Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KEÇMİŞ VƏ GƏLƏCƏK GÜNAHLARIN BAĞIŞLANMASINA SƏBƏB OLAN ƏMƏLLƏR (İnanaraq və Savabını Umaraq Ramazan

Əhməd bin Hənbəl Müsnədində Əbu Hureyrədən radiyallahu anhu belə rəvayət edir: Rəsulullah sallallahu aleyhi və səlləm bizə Təravih namazı qılmağımızı, mütləq bir əmr olmadan tövsiyə edər, belə deyərdi: “Hər kim inanaraq və savabını umaraq Ramazan gecələrini ihya edərsə (Təravih namazını qılarsa) keçmiş və gələcək günahları bağışlanır.”

İbn Həcər, “Mə`rifətu-l Xisalil-Mukəffirəti”-də belə deyir: Əhməd bin Hənbəl, Müsnədində belə rəvayət edir. Nəsai, əs-Sunənu`l-Kubrada, Kuteybə bin Sadın Əbu Hureyrədən radiyallahu anhu, onun da Rəsulullahdan sallallahu aleyhi və səlləm nəql etməsi ilə bu hədisi qeyd etmişdir: “Hər kim inanaraq və savabını umaraq Ramazan gecələrini ihya edərsə (Təravih namazını qılarsa) keçmiş və gələcək günahları bağışlanır. Hər kim inanaraq və savabını umaraq Qədir gecəsini ihya edərsə keçmiş və gələcək günahları bağışlanır.” Səhihdir.

Bu hədis Əbu Hureyrədən radiyallahu anhu gələn başqa bir rəvayətdə “gələcəkdəki” əlavə olmadan, “Hər kim inanaraq və savabını umaraq Ramazan gecələrini ihya edərsə (Təravih namazını qılarsa) keçmiş günahları bağışlanır” şəklində gəlmişdir.

Buxari, Muslim, Nəsai, Əbu Davud, Tirmizi və İbn Macə rəvayət etmişdir.


Tarix: 18.04.2013 / 14:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 49 Bölmə: Maraqlı melumatlar
loading...