Leysilər sülaləsinin hökmdarı Yəqub ibn Leys bir dəfə ağır xəstələnir.
Ona məsləhət görürlər ki, zəmanəsinin məşhur sufilərindən olan Səhl ibn Abdullahdan
onun barəsində dua etməsini xahiş etsin. Səhl ibn Abdullah əmirin sağalması üçün dua edir.
Yəqub ibn Leys sağalandan sonra Səhl üçün pul göndərir. Lakin Səhl ibn Abdullah pulu geri qaytarıb,
əmirə belə xəbər yollayır: ?Mən indiyə kimi nə əldə etmişəmsə, sərvətlə yox, fəqirliklə əldə etmişəm.
Əgər dünya malına aludə olsaydım, heç bir duam qəbul olmazdı?.
Bir gün Şah Abbas iki ruhani vəzirlə ? Şeyx Bəhai və Mir Damadla gəzintiyə çıxır.
Mir Damadın mindiyi at Şeyx Bəhainin atından azacıq geri qalırdı.
Şah Abbas öz vəzirlərini yoxlamaq qərarına gəlir. Buna görə Mir Damada yaxınlaşıb deyir:
?Görürsənmi, Şeyx Bəhai bizi saymır, özünü bizdən üstün bilir. Ona görə atını çapıb bizdən irəli düşüb?.
Mir Damad Şaha belə cavab verir: ?Şeyx Bəhaidə günah yoxdur. Onun atı,
belində bu cür alimi gəzdirdiyi üçün sevincdən qanad açıb uçur,
ona görə də Şeyx Bəhai bizdən irəli keçib?.
Sonra Şah Abbas atını sürüb Şeyx Bəhaiyə çatır və ona belə söyləyir: ?Mir Damadı görürsənmi?
Bizimlə bir sırada gəlməyi özünə ar bilir. Ona görə özünü kənara çəkib,
bizdən arxaya qalıb?. Şeyx Bəhai isə belə cavab verir: ?Şah sağ olsun, Mir Damadın mindiyi at,
onun elm və əxlaqının ağırlığından geri qalır. Görün, Mir Damadın atı nə böyüklükdə bir alimin yükünü çəkir.
Ona görə heç təəccüblü deyil ki, onun atı bizimkindən geri qalır?.
Şah Abbas başa düşür ki, vəzirlərin ürəkləri də elmləri qədər böyükdür
Bir dəfə Hz.Musa Qaf dağına Allahla ibadət üçün gedəndə yolda bir qocaya rast gəlir.Qoca deyir:
- Ey Musa Allaha mənim də bağışlanmağım üçün xahiş et.
Hz.Musa deyir:
- Sən kimsən ?
Qoca cavab verir:
- Mən Şeytanam.Və məndə cəhənnəm əzabından xilas olmaq istəyirəm.Ömrüm boyu Allaha qüsursuz dua etmişəm.İndisə mən cəhənnəmlik olmuşam.
Hz.Musa düşünürki, Allahdan bunu xahiş etsin.Qaf dağında dua etdikdən sonra Allaha şeytanı bağılanması haqqda deyir.Allah ona buyurur:
"Ya Musa o heç vaxt islah olan deyil.Amma sənə sübut üçün deyirəm.Get ona de ki Hz.Adəmin qəbri üstündə ona səcdə etsin mən yenidən onu yanıma qəbul edib, günahlarını bağışlayım."
Hz.Musa sevinərək Şeytanın yanına gəlir və təklifi ona deyir.Şeytan qururla:
- Dirisinə səcdə etmədim! Ölüsünəmi səcdə edim ?!
Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral heç vaxt vəzirinin yanından ayırmazdı, hara getsə, onunla bir yerdə gedərdi.
Vəzirinin qəribə bir xasiyyəti vardı. Nə iş olsa, ?Bunda da bir xeyir var? ? deyərdi.
Bir gün kral vəziri ilə ova çıxdı.Vəziri tüfəngləri doldurub krala verir, o da ovunu nişan alırdı. Birdən necə oldusa, güllə arxaya açıldı və kralın baş barmağını qopardı.
Vəziri həmişəki kimi yenə ?Bunda da bir xeyir var?, - dedi.
Kralın bu sözə acığı tutdu. Həm ağrıdan, həm də qəzəbdən, ?Sən hansı xeyirdən danışırsan? Görmürsən, barmağım qopdu? Daha bunun harası xeyirdir?? ? deyə bağırdı. Bununla da qəzəbi soyumadı. Ovdan qayıdan kimi vəzirini zindana atdı.
Bu hadisədən bir il keçdi. Bir gün kral adamyeyən bir qəbilənin yaşadığı meşəyə ova çıxdı. Kralın heç bir şeydən xəbəri yox idi.
Çox keçmədi ki, adamyeyənlər onları tutub yaşadıqları qəbiləyə apardılar. Kəndin ortasında tonqal qurdular. Sonra onların tonqalın ortasındakı dirəyə bağladılar. Tonqala od vurmaq istəyirdilər ki, kralın bir barmağının şikəst olduğunu gördülər. Sən demə, bu qəbilədə şikəst adam yemək günah imiş. Ona görə də kralı açıb buraxdılar.
Artıq hər şey məlum idi. Kral dostuna qarşı haqsızlıq etmişdi. Saraya qayıdan kimi vəzirini zindandan azad etdi. Yanına gedib başına gələnləri ona danışdı və ?Sən haqlıysanmış. Barmağımın qopmağında xeyir var imiş. Səni nahaq yerə zindanda saxladığım üçün məni bağışla?, - dedi.
Vəziri isə həmişəki kimi ?Yox, bunda da bir xeyir var idi? ? deyə cavab verdi.
Kral, "Seni zindana salmaq nə vaxtdan xeyir oldu?? ? deyərək heyrət dolu nəzərlərlə ona baxdı.
Vəziri isə halını pozmadan: ?Əgər mən zindanda olmasaydım, səninlə birlikdə ova gedəcəkdim.Sizin yerinizə mən orda ola bilerdim ve... sonrasını siz məndən yaxşı bilirsən? ? dedi...
Həzrəti Əli (e.s) xəstələnmişdi.Xəstəliyi o qədər artmışdı ki,yerində dayana bilmirdi.Bir çarə tapmaq üçün Peyğəmbər Əfəndimiz(s.ə.s) yanına gəlir.Əfəndimiz (s.ə.s) Həzrəti Əlini bu vəziyyetdə görüncə pərişan olur.Onu oturdaraq o dəqiqə namaza durur.Namzadan sonra paltarının bir hissəsi ilə Həzrəti Əlinin (r.a) üstünü örtərək buyurur:
- Ey Əbu Talibin oğlu! Sən çəfa tapdın.Artıq xəstəliyin keçdi.Mən ALLAHdan özüm üçün nə istədimsə,sənin üçün də onu istədim.Mən ALLAHdan nə istədimsə,onu mənə verdi.Ancaq mənə? Səndən sonra peyğəmbər yoxdur?, - deyildi.
Həzrəti Əli (r.a) bir az sonra yerindən qalxır.Rəsulullahın (s.ə.s) namazı və duası bərəkəti ilə o,sanki heç xəstələnməmiş kimi sapsağlam olur.
Tarix: 08.06.2013 / 14:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 559 Bölmə: Maraqlı melumatlar