Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarımı mənəvi cəhətdən necə tərbiyə edim?

Üç yaşında kiçik bir övladım var və onun qəlbində tədricən iman toxumlarını əkmək istəyirəm. Bunun üçün nə etməliyəm?

Cavab:

Üç yaşında olan uşaq ana və atasının namaz qıldıqlarını, ibadət etdiklərini görməli, Quran oxuduqlarını eşitməlidir. Çünki uşaq öz valideyinlərinin və qardaşlarının müntəzəm Quran tilavət etdiklərini və gündəlik zikrlər etdiyini görəndə bu onun ruhunu tərbiyə edir və yağış quru barsız torpağı canlandırdığı kimi onun qəlbinə həyat verir. Çünki uşaq valideyinlərinin Allahı xatırladığını, zikr etdiklərini duyanda və Ona ibadət etdiklərini görəndə, bütün bunlar uşağın söz və hərəkətlərinə təsir edir.

Buna nümunə olaraq kiçik bir qız uşağının əhvalatını göstərmək olar:

Anası dəstəmaz alıb qurtardıqdan sonra üç yaşlı kiçik qızı üzünü və əllərini yuyur, (bu əməlləri) öz anasından götürərək təkrar edir, sonra şəhadət barmağını qaldırararaq “Lə iləhə illəllah” (ALLAH dan başqa ibadət layiq haqq məbud yoxdur) deyir. Bu dəlalət edir ki, kiçik qız öz anasını (müntəzəm olaraq) izləmişdir və müşahidə etmişdir ki dəstəmaz aldıqdan sonra müəyyən bir zikr var.

Digər qissədə ana bir gün dəstəmazın sünnətlərini (Lə iləhə illəllah deyir) edir. Sonra isə ev işlərini görmək üçün ayağa qalxır. Qızı anasının namazdan sonra oxunan zikrləri etdiyini görməyə öyrəşir. Həmçinin görür ki, anası sünnət namazlarını qıldıqdan sonra dərhal ayağa qalxır. Ona görə də anasına belə deyir: “Sən nə üçün Əstəğfirullah söyləməzdən əvvəl durdun? Bu davranış işarə edir ki, uşaqlar necə də valideyinlərinin (əməllərini, sözlərini və s.) müşahidə edirlər.

İnsan xəstəlik və ölümə düçar olur və həmçinin uşaq da xəstələnir. Onun xəstəliyi Allah ilə əlaqəsini, rabitəsini gücləndirmək üçün bir fürsət kimi qiymətləndirilməlidir. Uşaqlarımıza yaxşı səhhətin fəzilətini və bunun Allah tərəfindən bir nemət olduğunu xatırlatmalı, buna görə Allaha şükr etməli olduğumuzu, insanın yalnız Allahın köməyi olmaqla güc və qüvvət qazandığını onlara təlqin etməliyik. Uşağa dərman verdikdə və yaxud xəstəxanaya getdikdə biz onlara bildirməliyik ki, şəfa Allahdan gəlir, lakin bütün bunlar (dərmanlar) Allah təalanın bizə əmr etdiyi səbəblərdir. Daha sonra onlara şəriətimizdə buyurulan rüqyaları (Quran ayələri oxumaqla şəfa tapmaq) vərdiş etdirməliyik. Peyğəmbərlərimizi onlara Allahın salamı olsun, zəruri səbəblərdən onların necə möhkəm tutduğunu və Allaha necə təvəkkül etdiklərini-məsələn Yəqub əleyhissəlamın qissəsini, oğlanlarına müxtəlif qapılardan daxil olmalarını tövsiyyə etməsini, hüznünü Allaha necə tərk etdiyini onlara nümunə çəkməliyik. Allah təala Yəqub əleyhissəlam haqqında Qurani Kərimdə bizə buyurur: “Yəqub) dedi: “Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!”. (Yusif 12:67)

Mühüm məsələlərdən biri də uşaqlara savab qazanmalarını, xəstəliklərə tab gətirmələrini, səbir ilə müalicə etmək lazım olduğunu xatırlatmaqdır. Kiçik bir qız öz anasına belə xatırladır:“Allah təala istəyir ki, həkimlərin mənim üçün xronik olduğunu vəsf etdikləri xəstəliyə mən səbr edim”. Bu sadəcə bəşər həkimlərinin rəyi idi, lakin şəfa Allahın əlindədir. Ana uşağına xatırladır ki, o hər gün iki dəfə olmaq şərtilə dərman qəbul etməlidir və həmişə uşağına savab ummasını xatırladır. Bir gün sözügedən bu kiçik qız anasına belə deyir: “Mən savab qazanacam, çünki mən bu dərmanı qəbul edirəm”. Uşaq bunu elə ifadə edirdi ki, sanki bu mükafat ilə həmçinin ailəsi, bacı qardaşlarının qazanacağı mükafat ilə fəxr edirdi.

Ümməhət qurb Əbnəə ihinnə, səh.21


Tarix: 14.04.2013 / 13:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 189 Bölmə: Maraqlı melumatlar
loading...