Artıq insanlar, xüsusən gənclər, əsas da islam dinində özlərini hamıdan üstün hesab edən aravuranlar son zamanlar çoxalıb. Bu insanlar səninlə söhbət edirlər, sonra səninlə aralarında olan söhbətə yalanlar və əlavələr edərək yayırlar. Bu da əlbəttə islam dinində qadağan olunub və müsəlmanın ədəbindən deyildir.
İstər sosial şəbəkələrdə olsun, istər gündəlik rastlaşdığımız insanlar arasında olsun bu məsələ sanki önəmsiz, əhəmiyyətsiz və fikir verilməyən məsələ halına gəlmişdir. Bilindiyi kimi söz gəzdirmək insanlar arasında soyuqluğa gətirib çıxarır. Soyuqluq isə insnalardan uzaqlaşmağa, uzaqlaşmaq insanın tək qalmasına, tək qalmaq da insanın günahlar etməsinə gətirib çıxarır. Müsəlmanlar arasında ən çətin müalicə olunan xəstəlikıərədn biri də bu cür söz gəzdirmək xəstəliyidir. İnsanlar heç vaxt sənin yaxşı sözünü gəzdirməzlər. Onlar ancaq səndə bir günah görəndə, bir xəta görəndə, bir səhv görəndə bunu şişirərər, üzərinə də əlavələr edib başqalarına yayarlar. Əlbəttə bunu edən müsəlmanlar özlərini nə qədər sialam nisbət etsələr də islamdan aldıqları savab paylarını itirir və heçə endirirlər.
Məclis hansısa iki və daha çox insanın istər qarşı-qarşıya gələrək, istərsə də sosial şəbəkədə bir yerdə olduğu yerə deyilir. Bu iki və daha çox insna bir süfrə arxasında otursalar da, bir internet saytınd aolsalar da, bir yerdə dayansalar da, bir-birləri ilə məktublaşsalar da, hər bir halda məclis sayılır. Eyni məclisdə olan bir insanın digər insanlar haqqında məclisdən çıxdan sonr amənfi fikir deməsi, onun haqqında olmayan, bilmədiyi, dəqiq əmin olmadığı bir xüüsusiyyətini deməsi böyük gnah sayılır. İslam ədəbindən deyildir. Müsəlmanların arasında ayrılıq və münaqişəyə gətirib çıxaran yaramaz bir əməldir. Bu cür əməllər etmək islamın və müsəlmanların dağılmasına, parçalanmasına, zəifləməsinə səbəb olan qorxulu bir xəstəlikdir. Bu səbəbdən Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) qabaqcadan islam ümmətini bu məsələ barədə xəbərdar etmiş, müsəlmanları oyandırmışdır. Bununla bağlı çoxlu hədislər var. Abdullah bin Məsudun (Allah ondan razı olsun) rəvayət etdiyi hədislərin birində Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Səhabələrimdən biri digərindən mənə narahat olacağım, qəlbimdə həmin səhabəyə qarşı soyuq olacağım bir söz deməsin. Həqiqətən də mən evimdən çıxıb sizin qarşınıza gələndə hər birinizin qarşısına sağlam bir qəlblə çıxmaq istəyirəm” (Əbu Davud, Sünən). Yezidin qızı Əsma (Allah ondan razı olsun) deyir ki, Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) belə dedi: “Sizə ən xeyirlinizi xəbər verimmi?”. Səhabələr dedilər: “Bəli, ya Rəsulullah!”. Buyurdu: “Görüldükdə Allahı xatırladan kimsələrdir”. Sonra sözünə belə davam etdi: “Sizin şərlilərinizi xəbər verimmi? Söz gəzdirənlər, insanların arasını bir-birinə vuranlar, dost arasını pozub ayıranlar, günahsız insanlara zülm edənlərdir” (Əbu Davud, Sünən). Başqa bir hədisində Allah Rəsulu səlləllahu aleyhi və səlləm buyurub: “Söz gəzdirənlər Cənnətə girə bilməyəcəklər”. Həmçinin söz gəzdirənlərin qəbirdə əzab çəkməsi haqqında da hədislər vardır. Bütün bu kimi hədislər söz gəzdirməyin böyük günah olduğunu, islama və müsəlmanlara zərər vurduğunu, bunun da nəticəsində axirətdə böyük əzabla qarşılanmağı bizə xəbəb verir. Buna görə də bu əməllərdən əl çəkib Allaha tövbə etməli, özü haqqında olmayan böhtanları danışdığımız müsəlman qardaşlarımızdan halallıq almalıyıq.
Əkrəm Həsənov (ilahiyyatçı).
Tarix: 08.04.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 238 Bölmə: Maraqlı melumatlar