Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CADUNUN AÇILMASI

Cadu olunan insanın ilahi müalicəsi iki mərhələdən ibarətdir.
Birinci mərhələ. Cadunun təsirinin qarşısını almaq üçün nə etməli:
1. Bütün vacibətlərə əməl etməli, bütün haramlardan çəkinməli, o cümlədən pis əməllərdən tövbə etməlidir.
2. Qurani-Kərimin oxunuşunu artırmalı və bu məqsədlə də hər gün onun bir hissəsini (bir cüzünü – otuzda birini) oxumalıdır.

3. Şəriətdəki mövcud dua, sığınma və zikrlərlə müdafiə olunmalıdır. Bu zikrlərdən: səhər-axşam üç dəfə:
(( بِسْمِ اللهِ الَّذِي لاَ يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فيِ اْلأَرْضِ وَلاَ فيِ السَّمَاءِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ ))
«Bismi-l-ləhi-l-ləzi lə yədurru mə‘a ismihi şey‘un fi-l-ardı va lə fi-s-səmə‘i va huva-s-səmi‘u-l-alim» (Adı zikr edilərkən yerdə və göydə heç bir şeyin zərər verə bilməyəcəyi Allahın adıyla. O, həqiqətən, hər şeyi eşidən və hər şeyi biləndir) demək, hər namazın ardınca, yatarkən və səhər-axşam «Kürsi» ayəsinin qiraəti, səhər-axşam və yatarkən hər biri üç dəfə olmaqla «əl-İxlas», «əl-Fələq» və «ən-Nas» surələrini qiraəti, hər gün yüz dəfə:

(( لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ))
«Lə iləhə illə-l-lah vahdəhu lə şərikə ləh, ləhu-l-mulku, va ləhu-l-həmd, va huva alə kulli şey‘in qadir» (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O təkdir və şəriki yoxdur. Mülk və həmd yalnız Ona məxsusdur və O hər şeyə qadirdir) zikrinin deyilməsi, səhər-axşam zikirlərinə, namazdan sonrakı zikirlərə, həmçinin yatarkən və yuxudan oyanarkən edilən zikirlərə, evə girdikdə və oradan çıxdıqda edilən zikirlərə, miniyə mindikdə edilən zikrə, məscidə daxil olduqda və oradan çıxdıqda, ayaqyoluna daxil olduqda və oradan çıxdıqda edilən zikirlərə, bəla üz verdikdə və digər hallarda edilən dua və zikirlərə riayət olunmalıdır. Bu zikrlərin əksəriyyətini «Müsəlmanın qalası» adlı kitabçamda vəziyyət, məkan və zamana uyğun olaraq qeyd etmişəm. Şübhəsiz ki, bu zikr və dualara riayət olunması Allahın izni ilə cadu və gözdəymənin təsirinə, cinin insan bədəninə daxil olmasına maneçilik törədən amillərdəndir. Həmçinin bu zikirlər bu və ya digər bəlaların üz verməsindən sonra da onların müalicəsi üçün ən böyük dəvalardandır.
4. İmkan daxilində səhər-səhər acqarına yeddi ədəd xurma yeməlidir. Çünki Peyğəmbər –səllallahu aleyhi və səlləm- bu barədə belə demişdir: «Kim səhər-səhər Mədinənin ən yaxşı xurma növündən yeddi ədəd yesə, həmin gün ona nə zəhər, nə də cadu zərər gətirə bilməz». Daha yaxşı olardı ki, bu xurma Müslimin rəvayətində də qeyd olunduğu kimi Mədinənin iki dağı arasındakı xurmalarından olsun. Dahi din xadimi Şeyx Əbdüləziz bin Abdullah bin Bazın –Allah ona rəhmət eləsin- rəyinə görə Mədinənin bütün xurmalarında Peyğəmbərin –səllallahu aleyhi və səlləm- qeyd etdiyi bu əlamət mövcuddur: «Kim səhər-səhər Mədinənin iki dağı arasındakı acva xurmasından (xurma növü- red.) yeddi ədəd yesə, axşama qədər ona nə zəhər, nə də cadu zərər gətirə bilməz».İkinci mərhələ. Cadunun təsirindən sonra onun açılması aşağıdakı mərhələlərə uyğun olaraq həyata keçirilir.
Birinci növ. Cadunun qoyulduğu yeri şəriətə görə halal hesab olunan yollarla öyrənildikdən sonra onun oradan çıxarılması və məhv olunması həyata keçirilir. Bu cadu olunan şəxsin müalicə olunması üçün ən yaxşı müalicə üsuludur.
İkinci növ.
Şəri rüqyə
a) İki daş arasında və ya buna bənzər iki şeylə yaşıl sidr (şanagül) ağacının yeddi yarpağı döyülür, sonra döyülmüş yarpaqların üzərinə qüsl almaq üçün kifayət qədər su əlavə edilir və suya aşağıdakı ayələr (ərəb dilində- red.) oxunur:
أَعوذُ باللَّهِ مِنَ الشَّيطانِ الرَّجِيمِ
Rəhmətindən qovulmuş şeytandan Allaha sığınıram.
«Allahdan başqa heç bir tanrı yoxdur. [Zatı və kəmal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan] əbədi və əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, [hamısı] Onundur. Allahın izni olmadan [qiyamətdə] Onun yanında [hüzurunda] kim şəfaət [bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş] edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini [bütün olmuş və olacaq şeyləri] bilir. Onlar [yaranmışlar] Allahın elmindən Onun özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü [elmi, qüdrə və səltənəti] göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca və ən böyük varlıq da Odur!».(əl-Bəqərə, 255.)
«Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də [baxıb gördülər ki] əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu. [Sehrbazlar] orada məğlub edildilər və xar olaraq geri döndülər. Onlar [hamı birlikdə] səcdəyə qapanıb: “Biz aləmlərin Rəbbinə, Musanın və Harunun Rəbbinə iman gətirdik!” – dedilər».(əl-Əraf, 117-122.)
«Firon: “Nə qədər bilikli sehrbaz varsa, gətirin!” – dedi. Sehrbazlar gəldikdə Musa: “Nə atacaqsınızsa, atın [istədiyiniz əsaları və kəndirləri yerə atın!]” – dedi. Onlar [əllərindəkini yerə] atdıqda Musa dedi: “Sizin etdiyiniz [gətirdiyiniz] hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz! Günahkarlar istəməsələr də, Allah sözləri [əmr və hökmləri] ilə haqqı gerçəkləşdirəcək [bərqərar edəcəkdir]!”»(Yunus, 79-82.)
«Onlar dedilər: “Ya Musa! [Özün seç]. Ya sən [əvvəlcə əsanı yerə] tulla, ya da biz birinci tullayaq! Musa dedi: “Xeyr, [əvvəlcə] siz tullayın!” [Onlar əllərindəki ipləri və dəyənəkləri yerə atan kimi] Musaya elə gəldi ki, onların sehri nəticəsində kəndirləri hərəkətə gəlib sürünür. Musanın canına qorxu düşdü. [O qorxdu ki, camaat sehrlə möcüzə arasına fərq qoya bilməyib iman gətirməsin]. Biz ona belə buyurduq: “Qorxma, sən mütləq üstün gələcəksən! Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını [bütün kəndirləri və dəyənəkləri bir anda] udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən [əfsundan] başqa bir şey deyildir. Sehrbaz isə, harada olursa olsun, mətləbinə çatmaz!” [Musa əsasını yerə atan kimi o bir əcdahaya dönüb sehrbazların iplərini, kəndirlərini və dəyənəklərini yerli-dibli uddu]. Nəhayət, sehrbazlar: “Biz Harunun və Musanın Rəbbinə [Rəbbülaləminə] iman gətirdik!” – deyib səcdəyə qapandılar».(Taha, 65-70.)
Ya Peyğəmbər! Sənə – bir il sən bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək – deyən müşriklərə] de ki: “Ey kafirlər! Mən sizin ibadət etdiyiniz bütlərə ibadət etmərəm! Siz də mənim ibadət etdiyim Allaha ibadət etməzsiniz! Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm! Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin öz dininiz var, mənim də öz dinim!”».(əl-Kafirun, 1-6.)
«[Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə] de ki: “[Mənim Rəbbim olan] O Allah birdir [Heç bir şəriki yoxdur];
Allah [heç kəsə heç nəyə] möhtac deyildir! [Hamı Ona möhtacdır; O əzəli və əbədidir!]
O, nə doğmuş, nə də doğulmuşdur! [Allah özünə heç bir övlad götürməmişdir!]
Onun heç bir tayı-bərabəri bənzəri də yoxdur!”».(əl-İxlas, 1-4.)
«[Ya Peyğəmbər!] De ki: “Pənah aparıram sübhün Rəbbinə!
Yaratdıqlarının [insanların, cinlərin, vəhşi heyvanların] şərindən;”
Zülmətə bürünməkdə olan gecənin [və ya batan ayın, ziyası sönən ulduzların] şərindən;
[Ovsun oxuyub] düyünlərə üfürən [yaxud cadu edib iplərə düyün vuran] qadınların şərindən;
Və bir də paxılın şərindən!”».(əl-Fələq, 1-5.)
«[Ya Peyğəmbər!] De ki: “Pənah aparıram insanların Rəbbinə;
İnsanların ixtiyar sahibinə;
İnsanların tanrısına;
Vəsvəsə verən, [Allahın adı çəkiləndə isə qorxusundan] qaçıb gizlənən Şeytanın şərindən –
O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
[O Şeytan ki] cinlərdən də olur, insanlardan da!”»(ən-Nas, 1-6.)
Ayələrin suya oxunuşundan sonra üç dəfə bu sudan içilir, qalanı ilə isə qüsl alınır. Bununla da inşaallah dərd aradan qalxır. Əgər bu prosesin iki dəfə və ya daha çox təkrarına ehtiyac duyulsa, xəstəlik sağalana kimi bunu etməkdə heç bir qəbahət yoxdur. Artıq bu üsul dəfələrlə təcrübədən keçmiş və Allah-taala bununla fayda vermişdir. Xüsusilə bu üsul qadını ilə yaxınlıq edə bilməyən kişilərin müalicəsi üçün daha məqsədəuyğundur.
b) «əl-Fatihə» surəsi, «Kürsi» və «əl-Bəqərə» surəsinin son iki ayəsi, «əl-İxlas», «əl-Fələq» və «ən-Nas» surələrinin hər biri dil ucu yüngülcə tüpürmək və sağ əli ağrının üzərinə çəkməklə üç dəfə və ya daha çox oxunmalıdır.
v) Sığınmalar, rüqyə və bütün dualar:
1. Yeddi dəfə:
(( أَسْأَلُ اللهَ الْعَظِيمَ رَبَّ الْعَرْشِ الْعَظِيمِ أَنْ يَشْفِيَكَ ))
«Əs‘əlu-l-lahə-l-azım rabbə-l-arşi-l-azım ən yəşfiyəkə» (Əzəmətli ərşin Rəbbi, əzəmətli Allahdan sənə şəfa diləyirəm!).

2. Xəstə əlini ağrısı olan əzanın üstünə qoyub üç dəfə:
«Bismil-ləh» (Allahın adı ilə), yeddi dəfə isə:
(( أعُوذُ بِاللهِ وَقُدرَتِهِ مِنْ شَرِّ مَا أجِدُ وأُحَاذِرُ ))
«Ə‘uzu bil-ləhi va qudratihi min şərri mə əcidu va uhaziru» (Hiss etdiyim və qorxduğum [ehtiyat etdiyim] ağrının şərindən Allaha və Onun qüdrətinə pənah aparıram) – zikrini oxumalıdır.

3-(( اللَّهَُمَّ رَبَّ النَّسِ أذْهِبِ الْبأْسَ وَاشْفِ أَنْتَ الشَّافِى لاَ شِفَاءَ إلأَ شِفَاؤُكَ شِفَاءً لا يُغَادِرُ سَقَماً ))
- «Allahummə rabbən-nəsi əzhibil-bə'sə vaşfi əntəş-şəfi lə şifəə illə şifəukə şifəən lə yuğədiru səqamən» (Ey Allahım, ey insanların Rəbbi! İztirabı apar, şəfa ver! Sənsən şəfa verən! Sənin bəxş etdiyin şəfadan başqa şəfa yoxdur və o elə bir şəfadır ki, heç bir xəstəliyi yaxına buraxmaz!).

4- (( أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّمَّاتِ مِنْ كُلِّ شَيْطَانٍ وَهَامَّةٍ وَ مِنْ كُلِّ عَيْنٍ لاَمَّةٍ ))
«Ə‘uzu bikəlimətil-ləhi ət-təmməti min kulli şeytanin va həmmətin va min kulli aynin ləmməh» (Hər bir şeytan və həşəratdan və hər bəd nəzərdən Allahın mükəmməl və nöqsansız kəlimələrinə sığınıram).

5-(( أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّمَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ ))
«Ə‘uzu bikəlimətil-ləhi ət-təmməti min şərri mə xaləq» (Yaratdıqlarının şərindən Allahın mükəmməl və nöqsansız kəlimələrinə sığınıram).

6-(( أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّمَّاتِ مِنْ غَدَبِهِ وَ عِقَابِهِ وَ شَرِّ عِبَدِهِ وَ مِنْ هَمَزاَتِ الشَّيَاطِينِ وَ أَنْ يَحْضُرُونْ ))
«Ə‘uzu bikəlimətil-ləhi ət-təmməti min ğadabihi va iqabihi va şərri ibədihi va min həməzətiş-şəyatini va ən yəhdurun» (Allahın qəzəbindən, cəzasından, bəndələrinin şərindən, şeytanın vəsvəsələrindən və onların məni pisliyə bulaşdırmasından Allahın mükəmməl və nöqsansız kəlimələrinə sığınıram).

7- (( أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّمَّاتِ الِّتِي لاَ يُجَاوِزُهُنُّ بَرٌّ وَ لاَ فَاجِرٌ مِنْ شَرِّ مَا خَلَقَ, وَ بَرَأَ وَ ذَرَأَ, وَ مِنْ شَرِّ مَا يَنْزِلُ مِنْ السَّمَاءِ, وَ مِنْ شَرِّ مَا يَعْرُجُ فِيهَا, وَ مِنْ شَرِّ مَا ذَرَأَ فِي الأَرْضِ, وَ مِنْ شَرِّ مَا يَخْرُجُ مِنْهَا, وَ مِنْ شَرِّ فِتَنِ اللَّيْلِ وَ النَّهَارِ, وَ مِنْ شَرِّ كُلِّ طَارِقٍ الأَ طَارِقاً يَطْرُقُ بِخَيْرٍ يَا رَحْمَنُ ))
«Ə‘uzu bikəlimətil-ləhi ət-təmməti əlləti lə yucəvizuhunnu bərrun va lə fəcirun min şərri mə mə xaləqə, va bərə-ə va zərə-ə, va min şərri mə yənzilu minəs-səməi, min şərri mə yə'rucu fihə, va min şərri mə zərə-ə fil-ardı, va min şərri mə yəxrucu minhə, və min şərri fitənil-leyli van-nəhəri, va min şərri kulli tariqin illə tariqən yətruqu bixeyrin yə rahmən» (Ey rəhmli olan Allah! Allahın yaratdıqlarının, yoxdan var edib yaratdıqlarının, göydən nazil olanların və göyə ucalanların, yerə əkdiklərinin və yerdən çıxanların, gecənin və gündüzün fitnələrinin, xeyirlə qapını döyənlərdən başqa bütün qapı döyənlərin şərindən yaxşı və pisin kənarına çıxa bilməyəcəyi Allahın mükəmməl və nöqsansız kəlimələrinə sığınıram).

8-(( اللَّهُمَّ رَبَّ السَّمَوَاتِ السَّبْعِ وَرَبَّ الْعَرْشِ الْعَظِيمِ، رَبَّنَا وَرَبَّ كُلِّ شَيْءٍ، فَالِقَ الْحَبِّ وَالنَّوَى، وَمُنْزِلَ التَّوْرَاةِ وَاْلإِنْجِيلِ وَالْفُرْقَانِ: أَعُوذُ بِكَ مِنْ شَرِّ كُلِّ شَيْءٍ أَنْتَ آخِذٌ بِنَاصِيَتِهِ. اللَّهُمَّ أَنْتَ اْلأَوَّلُ فَلَيْسَ قَبْلَكَ شَيْءٌ، وَأَنْتَ اْلآخِرُ فَلَيْسَ بَعْدَكَ شَيْءٌ، وَأَنْتَ الظَّاهِرُ فَلَيْسَ فَوْقَكَ شَيْءٌ، وَأَنْتَ الْبَاطِنُ فَلَيْسَ دُونَكَ شَيْءٌ، اقْضِ عَنَّا الدَّيْنَ وَأَغْنِنَا مِنَ الْفَقْرِ ))
«Allahummə rabbə-s-səməvati-s-səb‘i va rabbə-l-arşi-l-azım, rabbənə və rabbə kulli şey‘in, fəliqa-l-habbi va-n-nəva, va munzilə-t-taurati va-l-incil, va-l-furqan: ə‘uzu bikə min şərri kulli şey‘in əntə əxizun binəsıyətihi. Allahummə əntə-l-avvalu fəleysə qabləkə şey‘un va əntə-l-əxiru fəleysə bə‘dəkə şey‘un, va əntə zahiru fəleysə fauqəkə şey‘un, va əntə-l-batınu fəleysə dunəkə şey‘un aqdı annə-d-deynə və əğninə minə-l-faqrı» (Yeddi qat göyün, əzəmətli ərşin Rəbbi olan Allahım! Bizim və hər şeyin Rəbbi olan, dənəni və toxumu yaran, Tövratı, İncili və Quranı nazil edən Rəbbimiz! Kəklindən tutduğun (alnıma yazılan- red.) hər şeyin (Hər şey Sənin mülkiyyətindədir və onu istədiyin kimi istifadə edirsən) şərindən Sənə pənah aparıram. Əvvəl də Sənsən, Səndən qabaq heç bir şey yoxdur. Axır da Sənsən, Səndən sonra heç bir şey yoxdur. Zahir də Sənsən, Səndən yuxarıda heç bir şey yoxdur. Batin də Sənsən, Sənsiz heç nə yoxdur. Bizi borclu olmaqdan xilas et və kasıbçılıqdan çıxarıb zənginləşdir!)

9-(( بِسْمِ اللهِ أَرْقِيكَ مِنْ كُلِّ شَيْءٍ يُؤْذِ يكَ وَ مِنْ شَرِّ كُلِّ نَفْسٍ أوْ عَيْنٍ حَاسِدٍ اللَّهُ يَشْفِيكَ بِسْمِ اللهِ أَرْقِيكَ ))
«Bismil-ləhi ərqikə min kulli şeyin yu'zikə va min şərri kulli nəfsin av aynin hasidin. Allahu yəşfikə. Bismil-ləhi ərqikə» (Sənə zərəri toxuna biləcək hər bir şeydən, hər bir nəfsin şərindən və paxılın bəd nəzərindən, Allahın adı ilə səni rüqyə edirəm. Allah sənə şəfa versin! Allahın adı ilə səni rüqyə edirəm).

10-((بِسْمِ اللهِ يُبْرِكَ وَ مِنْ كُلِّ دَاءٍ يَشْفِيكَ وَ مِنْ شَرِّ حَا سِدٍ إِ ذَا حَسَدَ وَ مِنْ شَرِّ كُلِّ ذِي عَيْنٍ ))
«Bismil-ləhi yubrikə va min kulli dəin yəşfikə va min şərri hasidin izə hasədə va min şərri kulli zi-aynin» (Allahın adı ilə! Allah sənə şəfa versin. Hər bir bəladan, həsəd aparanın və bəd nəzəri olan hər bir kəsin şərindən sənə şəfa versin).

11-(( بِسْمِ اللهِ أَرْقِيكَ مِنْ كُلِّ شَيْءٍ يُؤْذِ يكَ مِنْ حَسَدِ حَاسِدٍ وَ مِنْ كُلِّ ذِي عَيْنٍِ اللَّهُ يَشْفِكَ ))
- «Bismil-ləhi ərqikə min kulli şeyin yu'zikə min hasidin va min kulli zi-aynin. Allahu yəşfik» (Sənə zərəri toxuna biləcək hər bir şeydən, paxılın həsədindən və bəd nəzəri olan hər kəsdən Allahın adı ilə səni rüqyə edirəm. Allah sənə şəfa versin!).

Bu sığınmalar, dua və zikrlər vasitəsilə cadu, gözdəymə, cinin toxunması və bütün xəstəliklər müalicə olunur. Həqiqətən bu Allahın izni ilə bütöv və xeyirli bir müalicə üsuludur [rüqyədir].
Üçüncü növ. Əgər mümkündürsə, cadunun əlamətinin üzə çıxdığı əzadan, yaxud yerdən qan alınmalıdır. Əks halda isə Allaha şükürlər olsun ki, yuxarıda qeyd olunan dualarla müalicə etmək kifayətdir.
Dördüncü növ. Təbii dərmanlar. Qurani-Kərim və pak Sünnənin göstərdiyi elə təbii xeyirli dərmanlar vardır ki, əgər insan yəqinlik, sidq ürək və xeyrin Allahdan olmasına etiqad edərək bunlardan istifadə etsə, inşaallah Allah onun bu işini xeyirlə nəticələndirər. Həmçinin təbii dərmanlarla yanaşı otlardan və bu kimi müxtəlif bitkilərdən hazırlanmış qarışıq dəvalar da vardır ki, bunların müalicədə istifadə olunması təcrübəyə əsaslanır. Əgər bu dəvalar haram buyurulmayıbsa, şəri cəhətdən onların istifadə olunmasında heç bir qəbahət yoxdur. Təbii xeyirli dərmanlara aşağıdakıları misal göstərmək olar: bal, qaraçörəkotu (qara zirə), Zəm-zəm suyu, Allah-taalanın buyurduğu kimi:
«Biz göydən bərəkətli su endirdik…» – yağış və zeytun yağı. Çünki zeytun barədə Peyğəmbər –səllallahu aleyhi və səlləm- buyurmuşdur: «Onu yeyin və yağını bədəninizə sürtün, çünki o, mübarək bir ağacdandır». Təcrübədən, istifadəsindən və elmi-nöqteyi nəzərdən belə məlum olur ki, zeytun yağı ən əfzəl yağdır. Yuyunmaq, təmizlənmək və ətirlənmək də təbii müalicəvi əhəmiyyətə malikdir.


Tarix: 17.04.2013 / 16:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1224 Bölmə: Maraqlı melumatlar
loading...