Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ər və zövcənin hüquqları

Zövcənin hüquqları:

1) Mehr.

Allah buyurur:
Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin! (4:4)

Lakin füqəha alimlərinin böyük əksəriyyətinə əsasən mehr evliliyin şərti və ya zəruri hissəsi deyildir. Əksər alimlərin razılığına əsasən əgər evlilik mehrsiz olsa belə nigah qanunidir, çünki Allah buyurur: "Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşasanız, sizə heç bir günah gəlməz..." (əl-Bəqərə, 236)

Lakin əgər mehr kişi qarşısında şərt qoyulubsa, onda mehri vermək vacibdir.

2) Təminat.

Kişi qadını təmin etməyə borcludur və bu onun üçün vacibdir. O, zövcəsini yedizdirməli, geyindirməli və onu sığınacaqla təmin etməlidir. Hətta qadın varlı olsa belə, kişi üçün bu vacibdir.

Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin! (əl-Bəqərə:233)

Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. (əl-Talaq, 7)

Rəsulullah (s.ə.s) buyurmuşdur: “Kişi yediyi zaman zövcəsini yedizdirməli, geyindiyi zaman onu geyindirməlidir (onu yemək və geyimlə təmin etməlidir). Kişi zövcəsinin üzünə vurmamalı, onu eybəcər çağırmamalıdır” (İbn Macə)

Rəsulullah (s.ə.s) buyurmuşdur: "Onların sizin üzərinizdə hüquqları odur ki, siz onları ərzaqla, geyimlə təmin etməlisiniz" (Səhih Müslim, 1218)

3) Sığınacaq (ev, mənzil)

Həmçinin bu da zövcənin hüquqlarından biridir. Əlbəttə ki, kişinin imkanı dairəsində zövcəsini sığınacaqla təmin etməlidir.
Allah buyurur: "Onları (boşadığınız, lakin gözləmə müddətləri sona yetməmiş qadınları) imkanınız çatdığı qədər öz yaşadığınız yerdə sakin edin". (əl-Talaq, 6)

4) Zövcələr arasında ədalətli davranış, ədalətli rəftar. Əlbəttə ki, zövcələr arasında eyni cür rəftar edilməli və hər birini eyni dərəcədə təmin etməlidir, ərzaqla, geyimlə.

5) Yaxşı rəftar.

Kişi zövcəsinə qarşı yaxşı rəftar etməlidi, onunla mehriban olmalıdır və onun ürəyini yumşaltmaq üçün yaxşı olan hər şeyi imkan dairəsində etməlidir.

Allah buyurur: Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. (Nisa, 19)

Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Sizin xeyirliniz qadınlara qarşı xeyirli olanlarınızdır” (İbn Macə)
Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Onlarla yaxşı davranın" (Səhih Buxari və Müslim)

6) Zövcəyə zərər yetirməmək.

Rəsulullah (s.ə.s) buyurmuşdur: "Qadınlar haqqında Allahdan qorxun! Çünki onlar sizin yanınızda yardımçılardır. Allahın kitabı ilə onları özlərinizə halal qıldınız və onları əmanət olaraq aldınız. Onları döyməyin. Əgər döyərsəniz, incitici şəkildə döyməyin! Sizin xeyirliləriniz qadınlarınıza qarşı xeyirli olanlarınızdır. Şərliləriniz də qadınlarınıza qarşı şərli olanlardır. Mən qadınlarıma qarşı ən xeyirli olanınızam" (İbn Macə, Tirmizi)

7) İslamın öyrədilməsi.

Kişi zövcəsinə islamın öyrədilməsi üçün məsuliyyətlidir. Zövcəsinə dini öyrətməkdə məsuliyyət kişinin üzərindədir. Allah hər bir ailə başçısını öz himayəsi altında olan zövcəsi və uşaqları üçün hesaba çəkəcək, ona görə də kim ki öz zövcəsi və uşaqlarına qarşı etinasızdırsa, onda şübhəsiz ki, o böyük risk altındadır.

Rəsulullah (s.ə.s) buyurmuşdur: "Sizin hər biriniz çobansınız və hər biriniz öz xalqı üçün məsuliyyətlidir. Başçı (əmir) çobandır və o, öz xalqına qarşı məsuliyyətlidir. Kişi öz ailəsinin çobanıdır və onlar üçün məsuliyyətlidir. Qadın ərinin evinin və uşaqlarının çobanıdır və onlar üçün məsuliyyətlidir" (Səhih Buxari və Müslim)

Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı (ailənizi) elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir). (Təhrim: 6)

8) Zövcənin qeyrətini çəkmək.

Kişi zövcənin ehtiramını və qeyrətini qorumaq üçün qısqanc olmalıdır.
Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Üç nəfər heç vaxt Cənnətə girməyəcək: ...., əd-dəyyus" Əd-Dəyyus- öz zövcəsinə və zövcəsini digər kişilərə qısqanmayan zəif ərdir.
Qeyd: Əlbəttə ki, burada ifrata varmaq olmaz!

Ərin hüquqları:

Ərin zövcə üzərindəki hüquqları ən böyük hüquqlardan biridir. Onun hüquqları zövcənin hüquqlarından daha böyükdür, çünki Allah buyurur:
“Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar üzərində hüquqları vardır. Ancaq kişilər onlardan bir dərəcə üstündürlər”. (əl-Bəqərə, 228)

1) İtaətin vacibliyi.

Allah kişiləri qadınlar üzərində qəyyumlar etmişdir, onların qayğısına qalmağı əmr etmişdir.
Allah buyurur: “Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir”. (Nisa, 34)

2) Zövcənin əri üçün həmişə hazır olması. Ərin zövcə üzərində hüquqlarından biri də onunla cinsi əlaqədə olmasıdır. Əgər zövcə onun çağırışına məhəl qoymursa və imtina edirsə, onda o, haram etmişdir və böyük günah işlətmişdir. Lakin əgər qadın heyzli, xəstə olarsa, oruclu (ancaq Ramazan ayında) olarsa, onda bunu ərinə bildirməlidir və buna görə ona günah yoxdur.

Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Kişi istənilən vaxt öz zövcəsini yatağa çağırırsa və zövcəsi isə etiraz edirsə, onda mələklər onu səhərə qədər lənətləyərlər" (Səhih Buxari)

3) Ərinin xoşlamadığı insanları evə dəvət etməmək. Kişinin hüquqlarından biri də odur ki, zövcə onun xoşlamadığı insanları evə dəvət etməməlidir.

Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Əri yanında olan vaxtı qadının onun icazəsi olmadan (nafilə) orucunu tutması qadağandır. Onun icazəsiı olmadan heç kimi evinə dəvət etməməlidir....” (Səhih Buxari və Müslim)

4) Ərin icazəsi olmadan evdən bayıra çıxmamaq.

Kişinin zövcəsi üzərində olan hüquqlarından biri də onun icazəsi olmadan zövcəsinin bayıra çıxmamasıdır.

5) Nizam-intizam, cəza. Əgər zövcə ərinə itaətsizlik göstərərsə, kişinin hüququ var ki, onu cəzalandırsın, lakin bunu Allahın və Peyğəmbərin (s.ə.s) buyurduğu qaydada etməlidir, üzünə vurmamaq, ona zərər yetirməmək və s.

Allah buyurur: (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın”. (Nisa, 34)

6) Zövcə ərinə xidmət etməlidir. Hər bir qadın bacardığı işləri etməlidir, yemək hazırlamalı, ev işlərini görməli, uşaqların, ərinin qayğısına qalmalıdır və s.

Bir qadın Peyğəmbərdən (s.ə.s) bir şey soruşmağa gəldi və qadın onunla (s.ə.s) bölüşəndən sonra, Peyğəmbər (s.ə.s) soruşdu: "Həyat yoldaşın varmı?" Qadın dedi: "Bəli" O (s.ə.s) yenə soruşdu: "Sən onunla necə davranırsan?" Qadın dedi: "Mən bacardığım şeylərdə heç vaxt vəzifəmdə səhvə düçar olmamışam" Peyğəmbər (s.ə.s) dedi: "Onunla necə rəftar etdiyinə diqqət et, çünki o sənin Cəhənnəm və Cənnətindir" (Əhməd, Nəsai, Əl-Hakim)

Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Qadın kişinin haqqını bilsə, onun günorta və şam yeməyini hazırlamadan, bütün işlərini görmədən oturmaz” (Təbarani, səhih)

7) Zövcə əri ilə yaxşı davranmalıdır.

Rəsulullah (s.ə.s) buyurmuşdur: "Onunla (ərinlə) necə davrandığına diqqətli ol, çünki o, sənin Cənnət və Cəhənnəmindir" (Əhməd, Nəsai, səhihdir)

8) Zövcə ərindən icazəsiz oruc tutmamalıdır (Ramazan ayından başqa).

Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Ərindən icazəsiz oruc (nafilə) tutmaq qadın üçün icazəli deyil...." (Səhih Müslim)


Tarix: 07.05.2013 / 21:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 293 Bölmə: Maraqlı melumatlar
loading...