Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XAFİD - RĀFİ

əl-Xafid – ər-Rāfi’ – «Ya İsa! Həqiqətən Mən sənin ömrünü tamam edib öz dərgahıma qaldıraram, səni kafirlərdən pak edərəm». (Ali İmran 55). «Allah sidən iman edənləri və elm verilmişlərin dərəcələrini ucaldar». (əl-Mucədələ 11). Əbu Musa əl-Əşari (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: «Allah yatmır. Ona yatmaq yaraşmaz. Mizanı (Başqa rəvayətdə: Ədaləti) endirsin və ya qaldırsın. Gündüzün əməlindən əvvəl gecənin əməli, gecənin əməlindən əvvəl gündüzün əməli ona (Allaha) yüksəlir (qaldırılır) Onun örtüyü (pərdəsi, hicabı) nurdur.

(Əbu Bəkrin (r.a) rəvayətində pərdəsi atəşdir). Əgər üzündəki pərdəni qaldırsa üzünün nurları yaratdığı hər bir şeyi yandırar»
(Müslim 179/293, İmam Əhməd 4/395,401, İbn Məcə 195, Darimi «ər-Rədd aləl Mərisi» s. 173, Beyhəqi «Əsmə və Sifət» s. 402, əl-Albani «Muhtasarul Uluvv» s. 86, «Səhih Cəmius Səğir» 1860.)

Xafid – Xa-Fə-Də felindəndir alçaldan, Rāfi’ – Ra-Fə-Də felindəndir yüksəldən deməkdir. Bu dünyada və axirətdə mömin qullarını yüksəldən, inkarçı və münafiqləri isə alçaldandır. «Həqiqətən də münafiqlər Cəhənnəmin ən alt təbəqəsindədirlər». (ən-Nisa 145). Peyğəmbər (s.a.v) buyurdu: «Allah bu kitabla bir qrup millətləri yüksəldir, bir qrup milətləri də alçaldır»
(Müslim 817. )

Hər iki İsim Qurani Kərimdə Fel olaraq keçir. Allah dilədiyi kimsələri nemətlər verərək yüksəldir, dilədiyi kimsələri də verdiyi nemətləri alaraq alçaldır. Buna görə də qulların yüksəlməsi və alçalması Allahın əlindədir. Eyni şəkildə haqqın tərəfdarlarının qalib gəlməsi, batilin və tərəfdar-larının məğlub olması, İslam və müsəlmanların üstün gəlməsi, inkar və inkarçıların alçalması Onun əlindədir. Allah tövhid kəliməsini və buna bağlı olanları yüksəldir. Ona aparan yolları asanlaşdırır. Qəlbləri özünə yaxınlaşdıraraq yüksəldir, nəfsləri də özündən uzaqlaşdıraraq alçaldır. Dostlarını qorumaqla, onları sevməklə, gözəl davranmaqla, onlara verdiyi sözləri yerinə yetirməklə yüksəldir. Düşmənlərini özündən uzaqlaşdırmaq, rədd etmək, nifrət etmək və əzab təhdid etməklə alçaldır. Bu İsmi bilən müsəlman Allahın yüksəltdiklərini sevməli, alçaltdıqlarını da nifrət etməlidir. Çünki Allah üçün sevmək və nifrət etmək imanın bir şöbəsidir.
Kim Zikr Edib: Xattabi, Həlimi, Beyhəqi, Əsbəhani, İbn Arabi, Qurtubi, İbn Qeyyim, Şərbasi, Həsən Sıddıq Xan – Allah Onlardan Razı Olsun – bunu İsim olaraq zikr etmişlər.


Tarix: 05.05.2013 / 14:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqlı melumatlar
loading...