Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Qiyamət günü bəndənin ilk haqq-hesab olunacağı əməli namazdır. Əgər namazı doğru-dürüst olarsa nicat tapar. Yox əgər fəsadlı olarsa həlaka uğrayar. Əgər fərz namazlarında nəysə əksik olarsa uca Rəbb belə deyər: Baxın görün bəndəmin nafilə namazları varmı? Beləliklə fərz namazlarında olan boşluqlar nafilələrlə doldurular. Sonra buna əsasən digər əməlləri haqqında sorğu-sual olunar»[1].
Nafilə namazlarının evdə qılınmasının müstəhəb (bəyənilən əməl) olması:
Cabir Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Biriniz namazını məsciddə qılıb qurtardıqdan sonra, evi üçün də namazdan bir pay ayırsın. Həqiqətən Allah, o insanın qıldığı namazı evi üçün nur edər»[2].
Zeyd ibn Sabit Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Evinizdə namaz qılmağa həris olun. Həqiqətən insanın qıldığı ən xeyirli namaz, evində qıldığı namazdır. Yalnız fərz namazlar istisnadır»[3].
Nafilə namazların növləri:
Nafilə namazlar iki növdür; səbəbli və səbəbsiz:
Səbəbli nafilə namazlar “Ratibə Sünnələr” adı ilə tanınır. Bu, fərz namazlardan əvvəl və sonra qılınır. Belə namazların özü iki qismə bölünür: təkidlə əmr olunan və olunmayan.
_________________________________________________________________
[1] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 451. ? 452. Tirmizi: 1/ 258 / ? 411. Nəsai: 1/ 232.
[2] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 375. Müslim: 1/ 239/ ? 778.
[3] Buxari: 10/ 517/ ? 6113. Müslim: 1/ 539/ ? 781. Əbu Davud: 4/ 321/ ? 1434. Nəsai: 3/ 198.
Tarix: 01.05.2013 / 18:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 95 Bölmə: Maraqlı melumatlar