HAQQ LÜĞƏTDƏ
"Haqq" sözünün lüğətdə bir neçə mənası var. Onların ən mühümlərinə işarə edirik:
Rağib İsfahani yazır: Haqq, əslində uyğun olmaq və müvafiq olmaqlığa deyilir. Görürük ki, bu uyğunluq və həmahənglik ən çox "haqq" kəlməsində işlədilir. O cümlədən:
1. «Haqq», Allah və yaradan mənasındadır. Çünki, yaranmışları öz hikmətinə uyğun yaratmışdır.Yunus 32
2. «Haqq», yaranmış mənasında. «Çünki, yaranmışlar Onun hikmətinə uyğun yaranmışlar.» Yunus 5
3. «Haqq», - əsl həqiqətlə uyğun olan mənasında. Bəqərə 213
4. «Haqq», - olan və olmalı şeylə uyğun və düzgün olan söz mənasında. Yasin 7
Bəzi alimlər və lüğət əhli mötəqiddirlər, o yerlərdə ki, haqq kəlməsi işlənib onların mənalarını araşdırdıqdan sonra belə nəticəyə gəlmək olur ki, "haqq" əslində, "sabit olmaq" mənasını daşıyır. Amma, qalan başqa mənalarının nəticəsi sabit olmağa gəlib çıxır.
Beləliklə, "haqq" istər həqiqi olsun, istərsə də nisbi, bir işin sabit olunmasından ibarətdir. Bəs Allaha "haqq"deyirik çünki, sabit və həqiqidir. Qurana haqq deyirik çünki, Allah tərəfindən olması sabitdir. Həqiqi və sabit olan hər bir işə haqq deyirik. Ədalətə haqq deyirik çünki, hər şeyin sabit olması və qalmasının əsli ədalətdir. Həqiqi və sabit olmasına görə İslama da haqq deyirik.
«Haqq», bəzən müəyyən bir şəxsin mülkünə və faydasına da deyilir. Bu da həmçinin, onun qanun vasitəsilə həmin şəxsin barəsində mötəbər və sabit olmasına görədir. «Batil» sözü də "haqq" kəlməsinin müxtəlif mənaları müqabilində onun ziddinə münasib şəkildə qərar tutmuşdur.
HAQQIN MƏNASI
"Haqq" sözü ərəbcədən, məsdər (kök) mənasında işlənməsi ilə yanaşı, Qurani-Kərimdə müxtəlif mövzularda işlədilmişdir:
«Onlar bilirlər ki, Allah aşkar haqqdır.» Nur 25
Həmçinin, Allah-taalanın işi mənasında işlənilib:
«Göyləri və yeri haqq olaraq yaradan Odur.» Ənam 73
Başqa bir yerdə, Allahın dini mənasında gəlir:
«Peyğəmbərini hidayətlə [Quranla] və haqq dinlə göndərən Odur!» Fəth 28
Allah vədəsində də işlənmişdir:
«O ki deyilmiş oldu Allahın vədi haqdır.» Casiyə 32
Bundan əlavə, "haqq" sözü "vəhy" mənasında da işlənib:
«Sənə kitabdan vəhy etdiyimiz haqdır.» Fatir 31
Qissələr mənasında da işlənmişdir:
«Həqiqətən, bu Quran və zikr olunanlar haqq qissələrdir.» Ali Imran 62
Nəhayət, haqq sözü, hökm mənasında da işlənmişdir:
«Bəs insanlar arasında haqla hökm et.» Sad 26
Bunlardan əlavə, "haqq" sözü Quranda xüsusi və etibari mənalarda da işlənmişdir. Bu da insanla başqa şeylər arasında rabitəyə işarə olunur. Belə halda bəzən mütləq işlənilir:
«Öz qohum-əqrəbana haqlarını əta et!» Rum 38
Bəzən mənfəət mənasında gəlir:
«Və mallarında saillər və mərhumlardan ötrü haqq vardır.» Zariyat 19
Tarix: 03.06.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 112 Bölmə: Maraqlı melumatlar