Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənim o oğruya yazığım gəldi...

əl-Fudeyl ibn İyəd (rahiməhullah) danışır ki, bir dəfə ağlayan bir xorasanlı gördü. Ondan soruşdu:
- Nə üçün ağlayırsan?

Xorasanlı cavab verdi:
- Bir neçə dinarım vardı, onları məndən oğurladılar. Mən də pulumun oğurlandığını bildikdə ağlama başladım.

əl-Fudeyl ibn İyəd təəccüblə soruşdu:
- Olmaya, oğurlanan dinarların üçün ağlayırsan?

Xorasanlı cavab verdi:
- Əsla yox! Mənim o oğruya yazığım gəldi, ona görə ağladım. Çünki Allah qarşısında dayandığımda, o da yanımda oğru kimi dayanacaq.


[“Xəyal və Həqiqət” kitabından...]
__________
əz-Zubeyr


Tarix: 08.04.2013 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Maraqlı melumatlar
loading...