Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi Hədislər (Təvəzökar olmanın fəzilləti)

Ənəs (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) dedi: « Uca Allah mənə vəhy etdi ki, bir-birinizə qarşı təvazökar olasınız və bir-birinizə təcavüz etməyəsiniz».
(İbn Macə 3396, 4204, 4214, 4354; əl-Buxari «Ədəbul-Mufrad» 426. əl-Albani səhih olduğunu demişdir.)

Rəvayət edilir ki, Ömər (r.a) demişdir: «Peyğəmbər (s.a.v) ovucunu yerə tərəf yaxınlaşdıraraq dedi: «Uca Allah buyurur: «Mənim üçün bu cür təvazökar olanı Mən belə ucaldaram». Peyğəmbər (s.a.v) bunu deyərək ovucunu səmaya qaldırdı».
(Əhməd 292, 309, 316. əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (? 2894) hədisi səhih adlandırmışdır. )


İyad ibn Himər (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) dedi: «Allah mənə vəhy etdi ki, bir-birinizə qarşı təvazökar olun, bir-birinizə təcavüz etməyin və bir-birinizin yanında lovğalanmayın». Mən dedim: «Ey Allahın Elçisi! De görüm, əgər bir nəfər məni məndən də çox nöqsanı olan bir toplum içində söysə, mən də ona cavab qaytarsam, buna görə günah qazanarammı?» Peyğəmbər (s.a.v) dedi: «Söyüşən iki nəfər, bir-birini təqsirləndirən və bir-birinə yalan söyləyən iki şeytandır».
(Əbu Davud 4250, 4897; əl-Buxari «Ədəbul-Mufrad» 428/ 1. əl-Albani səhih demişdir.)


İbn Abbas (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Elə bir Adəm oğlu yoxdur ki, onun başında olan hikmət bir mələyin əlində olmasın. O, təvazökar olduqda mələyə belə deyilər: «Onun hikmətini artır!» O, təkəbbürlük etdikdə isə, mələyə belə deyilər: «Onun hikmətini burax!»
(əl-Bəzzar 7847; ət-Tabərani «əl-Kəbir» 12939. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 5675) həsən olduğunu bildirmişdir.)


Tarix: 24.04.2013 / 21:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 70 Bölmə: Maraqlı melumatlar
loading...