Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
1725.Təmizliyə təşviq.
6151.Allahın Peyğəmbəri (s): «Allah pakdır və pak şəxsi sevir, təmizdir və təmizliyi sevir.»(əl-Kafi, c.6, səh.439, hədis 6 )
6152.Allahın Peyğəmbəri (s): «Bu bədənləri təmizləyin, Allah sizi tə¬miz¬ləsin. Çünki hansı bəndə gecə təmiz bədənlə yatsa, onunla paltarı arasında bir mələk yatar və gecənin hansı saatında o tərəf-bu təfərə çevrilsə, həmin mələk deyər: Allahım! Bəndəni bağışla. Çünki o, təmiz bədənlə yatıb.»(Kənzul-Ummal, hədis 7422 )
6153.Allahın Peyğəmbəri (s): «Nə pisdir çirkli və qarmaqarışıq bəndə.»(əl-Kafi, c.6, səh.439, hədis 5 )
6154.Allahın Peyğəmbəri (s): «Çirkli adamlar məhv olarlar.»(Vəsailuş-Şiə, c.3, səh.572, hədis 3 )
6155.Allahın Peyğəmbəri (s)–(bir kişini qarmaqarışıq saç, çirkli paltar və səliqəsiz vəziyyətdə görəndə):–«Allahın nemətlərindən istifadə etmək və neməti üzə çıxarmaq dindəndir.»(əl-Fəqih, c.4, səh.5, hədis 4968 )
6156.Allahın Peyğəmbəri (s): «Toz-torpağı qapının dalına yığmayın. Çünki o, şeytanın yuvası olur.»(Sunən Əbu Davud, hədis 4062 )
6157.Allahın Peyğəmbəri (s): «Zibili gecə öz evinizdə saxlamayın, onu gündüz evinizdən çıxarın. Çünki zibil Şeytanın oturaq yeridir.»(əl-Xisal, səh.620, hədis 10 )
6158.Cabir ibn Abdullah: «Allahın Peyğəmbəri (s) bizim yanımıza gəldi. Gözü saçları qarmaqarışıq olan bir kişiyə sataşdı. Buyurdu: Məgər bu kişi öz saçlarını səliqəyə salmağa bir şey tapmadı? (O Həzrət) Əynində çirkli paltar olan digər bir kişini gördü. Buyurdu: Məgər bu kişi paltarlarını yumağa su tapmayıb?»(Vəsailuş-Şiə, c.3, səh.575, hədis 2)
6159.İmam Əli (ə): «Başqalarını narahat edən xoşagəlməz iydən özünüzü su ilə təmizləyin. Özünüzə (üst-başınıza) baxın. Çünki Allah-taala özünün çirkli və laqeyd bəndələrinə, onunla bir yerdə oturan hər bir kəsin burnunu tutub bezdiyi kimsəyə nifrət edir.»(Vəsailuş-Şiə, c.3, səh.571, hədis 2 )
6160.İmam Əli (ə): «Otaqlarınızı hörümçək torundan təmizləyin. Çünki onu evdə saxlamaq yoxsulluq gətirir.»(əl-Xisal, səh.54, hədis 73 )
6161.İmam Baqir (ə): «Otaqları süpürmək yoxsulluğu aradan götürür.»(Kənzul-Ummal, hədis 26002 )
6162.İmam Sadiq (ə): «Qabı yumaq və evin qapısının ətrafını süpürmək ruzinin cəlb olunmasına səbəb olur.»(Kənzul-Ummal, hədis 26000 )
1726.İslam və təmizlik.
6163.Allahın Peyğəmbəri (s): «İmkanınız çatan bütün vasitələrlə özünüzü təmizləyin. Çünki Allah-taala İslamı təmizlik üzərində qurub və Cənnətə yalnız təmiz şəxs gedəcəkdir.»(əl-Kafi, c.6, səh.441, hədis 3 )
6164.Allahın Peyğəmbəri (s): «Allah təmizkar abidi sevir.»(əl-Kafi, c.6, səh.444, hədis 14 )
6165.Allahın Peyğəmbəri (s): «Paltar geyinən hər bir kəs onu təmiz saxlamalıdır.»(Biharul-Ənvar, c.78, səh.335, hədis 4 )
6166.İmam Əli (ə): «Təmiz paltar qəm-kədəri aradan aparır və namazın paklıqlarındandır.»(İbrahim, ayə 34 )
6167. İmam Rza (ə): «Təmizlik peyğəmbərlərin xüsusiyyətlərin¬dən¬dir.»(əl-Kafi, c.2, səh.316, hədis 5 )
Tarix: 06.06.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 192 Bölmə: Maraqlı melumatlar