Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAH – subhənəhu və təalə - nin BƏZİ QULLARINA VERMİŞ OLDUĞU KƏRAMƏT

17.Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Beşikdə ikən yalnız üç uşaq danışmışdır. Bunlardan biri Məryəm oğlu İsa – əleyhissəlam –, (ikincisi isə İsrail oğulları zamanı yaşayan) Cureyc adında bir nəfərin sahibi danışmışdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cureyc abid (çox ibadət edən) bir kimsə idi. Özünə ibadətgah düzəldib orada da qalardı. Bir gün namazda ikən anası gəlib: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «(Öz-özündə) Ya Rəbbim! Anam yoxsa namazım! (yəni anama cavab verim, yoxsa namazıma davam edim) deyə düşündü və namazını seçərək davam etdi. Anası da cavab almadığı üçün dönüb getdi. Səhər anası yenə də gəldi. Cureyc yenə də namaz üstə idi. Anası: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «Ya Rəbbim! Anam, yoxsa namazım!» deyə düşündü və yenə də namazını seçərək davam etdi. Anası yenə də cavab almadığı üçün dönüb getdi. Səhəri Cureyc namaz qılarkən anası yenə də gəldi və: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «Ya Rəbbim! Anam yoxsa namazım!» deyə düşündü və yenə də namazına üstünlük verərək davam etməyə başladı. Beləcə üç dəfə çağırdığı halda cavab almayan ana: «Ya Rəbbim! Bu oğlumu fahişə qadınların üzünə baxmadıqca Sən onu öldürmə (onun canını alma)!» deyə bəd dua etdi.
İsrail oğulları bir-birlərinə Cureyc və onun israrlı ibadətini zikr edərək danışırdılar. Bu vaxt onlardan gözəlliyi dillərdə dastan olan fahişə bir qadın vardı ki, o qadın İsrail topluluğuna: «Əgər istəsəniz mən o, abid Cureyci sizin üçün yolundan çıxardaram!» dedi. O, qadın Cureycin yanına gələrək özünü ona təklif etdi. Lakin Cureyc heç ona tərəf dönüb baxmadı. O, azğın qadın Cureycin ibadətgahında qalan çobanın yanına gedib özünü ona təslim etdi. Çoban da onunla cima (yaxınlıq) etdi. Qadın bu cimadan (yaxınlıqdan) hamilə qalıb bir oğlan uşağı doğdu. (Aləmə car çəkərək): «Bu oğlan uşağı Cureycdəndir!» dedi. Cəmaat da Cureycin ibadətgahına gəlib onu aşağı endirdilər. Evini (ibadətgahını) dağıdıb, özünü də döyməyə başladılar. Cureyc onlara: «Sizə nə olub?» deyə soruşdu. Onlar: «Sən bu fahişə qadınla cima (yaxınlıq) etdin və o, da səndən bir uşaq doğdu!» dedilər. Cureyc: «Uşaq haradadır?» deyə soruşdu. Onlar uşağı gətirdilər. Cureyc: «Məni buraxın namaz qılım!» dedi. Namazını qılıb uşağın yanına yaxınlaşdı. Uşağın qarnına toxunaraq: «Ey uşaq sənin atan kimdir?» deyə soruşdu. Uşaq: «Mənim atam filan çobandır!» dedi. Bu qəribə halı görən cəmaat Cureycin üzərinə yürüyərək onu öpməyə və əlləri ilə ona toxunmağa başladılar. Cəmaat: «Biz sənin ibadətgahını qızıldan düzəldəcəyik!» dedilər. Cureyc: «Xeyr! Siz onu əvvəlki vəziyyətinə qaytarın!» dedi. Onlar da onun dediyi kimi etdilər.
Başqa rəvayətdə - Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər anası onun əleyhinə fitnəyə (zinaya) düşməsini dua etmiş olsaydı Cureyc şübhəsiz ki, bu fitnəyə düşərdi». Başqa rəvayətdə - Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlardan heç bir kimsə beşikdə ikən danışmamışdır. Yalnız Məryəm oğlu İsa – əleyhissəlam – ilə, Cureycin sahibi danışmışdır. (Səhabələrdən biri): «Ya Rəsulallah! Cureycin sahibi kimdir?» deyə soruşdu. Peyğəmbər: «Cureyc ibadətgahda ibadət edən bir kimsə idi. İbadətgahın yanında bir çoban da qalırdı. Bu çobanın yanına (İsrail oğullarından) olan fahişə bir qadın daima gəlib gedərdi. Bir gün namazda ikən anası gəlib: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «(Öz-özündə) Ya Rəbbim! Anam yoxsa namazım! (yəni anama cavab verim yoxsa namazıma davam edim) deyə düşündü və namazını səçərək davam etdi. Anası da cavab almadığı üçün dönüb getdi. Səhər anası yenə də gəldi. Cureyc yenə də namaz qılan halda idi. Anası: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «Ya Rəbbim! Anam yoxsa namazım!» deyə düşündü və yenə də namazını seçərək davam etdi. Anası yenə də cavab almadığı üçün dönüb getdi. Səhəri Cureyc namaz qılarkən anası yenə də gəldi və: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «Ya Rəbbim! Anam yoxsa namazım!» deyə düşündü və yenə də namazına üstünlük verərək davam etməyə başladı. Beləcə üç dəfə çağırdığı halda cavab almayan ana: «Ya Rəbbim! Bu oğlumu fahişə qadınların üzünə baxmadıqca Sən onu öldürmə (onun canını alma)!» deyə bəd dua etdi.
Bir müddətdən sonra (çobanın yanına gəlib-gedən) o, qadın hamilə qalıb bir uşaq doğdu. O, qadın doğduğu uşaqla birlikdə məmləkətin hökmdarının yanına gətirildi. Hökmdar: «Bu uşaq kimdəndir?» deyə soruşdu. Qadın: «Cureycdən!» dedi. Hökmdar yenə: «İbadətgahın sahibindənmi?» deyə soruşdu. Qadın: «Bəli!» dedi. Hökmdar: «İbadət-gahı dağıdın, onu (Cureycin) özünü isə bura gətirin!» deyə əmr verdi. Baltalarla ibadətgahı vurub dağıtdılar. Cureycin qollarını bağlayıb (hökmdarın) yanına gətirdilər. Fahişələrin yanına çıxarıldıqda Cureyc gülümsədi. Onlar da insanlar içərisindən Cureycə baxırdılar. Hökmdar: «Bu qadın nə iddia edir?» dedi. Cureyc: «Nə iddia edir?» deyincə hökmdar: «İddia edir ki, bu uşaq səndəndir!». Cureyc qadına: «Sən bu cür iddia edirsən?» dedi. Qadın da: «Bəli!» deyə cavab verdi. Cureyc: «Uşaq haradadır?» deyə soruşdu. «O, qadının qucağındadır!» dedilər. Cureyc uşağa tərəf dönüb: «Sənin atan kimdir?» dedi. Uşaq: «Filan çobandır!» deyə cavab verdi. (Bu halı görən) Hökmdar: «Sənin ibadətgahını qızıldan düzəldəkmi?» dedi. Cureyc: «Xeyr!» deyə cavab verdi. Hökmdar yenə də: «Sənin ibadətgahını gümüşdən düzəldəkmi?» dedi. Cureyc: «Xeyr!» deyə cavab verdi. Hökmdar: «Yaxşı onda nə edək?» deyincə Cureyc: «Onu əvvəlki vəziyyətinə qaytarın!» dedi. Hökmdar: «Sən mənim yanıma gələndə niyə gülümsədin?» deyə soruşdu. Cureyc: «Xatırladığım bir işə gülümsədim, anamın bəd duası qəbul olundu!» dedi. Sonra başına gələn hadısəni onlara xatırlatdı.
(Beşikdə danışan üçüncü uşağa) gəldikdə isə: «Anasından süd əmməkdə olan bir anda onların yanından yaraşıqlı bir atın üzərində gözəl görkəmə malik olan bir süvari keçdi. Uşağın anası süvarini görcək: «Ya Rəbbim! Oğlumu bunun kimi heybətli et!» deyə dua etdi. Bu an uşaq dərhal anasının döşünü buraxıb o, süvariyə tərəf dönüb baxaraq: «Ya Rəbbim! Məni onun kimi etmə!» deyə dua etdi. Sonra yenə də anasının döşünə tərəf dönərək əmməyə başladı. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə bu hədisi danışarkən şəhadət barmağını ağzına qoyub onu əmməyə başlayaraq uşağın əmməsini bizə təmsil edərək göstərməsi hələ də gözümün qarşısındadır.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – sözünə davam edərək: «Bir müddətdən sonra o, əmzikli qadının yanından, yanlarında (həbs edilmiş) cariyə olan bir qrup cəmaat keçirdi. Onlar cariyəyə: «Sən zina etdin! Sən oğurluq etdin!» deyir və onu döyürdülər. Cariyə isə: «HASBİYƏLLAHU VƏ NİMƏL VƏKİL – Allah mənə yetər O, nə gözəl vəkildir!» deyərək gedirdi. Uşağın anası bu mənzərəni gördükdə: «Ya Rəbbim! Mənim oğlumu bu cariyə kimi etmə!» deyə dua etdi. Uşaq yenə də əmməyi buraxaraq cariyəyə tərəf baxaraq: «Ya Rəbbim! Məni onun kimi et!» deyə dua etdi. Bundan sonra ana ilə oğul bir-birləri ilə danışmağa başladılar. Ana: «Gözəl görkəmli bir süvari keçdikdə mən: «Ya Rəbbim! Oğlumu bunun kimi heybətli et!» deyə dua etdim. Sən isə: «Ya Rəbbim! Məni onun kimi etmə!» deyə dua etdin. Sonra yanımızdan: «Sən zina etdin! Sən oğurluq etdin!» deyə üstünə qışqıraraq (təhqir edilən) bir cariyə keçdi. Mən: «Ya Rəbbim! Mənim oğlumu bu cariyə kimi etmə!» deyə dua etdim. Sən isə: «Ya Rəbbim! Məni onun kimi et!» deyə dua etdin. (Bunun hikməti nədir?) Uşaq: «O, gördüyün süvari çox zalım və təkəbbürlü bir kimsə idi. Buna görə də mən: «Ya Rəbbim! Məni onun kimi etmə!» deyə dua etdim. O, ki, qaldı: «Sən zina etdin! Sən oğurluq etdin!» dedikləri cariyəyə: «O, nə zina etmişdi, nə də oğurluq. Buna görə də mən: «Ya Rəbbim! Məni onun kimi et!» deyə dua etdim(Buxari 3436, Müslim 2550.)

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İsrail oğullarından bir kimsə digər birindən (dostundan) min dinar həcimində borc pul istəyir. Pulu verən şəxs: «Şahidini gətir!» deyir. Borc istəyən şəxs: «Şahid olaraq Allah kifayət edər!». (ən-Nisa 79) deyə cavab verdi. Pulu verən şəxs: «Onda zamin gətir!» dedi. Borc istəyən şəxs: «Zamin olaraq da Allah kifayət edər!» deyə cavab verir. Pulu verən şəxs: «Sən həqiqətən doğru söylədin və vədələşmə (razılıq) ilə ona (müəyyən olunmuş bir müddətə) qədər min dinar borc pul verir». Pulu alan şəxs dərhal dəniz səfərinə çıxır. Lazımı işlərini gördükdən sonra (borcu ödəmək üçün müəyyən olunmuş vaxt gəlib çatdıqda) geri qayıtmaqdan ötrü gəmi axtarmağa başlyır. Lakin qayıtmaq üçün gəmi tapa bilmədikdə bir odun parçasını tapıb içini ovur. İçinə min dinar borc götürdüyü pulu və bir də o, kimsəyə yazdığı məktubu (kağız parçasını) qoyur. Ovulmuş yerin ağzını yaxşıca bağladıq-dan sonra (odun parçasını) dəniz kənarına gətirərək: «Allahummə! Sən bilirsən ki, mən filan kimsədən min dinar borc pul istədim. O, da məndən bir şahid istədi. Mən: «Şahid olaraq Allah kifayət edər!». (ən-Nisa 79) deyə cavab verdim. O, da sənin şahidliyinə razı oldu. Sonra məndən bir zamin istədi. Mən də: «Zamin olaraq da Allah kifayət edər!» deyə cavab verdim. O, yenə də sənin zaminliyinə razı oldu və (min dinar borc pulu mənə verdi). (Müəyyən olunmuş vaxtda) O, borcu geri qaytarmaq üçün gəmi tapmağa çalışdım. Lakin tapmaq iqtidarına nail olmadım. Artıq mən bu min dinar borcu Sənin qorumağına əmanət edirəm!» deyə dua edərək o, odun parçasını dənizə buraxır. (Müəyyən olunmuş vaxt) gəlib çatdıqda pulu verən kimsə dəniz sahilinə çıxaraq: «Bəlkə bir gəmi malımı gətirmiş ola!» deyə gözləməyə başlayır. (Lakin vaxt keçir, gəmi isə gəlib çıxmaq bilmirdi). (Evə qayıtmaq istədikdə) Gözü sahildə olan bir odun parçasına sataşır. Ailəsi odun kimi (yandırmaq üçün) istifadə etsin deyə götürüb evinə gətirir. Evə gəldikdə odun parçasını parçalayaraq iki hissəyə bölür. İçindən (borc) pullar və bir də (filankəsdən-filankəsə) imzalanmış bir məktub çıxır.
(Bir müddətdən sonra) Borclu olan kimsə borc verən kimsənin yanına min dinar pul ilə gəlib: «Allaha and olsun ki, (müəyyən olunmuş vaxtda) borcu sənə gətirmək üçün gəmi axtardım. Lakin o, an bir gəmi də olsun belə tapa bilmədim» dedi və borcunu ona verir. Borc verən kimsə: «Sən mənə bir şey göndərdinmi?» deyə soruşur. Borclu: «Mən sənə dedim axı (müəyyən olunmuş vaxtda) borcu ödəmək üçün sənin yanına gəlmək istədim. Lakin bir gəmi də belə tapa bilmədim» dedi. Borc verən kimsə: «Şübhəsiz ki, Allah sənin odun içində göndərmiş olduğun borcunu sənin adına ödəmişdir. Təkrar vermək üçün gətirdiyin bu min dinarı isə geri götür!» dedi (Buxari 1498,2991.)


Tarix: 25.04.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 297 Bölmə: Maraqlı melumatlar
loading...