Ümumi olaraq əsl kasıbın xüsusiyyətləri bunlardır:
- O; dünyanı həddindən artıq bir şəkildə tələb etməkdən əlini üzən, iffətindən dolayı dünyadan uzaqlaşan, mal və mülkünü çoxaltmaq üçün dünya ilə zənginləşməyi arzulamayan və yalnız sahibi olduğunu düşünərək, çox mal yığmaqdan uzaq olan kəsdir. Həmin insan bu şərtlərə riayət etməklə çox mal-mülkə sahib olsa belə, ona heç bir zərəri olmaz.
- Əsl kasıbın bir xüsusiyyəti də: məqamına, vəzifəsinə çox güvənməməsi, özünü bu cür şeylərlə təsəlli etməməsidir..
- Əsl kasıbın başqa bir xüsusiyyəti: O; səbr, razılıq, təvəkkül və Allaha dönmə mövzularında Allahın istədiyi şəkildə davranar.. O; Allahın ondan tələb etdiklərinə uyğun şəkildə əməl edər. Öz həvasına uyub, nəfsinin istəklərini Allahın ondan istədikləri kimi qələmə verib özünü aldatmaz..
- Əsl kasıb; bir bütün olaraq yalnız Allah rizası üçün can atar. Öz mənəvi dünyasından nəfsi və həvasına heç bir payı ayırmaz. O; Allahın istəkləriylə Allahı istəyər. Yalnız Allaha arxalanar. Allahdan başqa heç bir varlıq, heç bir düşüncə onun bu istək və səyinə mane olmaz. Allahı sevməklə O`ndan başqalarını (Allahı sevdiyi kimi) sevməkdən, Allahın əmriylə öz həva-həvəsindən, Allahın onun üçün olan seçib bəyəndiklərilə, öz nəfsi üçün bir şey seçməkdən uzaqdır.. İnsanlar bir vadidə o isə, başqa bir vadidədir. O; Allaha boyun əyən, təvazökar, ürəyi təmizlənmiş, haqqa dərhal dönən və qəlbi Allahın zikrinə doğru qaçandır.. O; diliylə, qəlbilə və bütün halıyla hər hansı bir şey iddia etməkdən uzaq, Allahdan başqa hər şeyə qarşı zahid və özünü Allaha yaxınlaşdıracaq hər bir şeyi arzulayan birisidir.
- O; insanlardan ən çox uzaq olduğu halda onlara ən yaxın olandır. İnsanların qaçdıqları, qorxduqları şeylərə yönələn və insanların yönəldikləri şeylərdən qaçan birisidir.
- O; heç bir varlığa sevinməz və heç bir yoxluqdan ötrü kədərlənməz. Vaxtını onunla birlikdə küçirən kimsənin gözü aydın olar, onu görən bir kimsə Allahı xatırlayar. Heç bir şəkildə insanlara yük olmaz.
- O; insanların ona verdikləri əziyyətlərinə səbr edib, onlara əziyyət verməyən birisidir. O; insanlara nəsihət verən, öz malını və canını heç bir qarşılıq gözləmədən insanların xeyrinə fəda edən bir kimsədir. Faydasız şeylərə məşğul olmaz və əlindəkiləri xərcləməkdən xəsislik etməz. Onun məşhur sifətləri bunlardır:
- Düzgünlük, iffət, qeyrət, başqalarını öz nəfsindən üstün tutmaq, təvazökarlıq, ciddilik, təmkin və dözüm. İnsanlar üçün xərclədikləri qarşılığında; onlardan nə bir tərif nə də, başqa bir qarşılıq gözləməz. Heç kimi danlamaz, kimsəylə boş yerə mübahisə etməz və heç kimdən bir şey ummaz. Özü üçün heç kim üzərində bir haqq görməz və heç kimdən daha üstün olduğunu düşünməz.
- O; öz işi ilə məşğul olan, qardaşlarına ikram edən, vaxtını israf etmək mövzusunda çox xəsis və dilini qoruyan bir kimsədir.. Gecə-gündüz, oyaq və yatdığı zaman sanki səfərdə olub, istəyinə çatana qədər səfərin ağırlığını çiyinlərindən endirməyən kimsədir. O (Allah), onun önünə sevgi elmini qoymuş, o da, bunun üçün qollarını çırmalamışdır.. O, Allahın dəvətinə tamamilə, bir bütün olaraq yönəlmiş və "Həyyə alə'l-fələh" çağırışına razılıq verməklə qəlbini bu çağırışdan başqa hər bir çağırışa bağlayaraq böyük bir aydınlığa doğru açmışdır...
-------------------
Bu yazıda İbn`ul-Qeyyim əl-Cövziyyənin “əl-Fəvaid” adlı kitabından geniş şəkildə istifadə etdim
Ayxan Məmmədəlioğlu / noyabr 2011.
Tarix: 08.04.2013 / 20:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 281 Bölmə: Maraqlı melumatlar