Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah rəsuluna sallallahu aleyhi və səlləm sevgimizi necə təzahür etdirək?

Sual: Allah rəsuluna sallallahu aleyhi və səlləm sevgimizi necə təzahür etdirmək olar?

Cavab: Allahın rəsuluna sallallahu aleyhi və səlləm və Allaha qarşı sevgi, məhəbbət Onun rəsuluna sallallahu aleyhi və səlləm itaət etməklə hasil olur. Allah rəsuluna sallallahu aleyhi və səlləm itaət edən hər kəs Allahın sevgisinə, Onun rəsulunun sallallahu aleyhi və səlləm sevgisinə daha layiqdir, haqqlıdır. Allah təala buyurur: “(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”. (Ali İmran 3:31)

Allah rəsuluna sallallahu aleyhi və səlləm qarşı sevginin əlaməti odur ki, insan onun sallallahu aleyhi və səlləm sünnətini (yolunu) araşdırır, axtarır və sonra ona tabe olur, buna (dinə, sünnətə) nə əlavə edir, nə də ondan bir şeyi əksildir. Buna əsaslanaraq, kim peyğəmbərə sallallahu aleyhi və səlləm aid bir məsələdə dinə əlavə şey gətirirsə və bunu ona sallallahu aleyhi və səlləm qarşı sevgilərindən və ona qarşı hörmətlərindən dolayı etdiklərini iddia edirsə, o zaman bilmək lazımdır ki, əslində həmin insanlar peyğəmbəri sallallahu aleyhi və səlləm sevmirlər və ona hörmət etmirlər. Çünki həqiqi sevgi və ona sallallahu aleyhi və səlləm hörmət onun söylədiklərinə tabe olmaqla, onun şəriətinə heç bir şey əlavə etməməklə, dindən bir şeyi naqis etməməklə, əksiltməməklə hasil olur.

Həqiqətən də, hər kim Allahın dininə dindən hesab edilməyən bidət əlavə etmək istəyirsə, o zaman həmin kəsin Allah və Onun rəsuluna sallallahu aleyhi və səlləm qarşı sevgisi şübhəsiz ki, məhduddur. Çünki əxlaq və hörmətin kamilliyindəndir ki, insan özünü (öz fikirlərini) Allah və Onun rəsulununun sallallahu aleyhi və səlləm qarşısına qoymasın.
Allah təala buyurur: “Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!

2 - Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar”. (Əl-Hücurat 49:1-2)

Fətəvə Nuurun aləd Dərb, cild 2, səh. 522, sual 414


Tarix: 05.04.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 109 Bölmə: Maraqlı melumatlar
loading...