Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm ibrət və qaydalar (XƏSTƏYƏ AİD QAYDALAR)

BİRİNCİ: XƏSTƏYƏ AİD QAYDALAR.
1. Xəstə Allahın hökmünü razılıqla qarşılamalıdır, taleyinə səbr etməlidir, Rəbbinə ümüdini itirməməlidir. Bu ona xeyir gətirər.
2. O, qorxu ilə rica arasında olmalıdır. Öz günahlarına görə Allahın cəzasından qorxmalı, Rəbbindən mərhəmət diləməlidir.
3. Xəstəlik necə-ağır olursa olsun, xəstə ölüm istəməməlidir. O, əgər bir söz demək istəyirsə, onda deməlidir: «Allahım, qalan həyatımı xeyir içində keçirt. Əgər ölüm mənə xeyirdisə, onda məni öldür!»
4. Əgər onun müəyyən hüquqi işləri qalırsa, onların icrasını ya öz dostlarına həvalə etməli, yadaki, vəsiyyət etməlidir.
5. Vəsiyyət geçikdirilməməlidir. (Bu barədə aşağıda ətraflı danışılacaq).

İKİNCİ: ÖLÜM ƏRƏFƏSİNDƏ
1. Ölüm saatı yaxınlaşanda yaxın adamlar bu işləri görməlidirlər:
a) Allahın əmrinə uyğun olaraq ölənə «Lə iləhə illəllah» (Allahdan başqa tanrı yoxdur) şəhadətini təlqin (öyüd, nəsihət, məsləhət) etməlidirlər.
b) Ölən üçün dua etməlidirlər.
v) Onun yanında yalnız xeyir söhbətlər etməlidirlər.
2. Ölən üçün «Yasin» surəsini oxumaq, onu qibləyə tərəf çevirmək barədə səhih hədis yoxdur.
3. Kafir vəfat edərkən-müsəlmanın gəlib onu dəvət etməsi pis olmazdı.

ÜÇÜNCÜ: ÖLÜM VAXTI.
1. Adam öləndən, ruhunu təslim edəndən sonra onun yanında olanlar bu işləri görməlidirlər:
a) Ölənin gözlərini bağlamaq lazımdır;
b) Əgər vəfat edən ihram paltarını ( həcc ziyarəti vaxtı ziyarət edənlərin büründüyü ağ parça) geymiş zəvvar deyilsə, onun bədəni örtülməlidir. İhram paltarında ölənin başını və üzünü açıq qoymaq olar;
v) Ölən üçün dua oxunmalıdır;
q) Ölüm faktını tamamilə yəqin etdikdən sonra onun dəfni üçün hazırlıq işlərini sürətləndirmək lazımdır.
ğ) O, öldüyü yerdə basdırılmalıdır. Cənazəni başqa yerə aparmaq olmaz. Yalnız zəruri hallar istisna ola bilər. Çünki ölümdən sonra dəfn işlərini sürətləndirmək Allahın əmridir. Meyidi başqa yerə köçürmək isə bu əmrə ziddir;
d) Ölənin bütün borclarını onun öz malından ödəməyə çalışmaq lazımdır. Əgər ölənin heç nəyi yoxdursa, onun özü sağ ikən bu borcları ödəmək istəyib-istəməməsindən asılı olmayaraq dövlət onları ödəməlidir. Bəzi adamlar könüllü şəkildə bu ödəncləri öz üzərinə götürə bilərlər.

DÖRDÜNCÜ: YAXIN QOHUMLARA VƏ BAŞQA ADAMLARA VACİB OLAN İŞLƏR.
1) Ölünün üzünü açıb öpməli, üç gün şivən qoparmadan ölü üçün sakitcə ağlamalıdırlar:
2) Vəfat xəbərini alanda qohumlar üçün vacib olanlar;
a) Səbr, Allahın qəzəvü-qədərinə razılıq etmək;
b) İstirca, yəni «İnna Lillahi və inna ileyhi raciunə» («Biz Allaha məxsusuq, Ona da qayıdırıq») ifadəsini demək.
3) Qadın, əri istisna olmaqla, üç gün ərzində başqa yaxın adamları (ata, ana, və s) üçün matəm saxlayaraq zinət və bəzəkdən imtina etməli, öz əri üçün isə dörd ay 10 gün matəm tutmalıdır.
4) Arvadın öz ərini razı salaraq və onun istəyinə uyğun olaraq başqa bir yaxın qohumu üçün də matəm saxlaması da onların hər ikisi üçün xeyirlidir.

BEŞİNCİ: YAXIN QOHUMLARA YASAQ OLANLAR
Allahın peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) istər o zaman, istərsə də indinin özündə bir çoxlarının yaxın bir adam öləndə yol verdikləri bəzi işləri yasaq və haram bilmişdir. Bu əməlləri bilmək vacibdir ki, onlara yol verilməsin.
a) Şivən, hay-küy qoparmaq, qışqırmaq, üz-gözünü cırmaq, üzə, başa zərbə vurmaq və s. əməllər;
b) Saçları açıb dağıtmaq, yolmaq və ya uzatmaq.
v) Ölən adam üçün hüzn əlamət kimi, bəzi kişilər qısa bir müddətə saqqal saxlayırlar, lakin bu müddət keçəndən sonra, yenidən öz saqqallarını qırxırlar. Halbuki saqqal buraxmaq vacibdir. Onu qırxmaq isə haramdır. Bu adamların isə saqqal saxlamaları, haram edilmiş saç uzatmaqla eynidir, bu əməlin həqiqi mənasını Allah bilir;
q) Ölüm xəbərini minarələrdə və s. bu kimi yerlərdən elan etmək. Çünki bu yasaq edilmiş işdir. Hazırki dövrdə yazılan nekroloqlar da bu qəbildəndir.

ALTINCI: ÖLÜM XƏBƏRİNİN ELAN EDİLMƏSİ HAQQINDA.
1. Vəfat haqqında elan etmək olar. Lakin bu, cahillərin etdiyi hay-küy və qışqırıq şəklində olmamalıdır. Bəzi hallarda vəfat edəni yuyan, kəfənə tutan, ona namaz qılan və başqa bu kimi vacibati icra edənlər olmadıqda, vəfat xəbərini elan edirlər.
2. Vəfat xəbərini elan edən şəxs müraciət etdiyi adamlardan Allahdan ölən üçün bağışlanma diləməlirini xahiş etməlidir. Bu, pak sünnəyə uyğun¬dur.


Tarix: 17.04.2013 / 16:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 260 Bölmə: Maraqlı melumatlar
loading...