Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimizin sözləri

Ağılca ən mükəmməliniz, Allahdan ən çox qorxanınızdır.
* * *
Qəlblərinizi az gülmək və az yeməklə əhya edin, aclıqla təmizləyin ki yumşaq və parlasın.
* * *

Çox gülməyin, çünki çox gülmək ürəyi öldürər.
* * *
Qiyamət günü Cənnətə ilk çağırılacaq, varlıqda da darlıqda da Allaha çox həmd edənlərdir.
* * *
Qiyamət günündə ilk hesablaşacaq kəslər, qonşulardır.
* * *
Qiyamət günündə Adəmoğlu, bu beş şeylərdən sorğuya çəkilmədikcə yerindən ayrılmaz:
Ömrünü harada və nə surətlə xərclədiyindən,
Etdiyi işləri nə məqsədlə etdiyindən,
Malını haradan qazandığından və haralara sərf etdiyindən,
Bədənini, səhhətini harada və nə surətlə köhnəltdiyindən.
* * *
Bütün insanlar günah işlər, lakin günah işləyənlərin ən xeyirlisi, tövbə edənlərdir.
* * *
Müsəlmanların dərdini dərd etməyən onlardan deyil.
* * *
Adam haqsız olaraq bir şeyə lənət etsə, o lənət özünə dönər.
* * *
Dünyanın bəla və fitnədən başqa heç bir şeyi qalmadı.
* * *
Qurban kəsin. Onunla nəfsi təmizləyin. Bir kimsə, günündə qurbanını alır, qibləyə yatırırsa, onun buynuzu, əksinə, qanı, tükü və hər zərrəsi Qiyamət Günü o kimsə üçün hazır olar. Yerə düşən qan, Alahın mühafizəsinə düşmüş olar. Az sərf edin, çox mükafat alın.
* * *
Sənə hər nə yaxşılıq üz versə Allahdandır. Sənə hər nə pislik gəlirsə, o da öz qüsurun səbəbiylədir.
* * *
Heç bir fərz namazı qəsdən tərk etmə. Kim namazı qəsdən tərk etsə, ilahi qoruma və təminatdann məhrum qalar.
* * *
Kim, insanların ürəyini çəkmək üçün kəlamın istifadəsini öyrənsə, Allah Qiyamət günü, ondan nə fərz nə nafilə heç bir ibadətini qəbul etməz!
* * *
Dostunu zaman zaman ziyarət et ki sevgin artsın.
* * *
Nemətləriylə sizi bəslədiyi üçün Allahı sevin. Məni də Allah sevgisi üçün sevin. Əhli-beytimdən də mənim sevgim üçün sevin.
* * *
Fitnədən qaçının! Çünki o əsnada dil, (təsir baxımından) qılınc zərbəsi kimidir.
* * *
Ədəbsizlik və çirkin söz girdiyi şeyi çirkinləşdirir. Həya isə girdiyin şeyi gözəlləşdirər.
* * *
Kim hər gün fərzlər xaricində on iki rükət (nafilə) qılarsa Allah onun üçün cənnətdə mütləq bir ev inşa edər.
* * *
Sən bir camaata ağıllarının etməyəcəyi bir şey söyləsən mütləq bu, bir qisiminə fitnə olar.
* * *
Şeir vardır ki, hikmətdir. Bəyan vardır ki, sehrdir.
* * *
Qulun dili doğru olmadıqca ürəyi doğru olmaz. Ürəyi doğru olmadıqca da imanı doğru olmaz.
* * *
Cəhənnəmi əhatə edən surun dörd (ayrı) divarı vardır. Hər divarın qalınlığı qırx illik getmə məsafəsi qədərdir.
* * *
Dua rəhmətin, dəstəmaz namazın, namaz Cənnətin açarıdır.
* * *
Möminin niyyəti, əməlindən xeyirlidir.
* * *
Ümmətimdən bir qrup insan Quranı şübhəsiz surətdə oxuyacaq. Ancaq bunlar, oxun ovu sürətlə deşib keçdiyi kimi dindən çıxacaqlar.


Tarix: 05.06.2013 / 21:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Maraqlı melumatlar
loading...