Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AĞLAMAQ DA GÜLMƏK DƏ ALLAHDANDIR

(“Təfsiri-nümunə”yə istinadən)

Deyerler: Hədislərdən birində deyilir ki, Həzrət Peyğəmbər (s) qəh-qəhə çəkən insanların yanından keçirdi və onlara buyurur: “Əgər mənim bildiklərimi bilsəydiniz, daha çox ağlayardınız”. Peyğəmbərimiz (s) onların yanından bir qədər uzaqlaşanda, Həzrət Cəbrayil (ə) nazil olur və buyurur: “Ağlamaq da, gülmək də - hər ikisi Allah tərəfindəndir”.

Həzrət Peyğəmbər (s) onların yanına qayıdır və buyurur: “Sizdən qırx addım uzaqlaşmamış Cəbrayil (ə) nazil oldu və dedi: “Onların yanına qayıt və onlara de ki, ağlamaq da, gülmək də Alahdandır””.

Bu hədisdən belə nəticə çıxartmaq olar ki, iman sahibi olan bir insana günahlarından qorxaraq, ağlamaq da lazımdır, sevincli hallarda gülmək də.

Allah Təalanın “Tövbə” surəsinin 82-ci ayəsində buyurduğu: “Onlar gərək az gülsünlər və çox ağlasınlar” - daha çox münafiqlərə aid edilir. Etdikləri günahların ağırlığına görə onların daha çox ağlamağa ixtiyarları vardır.

Ancaq insan varlığında qəmlənməklə yanaşı, sevinmək hissləri də yaradılışdan aşılanmışdır. Deməli mömin bir insan etdiyi günahlara görə həm utanıb, peşman olmalı, qəmlənməli, həm də həyatının şirin, sevincli anlarında sevinməlidir. Çünki bu Allahın bizə bəxş etdiyi hisslərdir və bizim bütün varlığımız Allahdandır.

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 38 Bölmə: Maraqlı melumatlar
loading...