz övrət yerlərini örtməkdir. Bu təqva əməlidir.
Hicab imandır: Allah təala hicab haqqında Öz sözlərini yalnız mömin qadınlara ünvanlamışdır. Qurani Kərimdə bir çox hallarda Allah təala “mömin qadınlara” buyurur. Aişə radiyallahu anhə, peyğəmbər sallallahu aleyhi və səlləmin həyat yoldaşı onu ziyarət etmək üçün gələn və üzərlərində şəffaf paltarlar olan Bəni Təmim qəbiləsinin bəzi qadınlarına (onlar qeyri-münasib şəkildə geyinmişdilər) müraciət edərək belə demişdir: “Əgər siz həqiqətən də mömin qadınlarsınızsa, o zaman bu geydiyiniz paltarlar mömin qadınların geyəcəyi paltar deyil”.
Hicab həyadır: İki səhih hədisdə belə deyilir: “Hər bir dinin ədəb qaydaları var və İslamın ədəb qaydası həyadır” və “Həya imandandır, iman isə Cənnətdədir”. Hicab təbii həyadır ki, bu da qadınların təbiətinin bir hissəsidir.
Hicab məsələsinə dair nəticələr
1. Britaniya mediyası. Hicabın zülm olduğunu ittiham etdiyi halda, hər kəsə məlumdur ki, “Sun (Günəş)” və “World News (Dünya Xəbərləri)” kimi qəzetlərdə tez-tez lüt qadınların şəkilləri nümayiş etdirilir. Bu əlbəttə ki, Qərbin qadınlara bəxş etdiyini iddia etdiyi “azadlıqdır”.
2. Dr Zəki Bədəvi öz nəfsinə uyğun və əfsuslar olsun ki, guya İslamı təmsil edən biri kimi tanınmaqdadır. Bir neçə il bundan əvvəl, Bədəvi Hollandiyada televiziyaya çıxaraq “hicab vacib deyil” deyə bəyan etmişdir. Bu bəyan çoxlu çaşqınlığa səbəb oldu və elmi zəif olan bəzi qadınların hicablarını çıxarması ilə nəticələndi.
3. Üzü və əlləri örtmək bir digər rəyə görə fərz olmasa da, şübhəsiz ki, niqab (üz örtüyü) və yaxud ələ əlcək geymək daha yaxşıdır. Bu cür əməllər qadın tərəfdən bir sadəlik və təqva (Allah qorxusu) olaraq qiymətləndirilir. Bu cür əməllər ona yalnız savabın üzərinə savab gətirir.
4. Hicabın şərtlərinə dair dəlilləri bir çox sələf alimləri tərəfindən və həmçinin Əbu Bilal Mustafa əl-Kanadi tərəfindən qələmə alınmış “Quran və Sünnəyə görə qadınların geyimi haqqında İslam hökmü” adlı gözəl bir kitabda tapmaq olar.
5. Qərbdə hicab geymək bir çox qadınlar üçün mübarizə ola bilər. Qərbin ikiüzlüyü budur ki, hər bir qadın tərəfindən könüllü olaraq yerinə yetirilən bu seçimə onlar hörmətlə yanaşmırlar və bu cür qadınları daha çox psixoloji təzyiqlərlə üz-üzə qoyurlar. İki il bundan əvvəl iki müsəlman qız hətta Fransada məktəbdə hicab geydiklərindən dolayı qovulmuşdurlar. Azadlıq həqiqətən də yeni məna qazanmışdır!
6. “Hicabdan görünüş” hicabla həyat tərzi haqqında gözəl bir hesabatdır. Xaula Nakata tərəfindən yazılmış bu kitab, islam dinini qəbul etmiş Yaponiyalı qadının hicaba dair təcrübəsindən bəhs edir.
7. Gainni Versage tərəfindən dizayn edilmiş geyimlər daha olmayacaqdır!! Homoseksuallığın fəsadları bir daha sübut etdi ki, bu insan (???) özünün qeyri-müqəddəs zəhmətinin bəhrəsini artıq vermişdir.
8. Hicab məsələsinin icrası ilə əlaqədar bütün müsəlman qadınlar üçün ən yaxşı nümunələr və ən görkəmli həyat modelləri Peyğəmbərimizin namuslu həyat yoldaşları və fəzilətli qızlarıdır.
9. Əmr olunmuş hicab qadının zinətini, geyimini və bütün bədənini örtən bir geyimdir.
10. Müsəlman qadının hicab geyməsinin vacibliyi onun rolunu şərəfləndirməkdən, məqamını ucaltmaqdan, onun şərəfini və şəxsiyyətini qorumaqdan irəli gəlir. Əslində hicab bütün cəmiyyəti orada peyda olan fəsadın və fitnənin vasitələrindən, insanlar və sakinlər arasında əxlaqsız əməllərin yayılmasından qoruyur.
11. Naməhrəm kişilərin gözlərinin ona baxmasına və qəlblərinin ona meyl etməsinə, fitnə-fəsadın yaranmasına səbəb olan geyimləri geyməməsi üçün Allah tərəfindən şiddətli xəbərdarlıq. Bu cür cəlbedici vasitələrə ətirlənmək və kosmetika da daxildir. Bununla belə, həyat yoldaşının və yaxud kişi vəlilərinin (atası, qardaşı) yanında olduğunda uca dinimizin müəyyən etdiyi həddlərə müvafiq olaraq bunlardan istifadə etmək olar.
12. Şəriətlə (Quran və Sünnə) əmr olunmuş hicabın vacibliyi mütləqdir və bütün mömin qadınlara fərzdir. Hicab Allah təala tərəfindən qəti olaraq əmr olunmuş bir əmr olduğundan, hicabın qanuniliyini ləğv etmək və əhəmiyyətini alçaltmaq ilə əlaqədar heç bir güzəşt və yaxud danışıqlardan söhbət gedə bilməz.
13. Ümumiyyətlə Allaha tövbə etməyin və xüsusilə də Allahın hicab əmrinə riayət etmədikləri üçün Allahdan bağışlanma istəməyin vacibliyi. Allahın razılığını ummaq və ümid etmək. Bu dünya və axirətdə müvəffəqiyyətə nail olmağı Allah təalanın aşağıdakı əmrinə tabe olaraq istəmək.
Allah təala buyurur:
“Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)” (Ən-Nur 31)
Tarix: 05.05.2013 / 16:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 635 Bölmə: Maraqlı melumatlar