Sual: İraq cumhuriyyətindən bir nəfər peyğəmbərə edilən salavat (xeyir-dua) barədə sual verərək belə deyir: Muhəmməd sallallahu aleyhi və səlləmdən başqa peyğəmbərlərə salavat demək olarmı?
Cavab: Allaha həmdü-sənalar olsun.
Cavab olaraq deyirik ki, bəli Muhəmməd sallallahu aleyhi və səlləmdən öncə gələn peyğəmbərlərə, onlara Allahın salavatı və salamı olsun, salavat söyləmək olar. Eləcə də, müstəqil şəkildə deyil peyğəmbərə salavat söylədikdən sonra yanaşı söyləmək şərtilə digər möminlərə də salavat demək olar. Bu məsələ şəriət mətnləri və icma ilə sabit olmuşdur. Belə ki, bir nəfər Peyğəmbərdən ona necə salavat gətirmək barədə soruşduqda belə cavab vermişdir: “ De ki, Allahummə salli alə Muhəmmədin və alə ə`li Muhəmməd, kəmə salleytə alə İbrahimə və alə ə`li İbrahim innəkə həmidun məcid.”
Bunu da qeyd etmək lazımdır ki, Peyğəmbərin yaxınları və digər insanlardan onun gətirdiyi şəriətə tabe olanlar bu cümlənin (ə`li Muhəmməd) əhatə dairəsinə daxildir. Bu daha üstün rəydir. Ən başda Muhəmməd ailəsinə daxil olmağa ən layiq olanlar Peyğəmbərin yaxınları olsa belə, bununla belə bura Peyğəmbərə tabe olub iman gətirən hər kəs daxildir. Çünki onlar Peyğəmbərin tərəfdarlarıdırlar.
Peyğəmbərlərdən başqasına müstəqil şəkildə deyil, Peyğəmbərə salavat ilə yanaşı salavat söyləmək əlbəttə ki, şəriət mətnləri və icma ilə caizdir.
Lakin peyğəmbərlərdən başqalarına yanaşı olaraq deyil müstəqil şəkildə salavat söyləmək məsələsinə gəldikdə elm əhli arasında bu barədə ixtilaf var. Yəni, müstəqil şəkildə birinə salavat söyləmək icazəlidir, yoxsa deyil. Bu məsələdə doğru rəy budur ki, bu cür etmək icazəlidir. Mömin bir şəxsə Allahdan salavat (xeyir-dua istəmək) söyləmək icazəlidir. Allah Təala Özü Peyğəmbərə sallallahu aleyhi və səlləm xitabən belə buyurur:
“Onların mallarından sədəqə (zəkat) götür ki, bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün dua et (salavat de).” [ət-Tövbə 9:103]
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) zəkat vermək üçün onun yanına gələnlərə salavat söyləyərərək belə deyərdi: “Ey Allahım, Əbi Əufənin ailəsinə salavat et”, yəni zəkat vermək üçün Peyğəmbərin yanına gəldikdə belə deyərdi.
Lakin burada istisna budur ki, hər dəfə peyğəmbərlərdən başqa müəyyən bir şəxsin adı çəkiləndə bunu rəhbər tutaraq, şüar edinərək sallallahu aleyhi söyləmək icazəli deyil. Məsələn, tutaq ki, hər dəfə Əbi Bəkrin adını söylədikdə sallalahu aleyhi və ya Ömərin adını çəkdikdə sallallahu aleyhi və ya Osmanın adını çəkdikdə sallallahu aleyhi və ya Əlinin adını çəkdikdə sallallahu aleyhi söyləmək məsələsinə gəldikdə, bu cür etmək, yəni müəyyən bir şəxs üçün bunu şüar etmək icazəli deyil.
Tarix: 02.04.2013 / 20:44 Müəllif: *Beyaz_Gul* Baxılıb: 292 Bölmə: Maraqlı melumatlar