Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sheytanin Duasi

Məscidin qonağı var idi. Amma bu qonağı məscid heç gözləmirdi. Qara uzun libasına bürünmüş qaranlıqdan seçilməyən bu simada qan rəngli iki göz parlayırdı. Bu şeytan idi. Qara uzun paltarı yer ilə sürünür, sanki bütün zülməti özü ilə dartıb aparırdı. Yavaşca məscidin qapısını açdı. Qapı tük ürpədici bir səs çıxardı...Şeytan məscidin çirkli xalçasına, rəflərdəki toz basmış Qur’anlara baxdı. Bu mənzərə onu dəhşətə gətirdi. Sonuncu dəfə məscidə girəndə yüzlərlə minlərlə müsəlman ona o qədər lənət yağdırmışdı ki, çıxış yolu tapmayıb özünü minarədən atmış və üç gün özünə gələ bilməmişdi.Bir az irəlilədi, üzünü Qibləyə tutdu və diz çökdü. O özü də bilmirdi nə edirdi. Amma əlacı yox idi. Əllərini açdı və duasına başladı.. \"Bismilləhirrahmənirrahim... Ey uca və qüdrətli ALLAH Sənə dua etmədiyim 100000 il oldu. Özün bilirsən sənin rzan üçün necə darıxmışam. Keçmiş vaxtlar yadıma düşür. Sənə etdiyim ibadətlər yadıma düşür. Mən sənə hər kəsdən yaxın olmuşdum. Mən xoşbəxt idim. Sonra sən insanı yaratdın. Və mən günaha batdım. Böyük gühana. Məni oradan qovdun. Mənə cəhənnəmi qismət etdin. Yox. mən tövbə etməyə gəlməmişəm. Sözümüz sözdür. Qiyamət gününə kimi insanları sənin yolundan çıxaracağıma söz vermişdim. Sən də mənə vaxt verdiyini söz vermişdin. Amma indi hər şey başqa cürdür. Əvəllər mən insanları sənin yolundan çıxara bilirdim. İndi isə heç kəsi yoldan çıxara bilmirəm. Heç kəsi pis yola sala bilmirəm. Çünki insanlar özləri pis yola gedir. Mənə heç ehtiyacları yoxdur. Məni də üzən, kədərləndirən elə budur. Özümü çox lazımsız hiss edirəm. Heç bir işə yaramayan bir məxluq oldum. Həyatımın mənası insanları pis yola çəkmək idi. İndi isə həyatımın mənası itib. Yalvarıram Uca ALLAH mənim bu duamı qəbul et. Yalvarıram dünyaya yaxşı insanlar gətir. Mən də onları yoldan çıxarmağa çalışım. Boş durmayım. Yalvarıram dünyaya yaxşı insan gətir...\" Qara libaslı bu yad duasını bitirib , göz yaşlarını, yavaş-yavaş addımlayıb məsciddən çıxdı...


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 104 Bölmə: Maraqlı melumatlar
loading...