Sual-Cənnətə kimlər gedir?
Cavab-Həmd Allaha məxsusdur.
Cənnətin Xaliqi, Yaradanı bizə cənnətə daxil olanların vəsflərini, xüsusiyyətlərini xəbər vermişdir. Nisa surəsində Allah təala buyurur: “Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (ən-Nisa 4:124)
Həmçinin Əhqaf surəsinin 13-14-cü ayələrində Allah təala buyurur:
13-“Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər!
14 - Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar!” (Əhqaf 46: 13-14)
Məryəm surəsində 60-cı ayədə Allah təala buyurur: “Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir zülm (haqsızlıq) görmədən Cənnətə daxil olacaqlar”. (Məryəm 19:60)
Allah təslim olan (müsəlman olan) hər bir kəs, Allahın əmr etdiklərini yerinə yetirən və Onun qadağan etdiklərindən çəkinənlər cənnətə daxil olacaqlar.
Muhammad Saleh əlMunəccid
Tarix: 06.04.2013 / 15:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Maraqlı melumatlar