Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həcc-Bu ibadətin rükunları, vacibləri və sünnələri

Həcc bir ibadətdir; Bu ibadətin rükunları, vacibləri və sünnələri mövcuddur:

Həccin sünnələri:

A. Ehrama aid sünnələr:
1. Ehrama girərkən çimmək: Demək, Zeyd ibn Sabit (Allah ondan razı olsun) deyir: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ehrama girmək üçün əyin paltarlarını çıxartdı və qüsl etdi»[1].

2. Ehrama girmədən öncə bədənə ətir vurmaq: Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ehrama girəndə və ehramdan çıxmaq üçün Kəbəni təvaf edəndə mən onu ətirləyərdim»[2].
3. Geyinilən ehram paltarının alt (izar) və üst (rida) parçalarının ağ rəngli olması: Demək İbn Abbas (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) saçını darayıb, ətirlənib, izar və ridasını geyinib Mədinədən yola düşdü. Səhabələri də belə etdilər»[3].
Amma ehram paltarının ağ rəngli olmasının müstəhəbliyi İbn Abbasın (Allah ondan razı olsun) bu hədisinə görədir. Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Ağ paltarlarınızı geyinin. Bu sizin ən xeyirli libasınızdır. Ölənləri də onunla kəfənləyin»[4].
4. Əqiq vadisindən yolu düşən hacının orada namaz qılması: Demək, Ömər (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əqiq vadisində belə dediyini eşitdim: «Dünən Rəbbimin yanından elçi gəlib mənə dedi: Bu mübarək vadidə namaz qıl və ümrəni həcc ilə birgə niyyət et»[5].
5. Təlbiyəni uca səslə demək: Demək, Saib ibn Xəllad (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Cəbrayıl mənim yanıma gəldi və əmr etdi ki, əshabıma deyim ki, ihlal və ya təlbiyə edərkən (ləbbeykə Allahummə ləbbeyk... sözlərini deyərkən) uca səslə desinlər»[6].
Buna görə də Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələri bu zikrləri deyən zaman səslərini yüksəldərdilər. Əbu Hazim deyir ki, «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələri ehrama girdikdən sonra Rovha adlı yerə çatmamış artıq səsləri oranı bürüyərdi»[7].
6. Ehrama girmədən öncə təhmid, təsbih və təkbir etmək (əlhəmdulilləh, sübhənəllah və Allahu əkbər sözlərini demək): Ənəs (Allah ondan razı olsun) deyir ki, «biz mədinədəykən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zöhr namazını dörd rükət qıldı. Sonra Əsr namazını Zülhuleyfədə iki rükət qıldı və səhərə qədər orada gecələdi. Sonra dəvəsinə minib Beyda adlı yerə gəldi və orada Allaha təhmid, təsbih və təkbir etdi, sonra həcc və ümrəyə niyyətini dedi»[8].
7. Həcc və ya ümrə niyyətini üzü qibləyə dayanıb etmək: Nafi deyir ki, «İbn Ömər (Allah ondan razı olsun) sübh namazını Zülhuleyfədə qıldıqdan sonra miniyini gətizdirib hazırladar və miniyinə minərdi. Miniyini ram etdikdən sonra qibləyə yönələr və niyyət edərdi... İbn Ömər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də belə etdiyi deyərdi»[9].
B. Məkkəyə daxil olarkən edilən sünnələr:
8. 9. 10. Zi-Tuva adlı yerdə gecələmək, Məkkəyə daxil olmaq üçün çimmək və Məkkəyə günüz vaxtı daxil olmaq:
Nafi deyir ki, «İbn Ömər (Allah ondan razı olsun) Məkkə hüdudlarına çatdıqda təlbiyə etməyi dayandırar, Zi-Tuva adlı yerdə gecələyər, sonra sübh namazını qılar və çimərdi. O, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də belə etdiyini deyərdi»[10].
11. Məkkəyə, “Səniyyətul Ulyə”dən[11] daxil olmaq:
Demək İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Məkkəyə “Səniyyətul Ulyə”dən daxil olar, “Səniyyətu-s-Suflə”dən çıxardı»[12].
12. Məscidə daxil olarkən sağ ayaq ilə daxil olmaq və bu duanı demək[13]:
«أَعُوذُ بِاللَّهِ الْعَظِيمِ وَبِوَجْهِهِ الْكَرِيمِ وَسُلْطَانِهِ الْقَدِيمِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ. بِسم الله و الصَلاة و السَّلام على رسول الله. اللَّهُمَّ افتَح لِي أبْواَبَ رَحْمَتِكَ»
«Əuzu billəhil əzim, və bi vəchihil kərim, və sultanihil qədim, minəş şeytanir rəcim. Bismilləh Allahummə salli alə Muhamməd və səllim. Allahummə iftəh li əbvabə rəhmətikə».
«Lənətlənmiş şeytandan Uca Allaha, Onun kəramətli üzünə və Əzəli hökmdarlığına sığınıram. Allahın adı ilə. Allahım Məhəmmədə salavat və salam et. Allahım! Mənə rəhmətinin qapılarını aç »[14].
13. Kəbəni görərkən əlləri qaldırmaq olar. Bu haqda İbn Abbasdan (Allah ondan razı olsun) səhih rəvayət gəlmişdir[15]. Bu zaman dua da edə bilər. Bu anda Ömərin etdiyi duanı etsə daha yaxşıdır. Çünki onun bu duanı deməsi doğrudur.
»ألَّهُمَّ أنْتَ السَّلاَم وَ مِنكَ السَّلاَم فَحَيِّنا رَبَّناَ بالسَّلام.«
«Allahummə əntə-s-Salam və minkə-s-Salam fəhəyyinə Rabbənə bi-s-Səlam».
«Allahım Sən Əs-Salamsan. Salamatlıq (müvəffəqiyyət) Səndəndir. Bizi də salamla qarşıla»[16].
C. Təvaf zamanı edilən sünnələr:
14. Ehram paltarının üst parçasını sağ qoltuğunun altından keçirərək sol çiyninin üzərinə atmaq və nəticədə sağ çiyini açıq saxlamaq. Demək Yəla ibn Umeyyə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) təvaf edərkən ehram paltarının üst parçasını sağ qoltuğunun altından keçirərək sol çiyninin üzərinə atmişdi»[17].
15. Qara daşa əl sürtmək: Demək İbn Ömər deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Kəbəyə daxil olanda qara daşa əl sürtər, sonra yeddi təvafın birinci üçünü iti yerişlə yeriyərdi»[18].
16. Qara daşı öpmək: Demək Zeyd ibn Əsləm atasının belə dediyini rəvayət edir: Mən, Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) qara daşı öpdüyünü gördüm və sonra belə dediyini eşitdim: «Əgər mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səni öpdüyünü görməsəydim, səni öpməzdim»[19].
17. Alnını qara daşa vurmaq: İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «mən Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) qara daşı öpdüyünü və alnını onun üzərinə qoyduğunu gördüm. O bunu ikinci dəfə də təkrar etdi və dedi: Mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə etdiyini görmüşəm»[20].
18. Evin qara daş olan küncünə çatanda təkbir etmək (Allahu əkbər demək): İbn Abbas (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəvəsinin üzərində Kəbəni təvaf etdi. Hər dəfə qara daş olan küncə çatanda əlindəki əşya ilə işarə edər və “Allahu əkbər” deyərdi»[21].
19. İlk təvafı edərkən birinci üç dövrəni iti yerişlərlə yerimək: İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Kəbə ətrafında birinci təvafını edərkən ilk üç dövrədə iti, qalan dörd dövrədə isə adi yerişlə yeriyərdi. Bir dövrə qara daşdan başlayıb orada da bitərdi»[22].
20. “Rüknul Yəməni”yə əl vurmaq: İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Kəbənin yalnız iki küncünə, iki yəmən küncünə əl vurardı»[23].
21. İki künc arasında bu duanı demək:
»رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ«
«Rabbənə ətinə fid dünyə hasənətən va fil axirəti həsənətən va qinə azəbən-nər».
«Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru! – deyirlər»[24].[25]
22. Təvfdan sonra İbrahim Məqamının arxasında iki rükət namaz qılmaq: İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gəlib Kəbəni yeddi dəfə təvaf etdi, sonra İbrahim Məqamının arxasında iki rükət namaz qıldı, Səfa və Mərva arasında dövrə vurdu». Sonra İbn Ömər dedi: «Həqiqətən, Allahın Rəsulu sizin üçün çox gözəl örnəkdir!»[26].
23. İbrahim Məqamında namaz qılmadan öncə: «Vəttəxizu min Məqami İbrahimə musallə...», «İbrahimin durduğu yeri namazgah edin!» - ayəsini oxumaq. Namazda isə əl-Kafirun və əl-İxlas surələrini oxumaq. Demək Cabir (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) İbrahim Məqamına gələndə bunları oxudu: «Vəttəxizu min Məqami İbrahimə musallə...», «İbrahimin durduğu yeri namazgah edin!» Sonra iki rükət namaz qıldı və namazda, «qul huvəllahu əhəd» və «qul yə əyyuhəl kəfirun» - surələrini oxudu».
24. Qara daş olan künclə qapının arasında dayanmaq, sinə, üz və dirsəklərini divara söykəmək: Demək, Amr ibn Şueyb atasından, o da babasından rəvayət edir və deyir: Mən Abdullah ibn Amr ilə təvaf etdim. Biz təvafın yeddinci dövrəsini bitirdikdən sonra Kəbənin arxasında namaz qıldıq. Mən ona dedim: Cəhənnəm odundan Allaha sığınmırsan? O isə dedi: Cəhənnəm odundan Allaha sığınıram. Sonra o gedib qara daşa əl vurdu, daş ilə qapı arasında dayanıb sinəsini, əllərini və yanaqlarını divara söykədi və dedi: «Mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə etdiyini görmüşəm»[27].
25. Zəmzəm suyundan içmək və onunla başı yumaq: Cabir (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə edərdi[28].
D. Səfa və Mərva zamanı edilən sünnələr:
26. Ötən bəndlərdə deyilən qaydada qara daşa əl vurmaq:
27. Bu ayələri oxumaq: «Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir»[29]. Sonra təvafını Səfadan başlamaq istədikdə bu sözləri deyir: «Nəbdəu bimə bədəAllahu bihi!» yəni, Allahın başladığı ilə başlayırıq[30].
28. Səfanın üzərində üzü qibləyə dayanmaq və üç dəfə:
الله أكْبَر. الله أكْبَر. الله أكْبَر.
Allahu əkbər, Allahu əkbər, Allahu əkbər (Allah hər şeydən ucadır) - deyilir.
Sonra isə bu zikr oxunur:
« لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كَلِّ شَىْءٍ قَدِيرٌ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ أَنْجَزَ وَعْدَهُ وَنَصَرَ عَبْدَهُ وَهَزَمَ الأَحْزَابَ وَحْدَهُ »
«Lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu ləhul mulku və ləhul həmdu yuhyi və yumit və huvə alə kulli şeyin qadir. Lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu əncəzə vədəhu və nəsərə abdəhu və həzəməl əhzabə vəhdəhu».
«Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O təkdir, şəriki yoxdur, mülk və həmd Onundur, O, hər şeyə qadirdir! Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, vədinə əməl etdi, Öz bəndəsinə kömək etdi, (Əhzab döyüşündə) tayfaları tək Özü məğlub etdi».
Bundan sonra istənilən qədər dua edilir və eyni qaydada üç dəfə təkrarlanır.
29. İki yaşıl xəttin arasında var gücü ilə qaçmaq.
30. Səfanın üzərində etdiyi, qibləyə yönəlmək, zikr və duanı Mərvada da təkrarlayır.
E. Minaya gedərkən edilən sünnələr:
31. Tərviyə (Zülhiccənin səkkizinci) günü Evində həccə niyyət etmək[31]:
32. Tərviyə günü zöhr, əsr, məğrib və işa namazlarını minada qılmaq, orada gecələmək və sübh namazını qılıb günəş çıxana qədər gözləmək.
33. Ərəfa günü zöhr və əsr namazlarını Nəmirə adlı yerdə (bir vaxtda) cəm edib qısa şəkildə qılmaq.
Günəş batmadan öncə Ərəfadan çıxmamaq:


[1] Hədis səhihdir. Səhih Sünən Tirmizi: ? 664. Tirmizi: 2/ 163/ ? 831.
[2] Buxari: 3/ 396/ ? 1539. Müslim: 2/ 846/ ? 1189. Tirmizi: 2/ 199/ ? 920. Rəvayəti əlavə ilə bu alimlər rəvayət ediblər: Əbu Davud: 5/ 169/ ? 1729. Nəsai: 5/ 137. İbn Macə: 2/ 976/ ? 2926.
[3] Hədis səhihdir. Buxari: 3/ 405/ ? 1545.
[4] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 3236. əl-Cənaiz: səh. 62. Tirmizi: 2/ 232/ ? 999. Əbu Davud: 10/ 362/ ? 3860.
[5] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2410. Buxari: 3/ 392/ ? 534. Əbu Davud: 5/ 232/ ? 1783. İbn Macə: 2/ 991/ ? 2976.
[6] Hədis səhihdir. Səhih Sünən Tirmizi: ? 663. Tirmizi: 2/ 163/ ? 830. Əbu Davud: 5/ 260/ ? 1197. İbn Macə: 2/ 975/ ? 2922. Nəsai: 5/ 162.
[7] Rəvayətin sənədi səhihdir. Əl-Muhəllə kitabında (7/ 94) deyilir ki, bu rəvayəti Səid ibn Mənsur yaxşı sənədlə rəvayət etmişdir. Fəthul Bari əsərində (3/ 324) isə deyilir ki, İbn Əbu Şeybə bu rəvayəti əl-Muttalib ibn Abdullahdan səhih sənədlə rəvayət etmişdir. Hədis mürsəldir. Məlumat, Şeyx Albaninin “Mənasikul Həcc vəl Umrə” risaləsindən götürülmüşdür.
[8] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 1558. Buxari: 3/ 411/ ? 1551. Əbu Davud: 5/ 223/ ? 1779. Oxşar rəvayətlə.
[9] Rəvayət səhihdir.Buxari: 3/ 412/ ? 1553.
[10] Buxari: 3/ 435/ ? 1573. Rəvayətin bu mətni onundur. Oxşar rəvayətləri rəvayət ediblər: Müslim: 2/ 919/ ? 1259. Əbu Davud: 5/ 318/ ? 1848.
[11] Bu yerin hazırki adı, “Kida”dır. Səniyyətu-s-Suflə isə “Kudey” deyə tanınır. (tərc.)
[12] Buxari: 3/ 436/ ? 1575. Rəvayətin bu mətni onundur. Müslim: 2/ 918/ ? 1257. Nəsai: 5/ 200. İbn Macə: 2/ 981/ ? 2940.
[13] Burada müəllif məsciddən çıxan duanı qeyd etməmişdir. Hər halda məsciddən çıxarkən dua oxumaq da sünnədir və dua belədir:
«بِسم الله و الصَلاة و السَّلام على رسول الله. اللَّهُمَّ إنِّي أسْأَلُكَ مِن فَضْلِكَ. اللَّهُمَّ أعْصِمْني مِنَ الشَّيْطَانِ الرَّجِيمِ»
«Bismilləh vəs-salatu vəs-səlamu alə rasulilləh, Allahummə inni əsəlukə min fadlikə, Allahummə asimni minəş şeytanir rəcim».
« Allahın adı ilə, xeyir dua və salam Allahın elçisinə olsun! Allahım! Sənin fəzilətini istəyirəm. Allahım, məni lənətlənmiş şeytandan qoru».
Bu duaları nəinki Haram məscidinə, bütün məscidlərə girib-çıxarkən oxumaq olar. (tərc.)
[14] Səhihdir. əl-Kəlumu-t-Tayyib: ? 65.
[15] Rəvayətin sənədi səhihdir. Şeyx Albaninin “Mənasikul Həcc vəl Umrə” kitabı (20). İbn Əbu Şeybə: 3/ 96.
[16] Sənədi həsəndir. Şeyx Albaninin “Mənasikul Həcc vəl Umrə” kitabı (20). Beyhəqi: 5/ 72.
[17] Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 2391. Əbu Davud: 5/ 336/ ? 1866.Tirmizi: 2/ 175/ ? 161. İbn Macə: 2/ 2954/ ? 984.
[18] Buxari: 3/ 470/ ? 1603. Müslim: 2/ 920/ ? 1261. Nəsai: 5/ 229.
[19] Buxari: 3/ 462/ ? 1597. Müslim: 2/ 925/ ? 1270. Əbu Davud: 5/ 325/ ? 1856. İbn Macə: 2/ 981/ ? 2943. Tirmizi: 2/ 175/ ? 862. Nəsai: 5/ 227.
[20] Rəvayət həsəndir. əl-İrva: 4/ 312. əl-Bəzzar: 2/ 23/ ? 1114.
[21] Hədis səhihdir. əl-İrva: ? 1114. Buxari: 3/ 476/ ? 1613.
[22] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2387. İbn Macə: 2/ 983/ ? 2950. Bu onun rəvayətinin mətnidir. Oxşar rəvayətlər: Buxari: 3/ 470/ ? 1603. Müslim: 2/ 920/ ? 1261. Əbu Davud: 5/ 344/ ? 1876. Nəsai: 5/ 229.
[23] Buxari: 3/ 473/ ? 1609. Müslim: 2/ 924/ ? 1267. Əbu Davud: 5/ 326/ ? 1757. Nəsai: 5/ 231.
[24] əl-Bəqərə: 201.
[25] Hədis həsəndir. Səhih Sünən Əbu Davud: ? 1666. Əbu Davud: 5/ 344/ ? 1875.
[26] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2394. Buxari: 3/ 487/ ? 1627. İbn Macə: 2/ 986/ ? 2959.
[27] Hədis həsəndir. Əs-Silsilətus Səhihə: ? 2138. (tərc.)
[28] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 707. Müslim: 2/ 886/ ? 1218.
[29] əl-Bəqərə: 158.
[30] Bu rəvayət, Cabirin hədisindən götürülmüşdür.
[31] Təbii ki, ehramda edilən sünnələrə əməl etmək şərti ilə. Bu haqda əvvəldə qeyd etmişik.


Tarix: 01.05.2013 / 17:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 312 Bölmə: Maraqlı melumatlar
loading...