Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İKİ QEYBİ XƏBƏR

İmam Sadiq(ə) buyurur: Camat atamın yanına gəlib soruşdular: İmamətin həddi və hüdudu nə miqdardadır?
İmam buyurdu: Çox böyükdür. Onun yanına daxil olanda ona böyük gözlə baxın, dediklərinə iman gətirin. Sizi hidayət etmək İmamın boynundadır. İmamın bir xisləti var ki, onun yanına bir kəs gəlsə, onun böyüklüyü və heybətinə xatir heç kəs öz gözlərini ona bazmaqla doydura bilməz. Çünki, peyğəmbər də belə idi. İmam da bu cürdür.
Sual etdilər: İmam öz şiələrini tanıya bilər?
İmam(ə): Bəli.
-Biz sizin şiənizik?
-Bəli, siz hamınız mənim şiələrimsiniz.
-Şiə olmağımızın əlaməti nədir?
-Sizin, atanızın, qəbilənizin adın deyim?
-Bəli.
İmam onların, atalarının və qəbilələrinin adını onlara dedi. Onlarda qəbul etdilər.
O zaman İmam(ə) buyurdu: Sizə deyərəm mənə nə sualınız var. Sizin sualınız Allah-təalanın bu sözü barəsindədir ki, belə buyurur:
«Pak bir ağac kimi ki, kökləri möhkəm və sabitdir, budaqları isə göydədir.»
Biz sahib olduğumuz elmlərdən şiələrimizin hər birinə veririk.
İmam sonra buyurdu: Qane oldunuz?
Cavab verdilər: Biz bundan azınada qane olardıq.


Tarix: 03.06.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 50 Bölmə: Maraqlı melumatlar
loading...