Imam Nəvəvi (Allah ondan razı olsun) «Əl-Əsğar» adlı əsərində bunları bildirir: Şəriət məsələlərini həll etmək üçün qeybətdən istifadə etmək olar. Bunun altı şərti var. 1. Zülmə məruz qaldıqda.
Həmin adam zülm etmiş adam haqqında məhkəməyə, hakim mövqelərə və ya öz böyüyünə, məruz qaldığı zülmü anlada bilər. Məsələn: «Filan kişi mənə qarşı belə etdi», «filankəs rüşvət almaqla mənə haqsızlıq etdi» - deyə o adamların haqsızlıqlarını dilə gətirə bilər. 2. Günahların və pisliklərin aradan götürülməsi barədə.
Məsələn, içki içən bir adamı gördükdə, onun barəsində müəyyən yerlərə məlumat verib, onun bu işdən islah olunması barədə yardım istədikdə. 3. Fətva istədikdə.
Müftinin yanına gedib «filan kişi mənə qarşı bu pisliyi etdi», «atam, qardaşım mənə qarşı pis davrandı», «bunların belə, pis işləri var»- deyə onların əməllərini dilə gətirmək olar.
Əbu Sufyanın arvadı Hind, Peyğəmbərimizə (s.ə.v) gəlib belə demişdir: «Əbu Sufyan xəsis adamdır…» (Buxari). Bu hədis artıq bu məsələni təsdiq edir. 4. Müsəlmanlara zəmanət vermək üçün. Hədis rəvayətçilərinin inanılmayanlarının, etibar edilməyənlərinin barəsində qonum qonşusundan, qohum-əqrabasından həmin adam haqqında məlumat almaq olar. Həmin adamlar da onun barəsində məlumat verə bilərlər.
5. Günah və bidətləri aşıq-aşkar işlədən adamın halı barəsində onun gələcək qonşusuna xəbər verib o adamı ayıq salmaq lazımdır.
6. Tanıtmaq məqsədilə. Bir kəsi təhqir etməmək şərti ilə, adamın başqa adı olmasa, onun ləqəblərındən (kor və s) istifadə etmək olar.
Tarix: 18.04.2013 / 15:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Maraqlı melumatlar