Lütfü hamıya aid olan və ehsanı bol olan Allaha həmd olsun. Allah, qullarına müxtəlif nemətlər vermiş və onları, qəzəbinə yol açan səbəblərdən çəkindirmişdir. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir və şəriki yoxdur. Və şəhadət edirəm ki, seyyidmiz Muhəmməd (s.ə.s), Onun qulu və rəsuludur. Allahım! Qulun və Rəsulun Məhəmmədə , ailəsinə, əshabına və yaxşılıqda onlara tabe olanlar Din Gününə qədər salam və Salavat et!..
Bundan sonra! Ey Allahın qulları! Allah Taəladan lazımınca qorxun. Gizli və aşkar hallarınızda Onu gözətin. Çünki Allah; sizlərə , davranışlarınızda və sözlərinizdə Allahdan lazımınca qorxmağınızı, təqvanı əmr etmişdir. Təqvalı olduğunuz təqdirdə dünyada əməllərinizin düzgün olacağını və günahlarınızın bağışlanacağın, axirətdə isə böyük bir qazanc və uca bir lütf əldə edəcəyənizi vəd etmişdir. Allah Sübhənahu və Taəla belə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar. ” (Əhzab surəsi, 70-71)
Bu ayədə Allah; mömin qullarına, hər hallarında Ondan haqqı ilə qorxmalarını, sözlərində və davranışlarında təqvalı olmalarını əmr edir. bu da; Onun əmrlərini yerinə yetirməklə və Allah azzə və cəllənin istədiyi şəkildə əda etməklə, qadağan etdiyi haram sözlərdən və davranışlardan çəkinməklə olur.
Təqva ilə möminin, dünyasında və axirətində hər cür xeyir reallaşır. Dünya və axirətdə, hər cür pislik ondan uzaqlaşır. Təqva üzrə dosdoğru yürüyən və sözündə doğru olanı Allah, gözəl sözə yönəldir və doğru yola aparır. Allahdan haqqı ilə qorxan və dilini Quran oxumaq, Allah azzə və cəlləni zikr etmək, yaxşılığı əmr etmək və pislikdən çəkindirmək kimi gözəl söz söyləməkdə istifadə edən; dilini Allahın haram etdiyi sözlərdən, insanların namusu haqqında danışmaqdan, pis və çirkin söz söyləməkdən çəkindirən insanı Allah, asanlığa sövq edir və çətinlikdən uzaqlaşdırır. Onu cənnət ilə ruziləndirir. Dünyada və axirətdə əmin-aman edir. “Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə) asan edər.” (Ət Talaq surəsi, 4)
Allahın qulları!... Heç şübhəsiz Allahdan haqqı ilə qorxmaq, hər halda, gizli və aşkar hallarında, dinində və dünyasında, Rəbbinə qarşı davranışında; ailəsinə, qohumlarına və qonşularına qarşı davranışında; alış-verişində, sözlərində və müqavilələrində, işində və vəzifəsində, ona əmanət edilən şeylərdə qul üzərinə fərzdir. Qul, Allah Sübhənahunun haqqını əda etməlidir. Qulların haqqını verərək onlara nəsihət etməlidir. Sözündə doğru və əlaqələrində etibarlı olmalıdır. Hiylədən, saxtakarlıqdan və xəyanətdən uzaq olmalıdır. Yalan yerə And içməkdən, yalan söyləməkdən və yalan yerə şahidlik etməkdən qaçmalıdır. Əgər müsəlman belə olmazsa , necə təqvalı olur? ..Həqiqi iman harada qalar?.. Nəbi sallallahualeyhi va səlləm belə buyurur: «Mömin; insanların, mallarında və canlarında ona etibar ediləndir. Müsəlman isə; müsəlmanların dilindən və əlindən əmin olan kəsdir.»
Allahın fərzlərini ehmal edən və yerinə yetirməyən, Rəbbinin haramlarına cürət edən və onları aşan, Allahın mömin qullarına dil uzadan və söz daşıyan, yalançı və çox günah edən kimsə necə təqvalı olar?!. Haqsız səbəblərlə insanların mallarını yeyən, faiz yeyən, insanlara hiylə və saxtakarlıqla davranan, ölçü və tərəzidə hiylə edən necə təqvalı olar?!. Ona əmanət edilən idarəçiliyə və s. işə, mala və bənzər şeylərə xəyanət edən necə təqvalı ola bilər?!.
İnsanlardan çoxsu bu zamanda, xəyanət və güvənməmzlik xəstəliyinə tutulmuşlar. Üzərində bir haqq varsa, tam olaraq əda etməz. Bir işlə cavabdeh tutulmuşsa, lazımınca yerinə yetirməz. Üzərində, insanların bir haqqı varsa inkar edər. Haqqlarını davamlı şəkildə gecikdirir. Bundan əlavə, bir qismini almadan vəya qarşılığında bir şey almadan haqq sahibinə haqqını vermir. Bu. Xəyanət deyilmi?.. Bu, Allahın qullarına zülm deyilmi?..Bu, haram yemək deyilmi?..Bu davranış, təqvadan uzaq deyilmi?..Bu, qaranlığı Qiyamətə qədər davam edən zülm deyilmi?..
Şübhəsiz ki, zülüm; evləri xarab edər. Ölkələri yıxar. Zülm edənlərin halını; rahatlıq və hüzurdan, çətinlik və bədbəxtliyə çevirir. Zülmedənlərə, hesab etmədikləri əzabı daddırır. Allah azzə və cəllə belə buyurur: “(Ya Rəsulum!) Sənə nazil edilənə (Qur’ana) və səndən əvvəl nazil edilənlərə (Tövrata, İncilə) iman gətirdiklərini iddia edənləri (münafiqləri) görmürsənmi? Onlar Tağutun (Şeytanın) hüzurunda mühakimə olunmaq (Şeytanın məhkəməsinə müraciət etmək) istəyirlər. Halbuki onlara (Şeytana) inanmamaları əmr olunmuşdur. Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər Onlara: "Allahın nazil etdiyinə (Qur’ana) və Peyğəmbərə tərəf gəlin!" - deyildiyi zaman, münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən. ” (Ən Nisə surəsi, 60-61)
İnsanların malarını haqqsız səbəblərlə və zülümlə yemək və haqqlarını verməmək; aşağılıq insanların, imanı və kişilyi zəif insanların xüsusiyyətlərindəndir. Qulların haqqlarını yeməyə cürət edən və onlara zülm edən, Qiyamət günü ona; «Zülm edərək aldıqlarını və haqqlarını sahiblərinə ver!» deyildiyində nə edəcək?!. O, böyük anı; insanların, Aləmlərin Rəbbinin hüzurunda duracağı günü yada salsın. Nəbi sallallahu aleyhi va sələmin bu sözünü xatırlasın: «Bilirsiniz, müflis kimdir?» dedilər ki: «Bizim aramızda müflis, pulu və malı olmayandır.» Bunun üzərinə Rəsulullah sallallahu aleyhi va səlləm belə buyurur: « Şübhəsiz ki, ümmətimdən müflis olan o kəsdir ki; Qiyamət günü namazla, orucla və zəkatla gəlir. Buna söymüş , birinə iftira etmiş, birinin malın yemiş, birinin qanını tökmüş və birini vurmuşdur. Buna, onun savablarından verilir və birinə, onun savablarından verilir. Üzərində olan haqqları ödənmədən əvvəl savabları qurtararsa, onların günahlarından alınır və onun üzərinə atılır; sonra da cəhənnəmə atılır.»
Allahdan lazımınca qorxun ey müsəlmanlar!..Allah qorxusunu, gözünüzün qabağından ayırmayın!Allahın qəzəbindən və əzabından çəkinin! Allah azzə və cəllə belə buyurur: “Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şıddətlidir! Bütün bu deyilənlərdə axirət əzabından qorxan şəxs üçün həqiqi bir ibrət dərsi vardır. Bu (bütün) insanların bir yerə cəm ediləcəyi, hamının şahid olacağı bir gündür. ” (Hud surəsi, 102-103)
Allah məni və sizləri, Uca Quran və Peyğəmbərlərin Seyyidinin sünnəti ilə faydalandırsın. Bu sözümü söyləyir; Allahdan özüm üçün, sizlər üçün və digər bütün müsəlmanlar üçün hər cür günahdan bağışlanma istəyirəm. Siz də Ondan bağışlanma istəyin. Şübhəsiz O; çox bağışlayandır, çox mərhamət edəndir.
Ehsanı (əsirgəməməsi) üçün Allaha həmd olsun. Müvəffəq etməsi və nemətləndirməsi üçün Allaha şükürlər olsun. Şəhadət edirəm ki Allahdan başqa ilah yoxdur. Onun şanı ucadır. Və şəhadət edirəm ki, Məhəmməd , Onun qulu və rəsuludur. Onun razılığına dəvət edəndir. Allahım!.. Qulun və rəsulun Məhəmmədə , ailəsinə və əshabına salam və Salavat et!..
Bundan sonra…Ey Allahın qulları!..Allahdan lazımınca qorxun! Gizli və aşkar hallarınızda Onu yada salın. Günahlardan , asiliklərdən və qullara zülm etməkdən çəkinin. Həddi aşmaqdan və təkəbbürlük etməkdən, intiqam və düşmənçilikdən, pislik və pozğunçuluqdan, insanlara zərər verməkdən uzaq durun!. İnsanlara ; onların sizə necə davranmasını istəyirsəniz elə davranın. Ədalətli, şəfqətli və mərhəmətli olun! Çünki etdiklərinizin əvəzi, etdiklərinizə görə veriləcək. Allah Sübhənahu və Taəla belə buyurur: “Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!” (Ən Nəhl surəsi, 128) Və başqa bir ayədə : “(Elə edin ki, sonradan) bir kəs: "Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qur’ana, Peyğəmbərə və mö’minlərə) istehza edirdim!" - deməsin” (Əz Zumər surəsi, 56)
O an gəlməzdən əvvəl tövbə və istiğfar etməkdə tələsin! Rəsulullah sallallahu aleyhi va səlləm belə buyurmuşdur: «Kimin yanında qardaşının bir haqqı varsa, dinarın və dirhəmin olmayacağı gündən əvvəl bu gün halallaşsın. Saleh əməli varsa, o haqq nisbətində ondan alınacaq. Savabları yoxsa, haqq sahibinin günahlarından alınır və onun üzərinə yüklənir.»
Allahdan qorxun ey Allahın qulları! ..Zülüm qaranlığı Qiyamətə qədər davam edir. hidayət elçisi və seçilmiş peyğəmbərə salam və Salavat edin. Allah Taəla sizlər bunu əmr etmişdir. Belə buyurur: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)” (Əhzab surəsi, 56)
Tarix: 08.05.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 245 Bölmə: Maraqlı melumatlar