Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namazdan Sonra Zikr

Mərhəmətli və Rəhimli Allahın adı ilə. Allaha həmd (şükür, tərif, minnətdarlıq) olsun. Allahın salamı, xeyir bərəkəti Allahın Rəsuluna, onun ailəsinə, səhabələrinə, onun yoluna yönələn və onunla hidayətə yönələn hər kəsin üzərinə olsun. Sonra: Allahı təsbeh etmək (zikr etmək, təriflər demək) Allaha yaxınlaşmağın ən üstünüdür. O, elə bir zikrdir ki, onun haqqında Allahın rəsulu – ona salam olsun - bəhs etmiş, Allah təala Öz kitabında bəhs
etmişdir. Allah təala deyir:

(فَسُبْحَانَ اللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ) (17) سورة الروم
“Elə isə axşam-səhər (axşama yetişəndə, səhərə çıxanda) Allahı təqdis edib şəninə təriflər deyin! (Axşam, gecə və sübh namazlarını qılın!)” (ər-Rum (Rumlular) surəsi, 17).

Uca və Cəlal Allah buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا*وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا) (41-42) سورة الأحزاب
“ - Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!)” (əl-Əhzab (Dəstələr) surəsi, 41-42).

Qurani Kərimdə bu mənada olan çoxlu ayələr vardır. Bir səhih, doğru hədisdə Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:
كلمتان خفيفتان على اللسان ثقيلتان في الميزان حبيبتان إلى الرحمن: سبحان الله وبحمده، سبحان الله
العظيم
“Dilə asan, (rahat, yüngül) olan iki kəlimə var, mizanda (tərəzidə) onlar ağırdır. O iki kəlimə Rəhman Allaha sevimlidir. (Rəhman olan Allah o iki kəliməni sevir). Subhanallahi və bihəmdihi, Subhanallahi-l-azim”. Özünə Allahın salamı və xeyir-bərəkəti olan peyğəmbər buyurmuşdur:

أحب الكلام إلى الله أربع: (سبحان الله والحمد لله ولا إله إلا الله والله أكبر
“Allahın ən çox sevdiyi kəlimələr dörddür: سبحان الله (Subhənallah) الحمد لله (Əlhəmdulilləh) لا إله إلا الله (Lə iləhə illallah) الله أكبر “(Allahu Əkbər)
Həmçinin (Allahın salamı və xeyir bərəkəti üzərinə olan) demişdir:
الباقيات الصالحات سبحان الله، والحمد لله، ولا إله إلا الله والله أكبر، ولا حول ولا قوة إلا بالله
“Əbədi olan saleh əməllər bunlardır:
سبحان الله ,(Subhənallah) الحمد لله ,(Əlhəmdulilləh) لا إله إلا الله,(Lə iləhə illəllah) الله
أكبر ,(Allahu Əkbər) لا حول ولا قوة إلا بالله(Allahdan başqa ayrı bir güc-qüvvə yoxdur)”.
Bu barədə olan hədislər çoxdur və bu hədislərin çoxluğu onu göstərir ki, ona dəlalət edir ki, Allahı zikr etmək, Allaha təriflər demək, təsbeh etmək zikrlərin ən üstünüdür. (Təsbeh etmək demək, Subhənallah və digər qeyd etdiyimiz zikrləri deməkdir). Bir dəfə bir qrup yoxsullar, füqəralar (kasıblar) Allahın Rəsulunun yanına gəlirlər. Onlar ona zənginlərdən şikayət edib deyirlər: Ya Allahın Rəsulu! Malları, mülkləri çox olanlar xeyir işlərdə öndədirlər. Onlar da bizim namaz qıldığımız kimi namaz qılırlar, bizim oruc tutduğumuz kimi oruc tuturlar, onların bizdən çox malları-mülkləri var, ondan xərcləyirlər. Biz isə heç bir mala-mülkə sahib deyilik və heç nə xərcləyə bilmirik. Bizim yanımızda onlarda olan kimi malımız-mülkümüz yoxdur. Biz xərcləmirik və heç kimə heç nə verə bilmirik. Allahın Rəsulu buyurdu: “Məgər bu ona dəlalət edir ki, onlar sizi nədəsə ötüblər? Onlar sizdən sonra ötüb keçirlər (Siz bir-brinizi ötürsünüz). Onlardan biri sizin etdiyiniz kimi bir əməl etməsə sizdən üstün ola bilərmi? (Yəni onlardan biri sizin saleh əməllərinizdən bir əməli etməsə, nə qədər mal mülkləri olsa da heç vaxt sizdən üstün ola bilməz). Dedilər: Bəli, ya Rəsullah! Dedi: Hər namazdan sonra otuz üç dəfə Allahı Subhanallah deyərək təsbeh edin, əlhəmdulillah deyərək həmd edin, Allahu Əkbər deyərək təkbir edin. Namazdan sonra hər bir mömin kişi və mömin qadın üçün Allahı otuz üç dəfə “Subhənallah” deyərək təsbeh etmək, “Əlhəmdulləh” deyərək həmd etmək və “Allahu Əkbər” deyərək təkbir etmək böyük bir fəzilətdir (üstünlükdür)” (Müslim, Səhih): Kim bütün namazların ardınca otuz üç (33) dəfə Subhənallah, otuz üç (33) dəfə Əlhəmdulilləh, otuz üç (33) dəfə Allahu Əkbər deyərsə, bu doxsan doqquz (99) olar, sonra yüzü (100) tamamlayaraq:
لا إله إلا الله وحده لا شريك له، له الملك وله الحمد وهو على كل شيءٍ قدير
“Lə İləhə İlləllahu vəhdəhu lə şərikə ləhu, ləhul-mulku, və ləhul-həmdu və huva alə kulli şeyin qadir” deyərsə onun xətaları (günahları) dəniz dalğaları (ləpələri) qədər də olsa bağışlanar. Bu işdə mömin kişi və mömin qadın üçün böyük bir üstünlük vardır. Bütün namazlardan sonra zöhr, əsr, məğrib, işa, fəcr namazlarında salamdan sonra üç dəfə:
أستغفر الله (əstəğfirullah)، أستغفر الله(əstəğfirullah)، استغفر الله (əstəğfirullah)
Deyib ardınca
اللهم أنت السلام ومنك السلام تباركت يا ذا الجلال والإكرام
(allahummə əntə-s-səlamu və minkə-s-səlam təbarəktə ya zəl cəlali vəl ikram) istər imam ol, istər tək ol, istərsə də imama tabe ol, imamla qıldıqda namazı qurtardıqdan sonra imam üzünü oturanlara tərəf çevirir. Sonra bu sözlər deyilir: bütün namazların ardınca otuz üç (33) dəfə Subhənallah, otuz üç (33) dəfə Əlhəmdulilləh, otuz üç (33) dəfə Allahu Əkbər deyilir, bu doxsan doqquz (99) olur, sonra yüzü (100) tamamlayaraq:
لا إله إلا الله وحده لا شريك له، له الملك وله الحمد وهو على كل شيءٍ قدير
Lə İləhə İlləllahu vəhdəhu lə şərikə ləhu, ləhul-mulku, və ləhul-həmdu və huva alə kulli şeyin qadir deyilir. Bundan sonra hamı fərdi olaraq aşağıdakı zikrləri oxuyur:
لا إله إلا الله وحده لا شريك له، له الملك وله الحمد وهو على كل شيءٍ قدير، لا حول ولا قوة إلا بالله، لا إله إلا الله ولا نعبد إلا إياه، له النعمة وله الفضل وله الثناء الحسن، لا إله إلا الله مخلصين له الدين وله كره الكافرون. اللهم لا مانع لما أعطيت، ولا معطي لما منعت، ولا ينفع ذا الجد منك الجد
(Lə ilahə illəllahu vəhdəhu lə şərikə ləh, ləhul mulku ləhul həmdu və huva alə kulli şeyin qadir, lə havlə və lə quvvətə illə billəh, lə iləhə illəllah və lə nəbudu illə iyyəh, ləhun-nimətu və ləhul-fadli və ləhul sənaul həsən, lə iləhə illəllahu muxlisinə ləhud-dini və lau kərihəl kəfirun. Allahummə lə məniə limə ateytə və lə mutiyə limə mənətə, və lə yənfəu zəl cəddu minkə-l cəddu.
Bundan sonra Allaha sığınaraq 3 dəfə İxlas, Fələq və Nəs surələri oxunur. İstəyən bu zikrləri məsciddə edə bilər, istəyən məsciddən çıxdıqdan sonra da edə bilər, istəyən evində də gəlib edə bilər. Mühüm olanı budur ki, bütün beş vaxt namazlarda bu qeyd olunan zikrləri demək lazımdır. Bu zikrlərin deyilməsi həm mömin kişilər üçün həm də mömin qadınlar üçün sünnətdir. Yəni Allahın Rəsulunun (ona və ailəsinə salam olsun) tədbiq etdiyi, öyrətdiyi bizə qoyub getdiyi bir yoldur. Gündə beş vaxt qılınan namazların ardınca 33 dəfə Subhənallah, 33 dəfə Əlhəmdulilləh, 33 dəfə Allahu Əkbər demək və digər yuxarıda qeyd etdiyimiz zikrləri oxumaq hər bir kişi və qadın möminlər üçün əhəmiyyətli və mühümdür. Həmçinin bütün bu zikrləri əzbərləmək, yadda saxlamaq və daima tədbiq etmək lazımdır. Bunu barmaqla saymaq ən üstünü və Allah Rəsulunun yoludur. Ən xeyirlisi zikri barmaqlarla saymaqdır. Daşlarla və hər növdən olan təsbehlərlə yox, əl barmaqları ilə zikrləri saymaq Allahın Rəsulunun əməlidir. Bizə əmr olunub ki, Allahın Rəsuluna (ona və ailəsinə salam olsun) tabe olaq. Onun kimi əlimizlə zikrləri sayaq. Müxtəlif növ daş və təsbehlərlə zikrləri etməkdə heç bir problem və zərər yoxdur. Ancaq ən xeyirlisi və üstünü bu olardı ki, barmaqlarla zikrləri sayaq. Zikrlərdən sonra Allaha sığınaraq Ayəti Kürsünü oxumaq (Qurani Kərimin Bəqərə surəsinin 255-ci ayəsi), həmçinin müstəhəbdir ki, İxlas, Fələq, Nəs surələrni hər bir namazdan sonra zikrlərin ardınca oxuyasan. Hər bir namazdan sonra bu surələr üç dəfə oxunmalıdır. Həmçinin yatağa girdikdə də bu surələr oxunmalıdır. Müvəffəqiyyət bəxş edən Allaha həmd olsun.


Tarix: 12.04.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 545 Bölmə: Maraqlı melumatlar
loading...