Sual: Fitnələr dedikdə nə nəzərdə tutulur? Bu barədə müsəlmanın mövqeyi nə olmalıdır? Həmçinin xahiş edirik hansı fitnələrə qarışmamağın və hansına qarşı mübarizə aparmağın vacibliyini də açıqlayasınız.
Cavab: Fitnələr fitnə sözünün cəmidir. Burada fitnə sözünün nəzərdə tutulan mənası bəla və sınaq deməkdir. Məsələn, mal-dövlət və övlad fitnəsi kimi. Fitnələr iki növdür: Şübhələr və şəhvətlər fitnəsi.
Şübhələr fitnəsi fəsadlı etiqadlar, bidətlər, şəkk-şübhələr, xəyallardır.
Şəhvətlər fitnəsi mal-dövlət, övlad, zina, oğurluq, sərxoşedici maddələrin qəbulu və s.
Müsəlmanın hər bir fitnəyə qarşı mövqeyi ilk olaraq həmin fitnələrin şərrindən Allaha sığınmaq olmalı, bu fitnə-fəsadı yayanlara etiraz etməli və onlara qarşı mübarizə aparmalıdır. Həmçinin bunları özündən və digər müsəlman qardaşlarından uzaqlaşdırmağa çalışmalıdır. Fitnəyə çağıranların şübhələrini dəf etməlidir.
Tarix: 03.04.2013 / 23:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Maraqlı melumatlar