Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaxşı vaxtda dua etmək lazımdır

Peyğəmbər buyurdu:
-Dua etmək üçün ən yaxşı vaxt səhərdir.Günəş çıxmazdan əvvəl,zöhrdən sonra,günəş batandan sonra dua vaxtıdır.
İmam Baqir(ə) buyurur: -İblis öz qoşunlarını günəş batan zaman pərakəndə edər.Bu zaman siz ALLAHA zikr edin,şeytanın şərrindən ALLAHA pənah edin,uşaqlarınızı ona tapşırın.
İmam Sadiq(ə) buyurur:
-İnsanın üzünə açılan səhər hər gün ona deyir: -Ey Adəm övladı mən yeni günəm,bu gün xeyirli söz de,xeyirli iş gör.Qiyamətdə sənə şahid olaram.Çünki bir daha məni görməyəcəksən.
Gecə olanda Həzrət Əli buyurardı: -Salam ey yeni gecə...Sonra o,ALLAHA zikr edər və deyərdi 4 vaxtda dua etməyi qənimət bilin: 1)Quran oxunanda 2)Azan veriləndə 3)Yağış yağanda 4) 2 ordu şəhadət üçün üzbəüz olanda.
ALLAH Musa peyğəmbərə vəhy etdi: -Ey İmran oğlu! Yalan deyir o kəs ki,məni dost tutduğunu deyir,lakin gecələr yatır.Məgər elə deyilki,dost öz dostunu xəlvətdə istər.Agah ol mən öz dostlarımı tanıyıram.Onların gecə ikən gözləri və ürəkləri açıq olar.Mənim mükafatım onların gözləri önündə olur...
Dua 4 yerdə qəbul olar: -1)Vitr namazında 2)Fəcrdən sonra 3)Zöhrdən sonra 4)Şamdan sonra.
Gecənin axırında fəcr olarkən 2 mələk nida edər: -Tövbə edən varmı ona əta olunsun? Günahın bağışlanmasını istəyən varmı ki,bağışlansın?...Peyğəmbər(s) buyurar: -Gecənin axırı çatanda ALLAH buyurar: -Dua edən vardırmı ona cavab verim?
ALLAH dua edən mömin bəndəsini çox sevir.Fəcrdən günəş çıxana qədər dua edin ki,o zaman səma qapıları açılar,ruzilər bölünər,böyük hacətlər yerinə yetər.


ALLAH dualarınızı qəbul etsin!


Tarix: 03.06.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqlı melumatlar
loading...