Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağın yeddinci günündə sünnət olunması

+Bu barədə Bəğavi belə deyir: “Həsən əl-Bəsridən kiçik uşağın yeddinci günündə sünnət edilib, edilməməsinə dair sual soruşuldu. O da yəhudilərə müxalif olsun deyə bunu bəyənmədiyini bildirdi” (Şərh əs-Sünnə, XII, 111-də bu şəkildə sənədsiz olaraq).

İmam Əhmədin oğlu Əbul Fəzl Saleh, atası Əhməd bin Hənbələ “Uşaq yeddinci günündə sünnət edilə bilərmi?” deyə soruşduqda, Əhməd ibn Hənbəl: “Həsən əl-Bəsri: “Bu iş yəhudi işidir” dediyi rəvayət edilir” şəklində cavab verdi. Vəhb b. Münəbbihdən bu barədə soruşulduqda belə cavab verdi: “Uşaq üçün məşəqqətsiz olduğundan, yeddinci gündə sünnət edilməsi müstəhəbdir. Çünki uşaq bütün bədəni key bir halda doğular və yeddinci gününə qədər ağrını hiss etməz. Bu zaman ərzində sünnət edilməzsə güclənənə qədər sünnəti təxirə salın” (Məsailu'l-İmam Əhməd b. Hənbəl, s. 179, Nömrə: 617; İbnul-Qeyyum, Tuhfətu'l-Mövdud, s. 348).


Əbu Bəkr əl-Həllalın Kitabul-Əqiqə adlı əsərində yazdığına görə Əhməd bin Hənbəl belə demişdir: “Həsən əl-Bəsri, uşağın yeddinci gündə sünnət edilməsini kərih (pis, bəyənlməyən) görürdü. Çünki, bu qədim bir adətdir. Yeddinci gündə də sünnət edilsə qorxusu olmaz. Yeddinci gündə sünnət olunmaqda heç bir problem yoxdur. Həsən əl-Bəsri bunu ancaq yəhudilərə bənzəməməsi üçün yaxşı görməmşdir. Bunda isə bir problem yoxdur” (Baxın, Əbu Yəla, Təbaqatul-Hənəbilə, II, 149; İbnul-Qeyyum, Tuhfətul-Mövdud, s. 347, 348; Zadul-Məad, II, 333).

İbn Abdilbərr isə belə demişdir: “Alimlərdən bir birlik yeddinci gündə sünnət etməyi məkruh görmüşdür. Həsən əl-Bəsridən rəvayət edildiyinə görə o belə demişdir: “Yeddinci gündə sünnəti yəhudilərə müxalif olsun deyə məkruh görürəm” (ət-Təmhid, VIII, 395).

İbnul-Munzir, sünnətin vaxtını zikr edərkən belə deyir: “Fəqihlər, sünnətin vaxtı barəsində ixtilaf etmişdir. Həsən əl-Bəsri və Malik bin Ənəsin də içində olduğu bir qrup alim, yəhudilərə müxalif çıxmaq məqsədiylə uşağın, yeddinci günündə sünnət edilməsini yaxşı görməmişlər. Süfyan əs-Sevri, bunun əhəmiyyətli olduğunu söyləmiş, İmam Malik də doğru olan yəhudilərə müxalif çıxmaqdır, demişdir. Türkiyədə uşağın süd dişləri töküldüyü vaxt sünnət edilir. Azərbaycanda isə müxtəlif yaş dövrlərində uşağı sünnət edirlər. Bu həm də rayonlara görə və bəzi adətlərə də görə fərqlilik daşıyır (Buxarinin rəvayətinə görə İbn Abbasdan (Allah ondan razı olsun) “Rəsulullah (sallallahu əleyhi və səlləm) vəfat etdiyində sən neçə yaşlarında idin?” deyə soruşulduqda belə cavab verdi: “Mən o zamanlar sünnət olunmuş bir uşaq idim. Səhabələr, özünü dərk edənə (ağıl yetkin olana) qədər uşaqlarını sünnət etməzdilər” (İsti'zan, 51, Nömrə: 6299, 6300). İbnul-Qeyyumdan nəql edildiyinə görə siyər (peyğəmbərlərin həyat yolu) və nəql (hədis) alimlərinin əksəriyyətinə görə Peyğəmbər (sallallahu əleyhi və səlləmin) vəfatı əsnasında İbn Abbas (Allah onların hər ikisindən razı olsun) on üç yaşında idi (Baxın, Tuhfətul-Mövdud, s. 344-345, İbn Abdulbərr, ət-Təmhid, VIII, 394)). Əhməd bin Hənbəl bu barədə bir şey eşitmədim, demişdir ( Leys bin Səd uşaq yeddi və on yaşları arasında sünnət edilər, demişdir (Baxın, İbn Abdulbərr, ət-Təmhid, VIII, 394). Məkhul və ya digərlərindən rəvayət edildiyinə görə İbrahim Xəlul ər-Rəhman, oğlu İshaqı yeddinci gündə, digər oğlu İsmayılı on üç yaşında sünnət etmişdir. Əbu Cəfərdən rəvayət edildiyinə görə “Fatimə (Allah ondan razı olsun) uşağını yeddinci gündə sünnət etdirmişdir” (Baxın, İbn Abdulbərr, ət-Təmhid, VIII, 394). İbnul-Munzir bütün bu deyilənləri qeyd etdikdən sonra sözlərinə belə davam edir: “Bu barədə nə sabit bir qadağa, nə də sünnət etmə barəsində özünə müraciət ediləcək bir xəbər, nə də əməl ediləcək bir sünnə (yol, əməl) vardır. Əşyada əsl olan mübahlıqdır. Bir şeyi qadağan etmək, ancaq bir dəlil ilə caiz olar. Bəziləri uşağın yeddinci gündə sünnət edilməsini qadağan etsələr də biz bu barədə bir dəlil bilmirik” (Baxın, Nəvəvi, əl-Məcmu' Şərhu'l-Muhəzzəb, I, 308-309; İbnul-Qeyyum, Tuhfətul-Mövdud, s. 348-350).

İbn əl-Qeyyum uşağın yeddinci günü sünnət edilməsi məsələsi haqqında bu məlumatları verməkdədir: “Bu mövzuda iki ayrı görüş vardır. İkisi də İmam Əhməddən rəvayət edilmişdir: Həllal “Uşağın Sünnət edilməsi” babında belə deyir: "Əbdülməlik bin Əbdulhəmid, Əhməd b. Hənbələ uşaq neçənci gün sünnət edilir?” deyə soruşduqda “Bilmirəm, bu barədə bir şey eşitməmişəm” demişdir. Əbdülməlik deyir ki: “On yaşındakı uşağa sünnət olmaq çətin gələr, buna dözə bilməz” deyərək Məhəmmədin iki oğulunu beş yaşında sünnət etdiyini zikr etdim və Əhməd b. Hənbəlin də buna tərəfdar olduğunu, uşaq üçün məşəqqətli və dözməsi çətin olduğu üçün, on yaşında sünnət edilməsini kerih gördüyünü müşahidə etdim. Sonra Əhməd b. Hənbəl mənə “Körpə uşağa sünnətin çətin və ağır gələcəyini zənn etmirəm” dedi. Bir aylıq və ya bir illik uşağın sünnət edilməsini yaxşı qarşılamadığını gördüm. Bu barədə bir söz də demədi. Yalnız bu yaşdakı uşağın sünnət edilməsinin ona necə əziyyət verəcəyinə təəcüblənirdi”. Abduməlik davamla belə deyir: “Əhməd bin Hənbəldən eşitdim, deyirdi ki: Həsən əl-Bəsri, uşağın yeddinci gündə sünnət edilməsini yaxşı görməzdi”. Məhəmməd bin Əli əl-Mismar, Mühənnadan rəvayət edir, Mühanna demişdir ki: “Əhməd bin Hənbələ uşağını doğumunun yeddinci günündə sünnət edən adam haqqında soruşdum, o da bunun məkruh (bəyənilməyən) və yəhudi işi olduğunu söylədi”. Əhməd bin Hənbəl mənə “Həsən əl-Bəsri, uşağın yeddinci gündə sünnət edilməsini yaxşı görməzdi” dedi. Mən “Bunu Həsən əl-Bəsridən kim rəvayət etdi? deyə soruşduqda: “Bəzi Bəsrəlilər” deyə cavab verdi. Əhməd bin Hənbəl mənə dedi ki: “Mənə çatan rəvayətə görə Süfyan bin Uyeynə, Süfyan əs-Sevriyə uşağın doğumundan sonra neçənci günündə sünnət ediləcəyini soruşmuşdur. Süfyan bin Uyeynə deyir ki “Kaş ki ona “İbn Ömər (Allah ondan razı olsun) oğullarını doğumlarından sonra neçənci gündə sünnət edərdi? deyə soruşsaydım”. Daha sonra Əhməd bin Hənbəl mənə “Süfyan bin Uyeynə də ağıllı adam imiş" dedi. Yəni onun “Kaş ki, ona İbn Ömər (Allah ondan razı olsun) öz oğlanlarını neçənci gündəykən sünnət edərdi? deyə soruşsaydım” sözünü nəzərdə tutmuşdur. İsmət bin İsam, Hənbəldən Əhməd bin Hənbəlin bu sözlərini mənə nəql etmişdir: “Yeddinci gündə də sünnət edilsə eyib etməz. Həsən əl-Bəsri bunu ancaq yəhudilərə bənzəməməsi üçün pis saymışdır. Bunda isə bir qorxu və problem yoxdur”. Məhəmməd bin Əli, Salehdən rəvayət etdiyinə görə Saleh, atası Əhməd bin Hənbələ “Uşaq yeddinci günündə sünnət edilə bilərmi? deyə soruşduqda “Həsən əl-Bəsridən “Bu iş yəhudi işidir” dediyi rəvayət edilir" şəklində cavab verdi. Vəhb bin Münəbbihdən bu barədə soruşulduqda belə cavab verdi: “Uşaq üçün məşəqqətsiz (əziyyətsiz) olduğundan, yeddinci gündə sünnət edilməsi müstəhəbdir. Çünki uşaq bütün bədəni key bir halda doğular və yeddinci gününə qədər ağrını hiss etməz. Bu zaman ərzində sünnət edilməzsə güclənənə qədər sünnəti təxirə salın”. Abdülməlikin nəqlləri burada sona çatdı”. İbnul-Qeyyum daha sonra İbnul-Münzirin yuxarıda keçən sözlərini qeyd edir və sonra belə deyir: “Beyhaqinin Sünənində Zubeyr bin Məhəmməddən, o Məhəmməd bin əl-Münkəsirdən o da Cabirdən (Allah ondan razı olsun) rəvayət etdiyinə görə Cabir (radıyallahu anh) belə demişdir: “Rəsulullah Həsən və Hüseyinin (Allah hər ikisindən razı olsun) adına əqiqə kəsdi və yeddinci gün onları sünnət etdi” (Tabarani, əl-Mucəmul-Əvsat, VII, 12, Nömrə: 6708; əl-Mucəmus-Sağir, (ər-Ravduddani), II, 122, Nömrə: 891; İbn Adiyy, əl-Kamil, III, 1074-1075; Beyhaqi, əs-Sünənul-Kübra, VIII, 324; Şuabul-İman, thk. Zağlul, VI, 394, Nömrə: 8638. Hədis Cabirin (Allah ondan razı olsun) rəvayətindən zəifdir. Baxın, Təbərani, əl-Mucəmul-Əvsat, VII, 12; əl-Mucəmu's-Sağir, (ər-Ravduddanı), II, 122; İbn Adiyy, əl-Kamil, III, 1075; İraqı, əl-Muğni an Hamlil-Əsfar (baxın, Mahmud b. Məhəmməd əl-Haddad, Tahricu Əhadisi İhyau Ulumid din, II, 998, Nömrə: 1415); Heysəmi, Məcma_uz-Zəvaid, IV, 59; əl-Əlbani, İrvaul-Galil, IV, 383; Tamamul-Minnə, s. 67-68. Ancaq hədis İbn Abbas və Aişədən gələn şahidlər səbəbiylə həsəndir. Baxın, İraqı, əl-Muğni an Həmlil-Əsfar (baxın, Mahmud bin Məhəmməd əl-Həddad, Tahricu Əhadisi İhyau Ulumid din, II, 998, Nömrə: 1415); Heysəmi, Məcma_uz-Zəvaid, IV, 59; İbn Həcər, Fəthul-Bari, IX, 502-503; X, 353; Təlhisul-Xabir, IV, 155-156, Nömrə: 2141/3; əl-Əlbani, İrvaul-Galil, IV, 379-385, Nömrə: 1164; Tamamul-Minnə, s. 67-68).
Yenə Beyhaqinin Sünənində Musa bin Əli bin Rəbahın atasından rəvayət etdiyinə görə İbrahim əleyhissələm yeddi günündəykən İshaqı sünnət etmişdir (əs-Sünənul-Kübra, VIII, 326; İbn Abdilbərr, ət-Temhid, VIII, 394 ). Din ustadı İbn Teymiyyə deyir ki: “İbrahim əleyhissələm, İshaqı yeddinci gündə, İsmayılı isə həddi büluğ çağında sünnət etdi. Beləcə, İshaqın sünnət edilməsi vaxtıı İshaq oğulları içərisində, İsmayılın sünnət edilməsi vaxtı da İsmayıl oğulları içərisində bir adət halını aldı. Allah ən doğrusunu bilir” (Tuhfətul-Mövdud, s. 347-350).

İbnul-Qeyyum bir başqa əsərində bu son rəvayət haqqında belə deyir: “Mekhul isə: “İbrahim əleyhissələm, oğlu İshaqı doğumunun yeddinci günü, İsmayılı isə on üç yaşında sünnət etdirdi” demişdir. Şeyxul-İslam İbn Teymiyyə: “İshaq əleyhissələmin sünnət edilişi öz övladı üçün, İsmayılın sünnət edilişi də onun öz övladı üçün bir sünnət (yol) oldu” demişdir (Zadul-Məad, II, 333).
İbn Abdilbərr, İbrahim əleyhissələmin oğlu İsmayılı on üç yaşında, oğlu İshaqı da doğumunun yeddinci günündə sünnət etdirdiyinə dair rəvayətlərin alimlərdən bir camaatdan mütəvatir olaraq gəldiyini söyləməkdədir (ət-Təmhid, VIII, 394. Uşağın nə vaxt sünnət ediləcəyi mövzusu üçün ay, baxın, İbn Abdilbərr, ət-Temhid, VIII, 392-396).

Qeyd olunan bütün bu məlumatlardan sonra nəticə olaraq bu deyilə bilər: İslam dinində uşağın sünnət ediləcəyi vaxt barəsində qəti olaraq bir vaxt məhdudiyyəti yoxdur. Bu məsələ valideynlərin öhdəsinə buraxılmış, yaşadığın cəmiyyətin adət və ənənəsinə həvalə edlmişdir. Bundan başqa uşağın yedinci günündə və ya həddi büluğ çağında (7-13 yaş) sünnət edilmsi də uşağın həm psixoloji, həm də fiziki inkişafı baxımından daha doğru olduğu ifadə edlmişdir. Bu gün müasir tibb də bu məsələni xüsusi olaraq təsdiq edir.



Məqalənin müəllifi: Necmi SARI


Tarix: 07.05.2013 / 21:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 224 Bölmə: Maraqlı melumatlar
loading...