Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müəzzinə aid olan müstəhəb əməllər

Müəzzinə aid olan müstəhəb əməllər:[1]
Müəzzinin aşağadakı sifətlərə yiyələnməsi müstəhəbdir (bəyənilən haldır):
1. Müəzzinin azan verməkdə məqsədi, Allah rizasını qazanmaq olmalı və azana görə maaş almamalıdır. Osman ibn Əbul As deyir ki, mən Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedim: Ey Allahın elçisi, məni öz qövmimə imam təyin et. O, dedi: «(bu gündən) Sən onların imamısan. (camaata namaz qıldıranda) Zəifləri nəzərə al və azan verdiyinə görə maaş istəməyən bir müəzzin götür»[2].

2. Azan verərkən həm qüsllü, həm də dəstəmazlı olmalı. Bu haqda əvvəldə, “Dəstəmaz almaq bəyənilən hallar” adlı bölümdə danışılmışdı.
3. Azan verərkən ayaq üstə, üzü qibləyə dayanmalı. İbn əl-Munzir deyir: Alimlərin yekdil fikrinə görə azan verərkən ayaq üstə dayanmaq sünnədir. Çünki bu halda azan daha yaxşı eşidilir. Həmçinin azan verərkən qibləyə tərəf yönəlmək sünnədir. Çünki Peyğəmbərin müəzzinləri qibləyə tərəf yönəlib azan verərdilər.
4. “Həyyə aləs salət” dedikdə boynunu və başını sağa, “Həyyə aləl fələh” dedikdə isə sola yönəltmək.
Əbu Cuheyfə deyir ki, mən Bilalı azan verərkən görmüşəm. O, azan verərkən mən onun üzünün o tərəf, bu tərəfə çevrildiyini görürdüm[3].
5. Barmaqları qulaq boşluqlarına salmaq. Əbu Cuheyfə deyir ki, «mən Bilalı azan verərkən görmüşəm. O azan verir və sağa-sola çevrilirdi. Onun üzü o tərəf bu tərəfə çevrilir, barmaqları da qulaq boşlularında idi»[4].
6. Azan verərkən səsini ucaltmaq. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Müəzzinin səsini eşidən insan, cin və digər bütün şeylər qiyamət günü buna şahidlik edəcəklər»[5].

________________________________________________________
[1] Fihus Sünnə: 1/ 99.
[2] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 497. Əbu Davud: 2/ 234/ ? 527. Nəsai: 2/ 23. İbn Macə: 236/ ? 714. Onun rəvayətində yalnız sonuncu cümlə qeyd olunmuşdur.
[3] Buxari: 2/ 114/ ? 634. Müslim: 1/ 360/ ? 503. Əbu Davud: 2/ 219/ ? 516. Tirmizi: 126/ ? 197. Nəsai: 2/ 12. “Amma azan verərkən sinənin sağa-sola çevrilməsi haqqında sünnədə heç bir əsas yoxdur. Boyunun çevrilməsi haqqında deyilən hədislərdə də bu haqda heç bir məlumat yoxdur”. Təmamul Minnə: 150.
[4] Hədis səhihdir. Səhih Sünən ət-Tirmizi: ? 164. Tirmizi: 1/ 126/ ? 197. O deyib ki, hədis “Həsənun Səhih”dir. Elm adamları bu hədisə əməl edirlər. Onlara görə müəzzinin azan verərkən barmaqlarını qulaq boşluqlarına salması müstəhəbdir.
[5] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 625. Buxari: 2/ 87/ ? 609. Nəsai: 2/ 12.


Tarix: 01.05.2013 / 18:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 111 Bölmə: Maraqlı melumatlar
loading...