Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÖZDƏYMƏDƏN MÜALİCƏ

Gözdəymədən müalicə üç mərhələdən ibarətdir.
Birinci mərhələ. Gözə gəlməmişdən əvvəl nə etməli?
1. «Cadunun açılması» fəslinin birinci mərhələsində qeyd olunan şəriətdəki mövcud zikr, dua və sığınmalarla qorunmaq və bu üsulla da bəd nəzərə məruz qalması ehtimal olunan şəxsin qorunması labüddür.
2. Özünün bir şeyi gözə gətirməsindən qorxan bəndə özündə, mal-dövlətində, övladında, qardaşında, yaxud da digərlərdə ona xoş təsir bağışlayan bir şey görsə, onun bərəkətli olması üçün xeyir-dua etsin və:

(( مَا شَاءَ اللَّهُ لاَ قًوَّةَ إلاَّ بِاللَّهِ اللَّهُمَّ بَارِك عَلَيْهِ ))
«Mə şə allahu lə quvvatə illə billəh. Allahummə bərik aleyh» (Maşallah, Allahdan başqa qüvvət sahibi yoxdur, Allahım onu bərəkətli et!) – desin. Çünki bu barədə Peyğəmbər –səllallahu aleyhi və səlləm- buyurmuşdur: «Kim qardaşında ona xoş təsir bağışlayan bir şey görsə, onun bərəkətli olması üçün xeyir-dua etsin!»
(Malik, 2/938, İbn Macə, 2/1160, Əhməd, 4/447)
3. Gözə gəlməsindən ehtiyat edən şəxs məziyyətlərini gizlətməlidir.
İkinci mərhələ. Gözə gəldikdən sonra nə etməli?
1. Gözü dəyən şəxsin kimliyi məlum olduqdan sonra ona dəstamaz aldırılır, sonra bu sudan gözəgələn şəxs qüsl almalıdır.(Əbu Davud, 4/9)
2. «əl-İxlas», «əl-Fələq», «ən-Nas» və «əl-Fatihə» surələrinin, «Kürsi» və «əl-Bəqərə» surəsinin son üç ayəsinin qiraəti, «Cadunun açılması» fəslinin ikinci mərhələsinin «V» bəndində də göstərildiyi kimi rüqyə barədə şəriətdəki mövcud duaların dil ucu tüpürmək və sağ əli ağrının üzərinə çəkməklə daha çox oxunmalıdır.
3. Suya oxuyaraq dil ucu tüpürməli, sonra xəstə bu sudan içməli və qalanını isə onun üzərinə tökməlidirlər.Yaxud zeytun yağına oxunmalı və o bədənə sürtülməlidir.
Əgər oxunulan su Zəm-zəm və ya yağış suyu olsa, onda müalicə daha mükəmməl şəkildə həyata keçirilmiş olar.
4. Qurandan müxtəlif ayələrin, o cümlədən «əl-İxlas», «əl-Fələq», «ən-Nas» və «əl-Fatihə» surələrini, «Kürsi» və «əl-Bəqərə» surəsinin son iki ayəsini, «Cadunun açılması» fəslinin ikinci mərhələsinin «b» və «v» bəndlərində də göstərildiyi kimi rüqyə barədə mövcud duaları yazıb suda yuduqdan sonra onun xəstəyə içirdilməsində heç bir qəbahət yoxdur.
Üçüncü mərhələ. Paxılın bəd nəzərinin qarşısının alınmasına səbəb olan əməllərin yerinə yetirilməsi üçün nə etməli?
1. Onun şərindən Allaha pənah aparmalı.
2. Hər cür qüsurlardan uzaq və uca olan Allahdan qorxmalı və Onun əmr və qadağalarına riayət etməlidir. Çünki Peyğəmbərimiz –səllallahu aleyhi və səlləm- bunu hədislərinin birində belə vurğulamışdır: «…Allahı qoru ki, O da səni qorusun…».
(Tirmizi, 2/309)
3. Paxılın əməllərinə səbr və dözüm göstərməli, onu bağışlamağı bacarmalı, onunla dalaşmamalı, ondan şikayətlənməməli və onun törətdiyi zərərləri barədə deyinməməlidir.
4. Allaha təvəkkül etməlidir. Kim Allaha təvəkkül etsə, Allah ona bəs edər.
5. Paxıldan qorxmamalı və ürəyini onun barəsində olan fikirlərlə doldurmamalıdır. Çünki bu ən xeyirli müalicə üsullardandır.
6. Hər cür qüsurlardan uzaq və uca olan Allahın hüzuruna qayıtmalı, ibadətini sırf Onun üçün etməli və Onun razılığını istəməlidir.
7. Günahlarından tövbə etməlidir, çünki günahlar düşmənlərin insanın üstünə qalxması ilə nəticələnir. Bu barədə Allah-taala buyurur: «Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların [etdiyiniz əməllərin] ucbatındandır!
(əş-Şura, 30)
8. İmkan daxilində sədəqə verməli və yaxşılıqlar etməlidir. Çünki belə əməllər bəlanın üz verməməsində, gözdəymənin təsirinin yox olmasında və paxılın şərinin qarşısının alınmasında möcüzəvi təsirə malikdir.
9. Paxılın, haqsızlıq edənin, əziyyət verənin alovunu yaxşılıqla söndürməli, hər dəfə sənə verdiyi əziyyətin, gətirdiyi şərin, etdiyi haqsızlıq və paxıllığın müqabilində ona yaxşılıq etməli, nəsihət verməli, ona qarşı şəfqət və mərhəmət göstərməlisən. Qeyd etmək lazımdır ki, Allah tərəfindən böyük payla mükafatlandırılan insanlardan başqa hər kəsdə bu cür alicənab bir keyfiyyəti müşahidə etmək olmur.
10. Allahın təkliyini digər şeylərdən təcrid etməklə tam şəkildə qəbul etməli və onu yalnız izni olmadan hər hansı bir şeyin nə zərər, nə də xeyir gətirə biləcəyi imkansız olan yenilməz qüvvət və hikmət sahibi Allaha aid etməlidir. Çünki tövhid bütün bu sifətləri özündə əks etdirir və bu səbəblər bütünlüklə tövhid kəlməsi adı altında vəhdət təşkil edir. Onu da qeyd etmək lazımdır ki, tövhid Allahın ən əzəmətli qalasıdır və kim bu qalaya daxil olsa, dinc və əmin-amanlıq içində olanlardan olar.
Bu on əməllə paxılın, bəd nəzəri olan adamın və cadukarın şəri dəf olunur.


Tarix: 17.04.2013 / 16:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 390 Bölmə: Maraqlı melumatlar
loading...