Təşəkkür edirəm Sənə ki, örpəyinlə belə gözəlsən..
Təşəkkür edirəm Sənə ki, örpəyinlə belə ağıllısan..
Təşəkkür edirəm Sənə ki, örpəyinlə həqiqi Müsəlmansan..
Təşəkkür edirəm Sənə ki, örpəyinlə ürəkləri şad edirsən..
Təşəkkür edirəm Sənə ki, örpəyinlə öz milli mədəniyyətini qoruyursan..
Təşəkkür edirəm Sənə ki, örpəyinlə ALLAHı, Peyğəmbərləri, Məsumları, Sənin kimi sadə, amma Səni özü kimi çox sevənləri insanlar arasına çıxarkən xoşbəxt edirsən, sevindirirsən..
Təşəkkür edirəm Sənə ki, örpəyinlə İslamın bayrağını ucalara qaldırırsan...
Təşəkkür edirəm Sənə ki, örpəyinlə Ana'lıq vəzifəsinə layiq olduğunu göstərirsən..
Təşəkkür edirəm Sənə ki, örpəyinlə öz şəxsiyyətini mənfur baxışlardan gizlədib, yalnız yaxınların və sevdiklərinə aşkar edirsən..
Təşəkkür edirəm Sənə ki, örpəyinlə ailə ocağını möhkəmləndirib, bunu edə bilməyənlərə dərs verirsən..
Təşəkkür edirəm Sənə ki, örpəyinlə ALLAHı, Qurani-Kərimi, nə üçün yaradıldığımızı yada salırsan, təbliğ edirsən, nümunə olursan, Rəbbin Fərmanını aşkar edirsən..
Təşəkkür edirəm Sənə ki, örpəyinlə özünü yad gözlərdən qoruyaraq, əsl azadlığın carçısısan..
Təşəkkür edirəm Sənə ki, örpəyinlə Xanım Zəhra (ə)-nın örpəyini qoruyub, əsrimizin İmamı, Mehdi (ə)-ın qəlbini şad edirsən..
Qaranlıq gecədə ulduzlar parlayan kimi, İşıqlı sübhdə Günəş kimi bu cəmiyyətdə parlayırsan..
Bu yazının xatirəsi mənim üçün olduqca xoş və unudulmazdır..Yadıma düşdükcə xoş bir təbəssümlə xatırlayıram..Bu yazını paylaşacağımı çox istəmişdim..Paylaşmağım mənə çox doğma olan bir insanın doğum gününə təsadüf etdi..Bu sətirləri oxuyarkən ilk gözümün önünə gələn insan da məhz O'dur..
Bu xəbərdə Sənə varlığın üçün, dəstəyin üçün, dostluğun üçün təşəkkür etməyəcəm..Sənə, Sənə layiq olan həyatı sürdüyün üçün, bir çoxumuzun edə bilmədiyini, seçdiyin o gözəl qərarın üçün, O gözəl, xoş, Müsəlman xanımına layiq olduğun siman üçün təşəkkür edirəm..
Sadəcə Təşəkkür edirəm Sənə..
Tarix: 08.06.2013 / 14:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 58 Bölmə: Maraqlı melumatlar