İKİNCİ MƏSƏLƏ: Onun məsih dəccal adlandırılmasının sirri.İbn Kəsir deyir: "Dəccal ona görə məsih adlanır ki, onun bir gözü sürtülmüşdür, çəkilmişdir. Məsih Dəccal o şəxsdir ki, onun bir üzü sürtünmüş vəziyyətdədir. Onun nə gözü, nə də qaşı vardır. Məsih İsa əksinə, xəstəyə əlini sürtəndə, çəkəndə (məsh edəndə) bu xəstə Allahın izni ilə sağalırdı. Dəccal yalançıdır".
(Camiul usul". İbn Kəsir. 4/204. "Lisanun ərəb". Məsh maddəsi)
İbn Həcər deyir: "Ona Dəccal adı haqqı batillə örtdüyü üçün verilmişdir. Deyilir: Dəvəyə qətran dəcəl edildi, yəni örtüldü və ya üstünə çəkildi və yaxud qab qızılla örtüldü, qızıla çəkildi. İbn Düreyd demişdir: "Ona görə Dəccal adlanır ki, haqqı yalanla örtür, yer üzünü öz yalanı ilə örtür". («Fəth əl-Bari», 13/91).
Tarix: 04.05.2013 / 13:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 80 Bölmə: Maraqlı melumatlar