cavab-
Həmd Allaha məxsusdur. “Sufilik” kəliməsinə gəldikdə, bilmək lazımdır ki, bu kəlimə ilk üç nəsilin dövründə heç vaxt məşhur olmamışdır. Daha doğrusu, bu barədə söz-söhbət onlardan sonra geniş yayılmışdır. İmamlar və şeyxlərdən çoxu bu barədə öz sözlərini demişdirlər. Onlardan İmam Əhməd bin Hənbəl və Əbi Suleyman əd-Dərani və digərlərini misal göstərmək olar. Eynilə Süfyan əs Sevrinin bu barədə danışdığı rəvayət olunmuşdur. Onlardan (sufilər haqqında) bəziləri bunu əl-Həsən əl-Bəsridən zikr edirlər. Bununla belə, onlar sufilərin özlərinə isnad etdikləri sifətlərin mənası barəsində ixtilaf etmişdirlər. Çünki bu mənsubiyyətin (nisbət etmənin) adlarındandır; məsələn Əl-Quraşi, əl-Mədəni və buna bənzər adlar.
Deyirlər ki: bu ad “Əs-Suffa” camaatına nisbət edilir. Lakin bu yanlışdır, çünki belə olsaydı, o zaman onlara”Sufiyyi” deyərdilər.
Deyirlər ki: Allahın qarşısında“Saf əl muqəddəm” (ən birinci sıra) kəliməsinə nisbət edilir. Lakin bu da həmçinin yanlışdır, çünki belə olsaydı, o zaman onlara “Safiyy” deyilərdi.
Deyirlər ki: Allahın yaratdıqlarından olan “Safva” (seçilmiş, ən yaxşı) sözünə nisbət edilir. Bu da həmçinin yanlışdır, çünki belə olsaydı, o zaman onlara “Səfəvi” deyilərdi.
Deyirlər ki: Sufə bin Bişr Addə bin Tabixəyə nisbət edilir. Bu ərəb tayfalarından biridir. Qədim zamanlardan Məkkənin qonşuluğunda yaşayırdılar. Zahidlər, tərki dünyalar onlara nisbət edilir. Bu kəlimə söz baxımından o mənanı daşısa da, yenə də bu nisbət etmə zəifdir. Çünki bu insanlar məşhur deyildilər. Eynilə, onlar zahidlərin çoxları tərəfindən tanınmırdı. Məsələ bu cür olduğundan, zahidlər özlərini bu insanlara nisbət etməli olsaydılar, o zaman səhabələr, tabiinlər və yaxşı işlərdə onlara tabe olanların dövrünə nisbət etmə onları üstələyərdi. İş ondadır ki, “Sufi” adından danışanların əksəriyyəti bu qəbilədən, tayfadan xəbəri yox idi, nə də cahillik dövründə yaşayan, özü-özlüyündə islamda heç bir yeri olmayan bir tayfaya özlərini nisbət etməklərindən razı olmazdılar.
Deyilir ki-daha məşhur yayılan fikir budur-“Suf” (yun) geyiminə nisbət edilir. Çünki həqiqətən də, Sufilik ilk dəfə əl-Bəsrədə meydana çıxmışdır. Eynilə sufilər üçün ilk dəfə məbəd inşa edən Abdul Vahid bin Zeydin bəzi yoldaşları olmuşdur. Abdul Vahid, əl-Həsənin (əl-Basri) yoldaşlarından idi. Əl-Bəsrədə zahidlik, ibadət və qorxuda ifrata çox yol verirdilər. Bunların bənzərinə ölkələrdəki insanların hamısında rast gəlinmirdi. Bu səbəbdən dolayı bu cür deyərdilər:
“Kufənin fiqhi və Bəsrənin ibadəti”.
Əbu əş şeyx əl-Əsbəhəni öz rəvayət silsiləsi ilə Muhəmməd bin Sirindən rəvayət edir ki, ona xəbər vermişdirlər ki, bəzi insanlar yun geyiminə üstünlük verirlər. Ona görə də o demişdi: “Həqiqətən də yun geyimini seçən insanlara gəldikdə və onlar Məryəm oğlu İsanı təqlid etdiklərini deyirlər, halbuki bizim peyğəmbərin sallallahu aleyhi və səlləm yolu (şəriəti) bizə daha sevimlidir. Çünki, peyğəmbər sallallahu aleyhi və səlləm pambıq və başqa şeylər geyinərdi”.
Məcmu əl-fətəvə, cild 11, səh.5-7
Tarix: 06.04.2013 / 15:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Maraqlı melumatlar